Xorvatiya müharibəsi
Xorvatiya müharibəsi və ya Xorvatiyanın müstəqilliyi uğrunda müharibə — Xorvatiyanın Yuqoslaviya federal birliyindən çıxması nəticəsində baş vermiş hərbi münaqişədir. Müharibə Deyton sazişisinin bağlanması və Xorvatiyanın müstəqillik qazanması ilə nəticələnmişdir. Yuqoslav müharibəsinin bir hissəsi kimi tarixə Balkanlarda ən qanlı münaqişələrdən biri kimi düşüb.
Xorvatiya müharibəsi | |||
---|---|---|---|
Yuqoslaviya müharibəsinin bir hissəsi | |||
Tarix | 31 mart 1991-12 noyabr 1995 | ||
Yeri | Xorvatiya | ||
Səbəbi | Xorvatiyanın öz müstəqilliyini elan etməsi | ||
Nəticəsi | Xorvatiyanın qələbəsi | ||
Ərazi dəyişikliyi | Xorvatiya Yuqoslaviyadan ayrılır. Yuqoslaviyanın parçalanması davam edir | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
a Serblər tərəfindən idarə olunan Yuqoslav Silahlı Qüvvələrinin (YSQ) hərbi hissələri müharibədə 1991-ci ilə qədər vuruşmuşlar. 1992-ci ildən başlayaraq milliyətçə serblərin çoxluq təşkil etdiyi birləşmələr Serbskaya Krayina Respublikası ordusunda döyüşürdülər. b Bosniya və Herseqovina münaqişədə aktiv olaraq yalnız 1995-ci ildə Tufan əməliyyatında iştirak edib. Tam olaraq Bosniya və Herseqovina ordusunun V korpusu ilə Xorvatiya silahlı qüvvələri əməliyyatları, 1995-ci ildə Vaşinqton sazişinin imzalanması ilə sona bitibdir. |
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibənin başlanğıcında döyüşlər əsasən xorvat polisi ilə etnik serblər arasında gedirdi. Mərkəz Belqradda serblərin əhəmiyyətli təsiri nəticəsində Yuqoslaviya hökuməti serblərə gözəçarpan yardım etməyə başlayır. Bunu və digər diskriminasiyalara cavab olaraq, həmçinin milli amili nəzərə alıb, xorvatlar Yuqoslaviyadan öz müstəqilliklərini elan edirlər. Münaqişənin əvvəlində Yuqoslaviya Xorvatiyanı tərkibində saxlamağa cəhd etmiş və qiyamçı ölkənin böyük hissəsini zəbt etmişdir.[8]
Xorvatiyada bu müharibə Vətən müharibəsi (xorvatca: Domovinski rat) və ya Böyük Serb təcavüzü (xorvatca: Velikosrpska agresija) adlanır.[9][10] Serbiyada münaqişəni nəzərdə tutanda Xorvatiyada müharibə (serbсə: Rat u Hrvatskoj) adlandırmasından daha çox istifadə edirlər.
Tarixi
Serblər müasir Xorvatiya ərazilərində XIV əsrdən etibarən kompakt şəkildə yaşamışlar. Serblərin bu ərazilərdə sayca çoxalma səbəbi ilk növbədə Osmanlı İmperiyasının ələ keçirdiyi torpaqlardan Xorvatiyaya çoxlu qaçqınlarının gəlməsi olmuşdur.
1918-ci ildən Xorvatiya Yuqoslaviyanın tərkibində olmasına baxmayaraq İkinci dünya müharibəsi dövründə müstəqillik qazanmışdır. Yeni müstəqillik qazanmış ölkə Üçüncü Reyx ilə sıx əməkdaşlıq edirdi. Lakin bu dövrdə (1941-ci ildə) serb hərbi birləşmələri də Üçüncü reyx tərəfindən çıxış etmiş və balkan müsəlmanları ilə xorvatlara qarşı etnik təmizləmələr aparmışdır. Ancaq ölkənin müstəqilliyi İkinci dünya müharibəsində Üçüncü reyxin məğlub olması və şərq cəbhəsinin irəliləməsi nəticəsində sona bitir.
Yuqoslaviyanın dağılması
Yuqoslaviyada xalqlararası münasibətlərin gərgin olduğu dövrdə Xorvatiya Konstitusiyasına dəyişiklik edilərək "Xorvatiya xorvat xalqının dövlətidir" əlavəsi artırılır. İşçi yazışmasının kiril əlifbası ilə aparılmasına qadağa qoyulur. Buna cavab olaraq Xorvatiya Sosialist Respublikasının (o dövrdə Yuqoslaviyanın federal üzvlərindən biri) inzibati əraziləri daxilində yaşayan serblər 1990-cı ilin dekabrında Serb muxtar vilayəti Krayinanı elan edirlər. 1991-ci ildə krayina serbləri Xorvatiyanın tərkibindən çıxmaq və Serb Respublikasına birləşmək üçün referendum keçirirlər və səsvermədə (serb mənbələrinə görə) əhalinin çoxu təklifə razılıq verir. 25 iyul 1991-ci ildə Xorvatiya Sloveniya ilə birlikdə Yuqoslaviyadan öz müstəqilliyini elan edir. Bununla da Yuqoslaviyanın parçalanması davam edir.
Müharibə
1991-ci ilin iyun-iyul aylarında Yuqoslav Silahlı Qüvvələri Sloveniyada qısa müddətli uğursuz hərbi əməliyyatlar keçirir. Ölkənin müstəqilliyini labüd olduğunu anlayan yuqoslav mərkəzi hökuməti bütün gücünü müstəqilliyini yeni elan etmiş xorvat dövlətinə qarşı döndərir və yuqoslav ordusu daxili xorvat polis hissələri ilə döyüşə cəlb olunur. Genişmiqyaslı müharibə 1991-ci ilin avqust ayında başlayır. YSQ-nin zirehli texnika, artilleriya və havada tamamilə üstünlüyə malik olmasına baxmayaraq, ümumilikdə qeyri-effektiv əməliyyatlar aparırdı. Bəzi ekspertlərin rəyinə görə buna səbəb ordunun daxili yox, xarici təcavüzə qarşı yaradılması səbəbi idi. Müharibə ərzində ən böyük hadisələrdən biri Dubrovnik ilə Vukovarın mühasirəsi olub. Dekabr ayında, müharibənin ən qızğın dövründə Serbskaya Krayina Respublikası elan edilir.
1992-ci ilin yanvarında tərəflər arasında yenidən atəşkəs razılaşması bağlanır (sayca 10-cu). Məhz bu razılaşma əsas hərbi əməliyyatları dayandırır və həmin ilin martında ölkəyə BMT-nin (UNPROFOR missiyası) sülhməramlı qoşunları yeridilir. 1991-ci ilin nəticəsinə görə Xorvatiya müstəqilliyini qorumuş, lakin serblərin çoxluq təşkil etdiyi əraziləri itirmişdir. Növbədi üç il ərzində Xorvatiya öz daimi ordusunu gücləndirərək qonşu Bosniya və Herseqovinada vətəndaş müharibəsində iştirak edir və Serbskaya Krayinaya qarşı bir neçə hərbi əməliyyatlar keçirir.
1992-1995-ci illər arası müharibənin aktiv fazası yenidən başlayır. 1995-ci ildən SKR beynəlxalq birliyin mərkəz Belqrad, Serbiyaya təzyiqi nəticəsində tamamilə dəstəyi itirir. Xorvatiya "İldırım" əməliyyatı çərçivəsində qərbi Slavoniyanı ələ keçirir. Buna cavab olaraq paytaxt Zaqreb serblər tərəfindən güclü raket atəşinə tutulur. Raket atəşi nəticəsində 7 nəfər ölür, 175-dən çox mülki əhali yaralanır.
Bir çox xorvat şəhərləri müharibə ərzində SKR əsgərləri və partizan serb döyüşçüləri tərəfindən Bosniya və Herseqovina, Monteneqro və Serbiya ərazilərindən raket atəşinə tutulurdu. Ən çox zərbə endirilən şəhərlər sırasına Vukovora, Broda (Vučjak dağından)[11] və Jupanye [12] (1000 gündən çox) daxildir.
1995-ci ilin avqustunda xorvat ordusu "Tufan" əməliyyatını keçirir və bir neçə günə krayina serblərinin müdafiə xəttini yarır. Serbskaya Krayinanın süqutu serblərin bu ərazilərdən kütləvi çıxmasına gətirib çıxarır. Dörd gün sonra Xorvatiyanı 150-200.000 serb tərk edir. Ancaq RSK mənbələri (Kovačević, Sekulić, Vrcelj) serblərin evakuasiyasının əvvəlcədən planlaşdırıldığı və təşkil edildiyini təsdiq etmişlər.[13] (mənbə:[14][15][16] Ədəbiyyat bölməsinə bax)[17] BBC müxbirlərinin sözlərinə görə bəzi şəhərlərə xorvat ordusu tamamilə boşalmış halda daxil olublar. Serbskaya Krayinadan 200.000 etnik serblərin qaçqın düşdüyünü də məhz BBC yayımlamışdır.[18][19]
Öz torpaqlarında müvəffəqiyyət qazanmış xorvat ordusu qonşu Bosniya və Herseqovinaya daxil olur və orada müsəlmanlarla birlikdə bosniya serblərinə qarşı hücuma başlayır. NATO-nun münaqişəyə girişi nəticəsində oktyabrda atəşkəs razılaşdırılır, 1995-ci il, dekabr ayının 14-də isə keçmiş Yuqoslaviyada hərbi əməliyyatları sona bitirən Deyton sazişi imzalanır.
Əsas hadisələrin xronologiyası
Tarix | Hadisə |
31 mart 1991 | Plitvays gölündə insident |
2 may 1991 | Borovo Selo öldürülməsi |
1 avqust 1991 | Dalj öldürülməsi |
Avqust 1991 | Battle of Dalmatia uğrunda döyüş |
Sentyabr 1991 | Vukovar uğrunda döyüşlərin başlanması |
14–19 sentyabr 1991 | "Kazarmalar döyüşünün" əsas hissəsi |
1 oktyabr 1991 | Dubrovnik mühasirəsinin başlanması |
4 oktyabr 1991 | Dalj qırğını |
5 oktyabr 1991 | Xorvatiya ümumi səfərbərlik başlayır |
7 oktaybr 1991 | YSQ xorvat hökumət binalarını bombalayır |
10 oktyabr 1991 | Lovas qırğını |
10–13 oktyabr 1991 | Široka Kula qırğını |
16–18 oktyabr 1991 | Gospiç qırğını |
20 oktyabr 1991 | Baçin qırğını |
31 oktyabr 1991 – 4 no 1991 | "Otkos 10" əməliyyatı |
7 noyabr 1991 | Lipovaca, Vukoviçi və Saborskoda etnik təmizləmələr |
18 noyabr 1991 | Vukovar uğrunda döyüşün bitməsi. Vukovar qırğını. |
18 noyabr 1991 | Škabrnja qırğını |
12 dekbar 1991 – 3 yanvar 1992 | "Orkan 91" əməliyyatı |
13 dekabr 1991 | Voçin qırğını |
21 dekabr 1991 | Bruşka qırğını |
21 iyun 1992 | Miljevci yaylası döyüçü |
22 iyun 1993 | "Maslenica" əməliyyatı |
9–17 sentyabr 1993 | Medak anklavında əməliyyat |
Yanvar 1995 | Z-4 planının qurulması |
1–3 may 1995 | İldırım əməliyyatı |
2–3 may 1995 | Zaqrebin raket atəşinə tutulması |
4–7 avqust 1995 | Tufan əməliyyatı |
12 noyabr 1995 | Erdut razılaşmasının imzalanması |
İtkilər
Hər iki tərəfdən çoxlu sayda qaçqınlar vardır. Serbskaya Krayina Respublikasından 1991-1995-ci illər arası 160 min etnik xorvat qovulmuşdur. Eyni zamanda Yuqoslaviyanın qırmızı xaç cəmiyyəti Xorvatiyadan 250 min etnik serb qaçqını qeydə almışdır.
Bir çox mənbələr hər iki tərəfdən 20.000 insanın həlak olmasını iddia edir. Xorvatların itkisi 12.000-13.000 həlak olan və itkin düşən təşkil edir. Polkovnik İvan Qruiçin sözlərinə görə 12.000 nəfər həlak olmuş və ya itkin düşmüşdür ki, onlardan 6788-i əsgər, 4508 nəfəri isə mülki əhalidəndir.[2][3] 1996-cı ildən Xorvatiyanın rəsmi mövqeyinə görə 12.000 ölən, 35.000 yaralanan olmuş, 18000 mənzil məhv edilmiş iqtisadiyyat 25% dağıdılaraq ölkəyə 27 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.[3] Təxminən 196.000[20]-221.000[21] arası xorvat müharibə nəticəsində yurdlarından didərgin düşmürdür. BMT kimi digər mənbələrdə 500 mindən çox qeyri-serblərin və xorvatların, serblərin ələ keçirdiyi ərazilərdən qaçqın düşdüyü bildirilir.[5] ATƏT-in hesabatına görə 2006-cı ildə 221.000 qaçqın düşmüş əhalidən 218 mini yurdlarına qayıtmışdır.[21] Qeyd edilir ki, müharibədə mülki əhalinin qaçqın düşməsi əsasən Yuqoslav Silahlı Qüvvələrinin 1991-1992-ci illər arası müharibədə iştirakı dövrünə düşür.
Belqradda yerləşən qeyri-hökumət təşkilatı "Veritasın" siyahısına əsasən Serbskaya Krayina Respublikasından 6780 nəfər həlak olmuş və itkin düşmüşdür. Onlardan 4324-ü döyüşçü, 2344-ü isə mülki əhali olub. Həlak olan və itkin düşənlərin çoxusu 1991-ci ilin yazına (2442) və 1995-ci ilə (2394) düşür. Ən çox ölüm Şimali Dalmatiyada baş verib (1632).[6] YSQ rəsmi açıqlamada öz tərəfindən ölənlərin sayını 1279 nəfər göstərmişdir. Ancaq çox yəqin ki, bu məlumat saxtalaşdırılıb və say süni olaraq aşağı salınıb. Məlumat var ki, Yuqoslav Silahlı Qüvvələrinin bir briqadadakı itkini rəsmi açıqlamada 2 nəfərin yüngül yaralandığını bildirsə də reallıqda xorvat ordusunun zərbələri nəticəsində 5 nəfərin öldüyü, 150 nəfərin isə yaralandığı məlum olurdu.[22]
Serb mənbələrinə görə ümumilikdə 447.316 nəfər etnik serb qaçqın düşüb. Onlardan 120.000 nəfəri 1991-1993-cü illə arası, 250 min nəfəri isə "Tufan" əməliyyatından sonra qaçqın düşüb.[23] Bir çox beynəlxalq mənbələr 300.000 serbin qaçqın düşdüyünü bildirir. "Beynəlxalq amnistiya" təşkilarının məlumatlarına görə 300.000 serb 1991-1995-ci illər arası qaçqın düşmüş, onlardan yalnız 117 mini 2005-ci ildə müharibədən əvvəl yaşadığı ərazilərə geri qayıtmışdır.[24] ATƏT-in məlumatlarına əsasən isə 300.000 müharibə zamanı qaçqın düşmüş, onlardan 120 min nəfəri 2006-cı ildə müharibədən əvvəl yaşadığı ərazilərə geri qayıtmışdır. Buna baxmayaraq bəzi mənbələrə görə rəqəmlər dəqiq olmaya bilər. BMT-nin verdiyi məlumata əsasən 2008-ci ildə Xorvatiyaya qayıdan 125 min nəfəri rəsmi olaraq qeydə almışdır. Onlardan 55 min nəfəri, həmişəlik ölkədə qalacaqlarını bildirilmişdir.[21]
İstinadlar
- Goldstein, Ivo (1999). Croatia: A History. p. 256. C. Hurst & Co. Publishers. ISBN 1-85065-525-1.
- "Martic Witness Details Croatian War Casualties". Iwpr.net. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
- Darko Zubrinic. "Croatia within ex-Yugoslavia". Croatianhistory.net. 2012-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
- "Country Profile: Croatia". Fco.gov.uk. 2011-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
- "Home again, 10 years after Croatia's Operation Storm". UNHCR. 2005-08-05. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-17.
- "Killed and missing persons from the territories of Republic Croatia and former Republic of Serb Krayina | the Polynational War Memorial". War-memorial.net. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
- Meštrović.S (1996), Genocide After Emotion: The Postemotional Balkan War, Taylor & Francis Ltd, p.77. Books.google.se. 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-09.
- Veljko Kadijević: Moje viđenje raspada, Belgrade, 1993., p. 134-135
- "The period of Croatia within ex-Yugoslavia". 2012-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-09.
- Greater Serbia: from ideology to aggression, Zagreb, Croatian Information Centre, 1993.
- HIC Arxivləşdirilib 2013-05-18 at the Wayback Machine Hrvatski spomenar – 21. kolovoza-31. kolovoza
"Srbi s planine Vučjak u BiH neprekidno granatiraju Slavonski Brod" - HIC Arxivləşdirilib 2013-05-18 at the Wayback Machine 26. listopada
"Neprekinuta opća opasnost u Županji traje još od travnja 1992.......Srbi iz Bosne grad gađaju oko 12 ili oko 15 sati, kada je na ulicama najviše ljudi." - Barić, Nikica: Srpska pobuna u Hrvatskoj 1990.-1995., Golden marketing. Tehnička knjiga, Zagreb, 2005
- Drago Kovačević, "Kavez – Krajina u dogovorenom ratu", Beograd 2003., p. 93.-94
- Milisav Sekulić, "Knin je pao u Beogradu", Bad Vilbel 2001., p. 171.-246., p. 179 Arxivləşdirilib 2007-10-17 at the Wayback Machine
- Marko Vrcelj, "Rat za Srpsku Krajinu 1991-95", Beograd 2002., p. 212.-222.
- 13 mei 2007. "RSK Evacuation Practise one month before Operation Storm". Nl.youtube.com. İstifadə tarixi: 2010-02-07.
- "Evicted Serbs remember Storm" Arxivləşdirilib 2009-02-19 at the Wayback Machine, Matt Prodger, BBC News
- "Croatia marks Storm anniversary" Arxivləşdirilib 2022-07-16 at the Wayback Machine, BBC News, 5 August 2005.
- Civil and Political Rights in Croatia Arxivləşdirilib 2022-05-23 at the Wayback Machine. Human Rights Watch (October 1995). Retrieved 5 September 2009.
- Croatia: Selected Developments in Transitional Justice Arxivləşdirilib 2008-12-03 at the Wayback Machine. International Center for Transitional Justice. Retrieved 5 September 2009.
- Meštrović.S (1996), Genocide After Emotion: The Postemotional Balkan War, Taylor & Francis Ltd, p.77-78. Books.google.se. 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
- Bilten Arxivləşdirilib 2009-03-25 at the Wayback Machine. Veritas (December 1999). Retrieved 5 September 2009.
- Croatia: Operation "Storm" – Still No Justice Ten Years On. Amnesty International (4 August 2005). Retrieved 5 September 2009.
Ədəbiyyat
- Barić, Nikica: Srpska pobuna u Hrvatskoj 1990-1995., Golden marketing. Tehnička knjiga, Zagreb, 2005. (from this book are references under, until Vrcelj)
- RSK, Vrhovni savjet odbrane, Knin, 4. avgust 1995., 16.45 časova, Broj 2-3113-1/95. Faksimil ovog dokumenta objavljen je u/The faximile of this document was published in: Rade Bulat "Srbi nepoželjni u Hrvatskoj", Naš glas (Zagreb), br. 8.-9., septembar 1995., p. 90.-96. (faksimil je objavljen na stranici 93./the faximile is on the page 93.).
- Vrhovni savjet odbrane RSK (The Supreme Council of Defense of Republic of Serb Krajina) brought a decision 4 August 1995 in 16.45. This decision was signed by Milan Martić and later verified in Glavni štab SVK (Headquarters of Republic of Serb Krajina Army) in 17.20.
- RSK, Republički štab Civilne zaštite, Broj: Pov. 01-82/95., Knin, 02.08.1995., HDA, Dokumentacija RSK, kut. 265
- RSK, Republički štab Civilne zaštite, Broj: Pov. 01-83/95., Knin, 02.08.1995., Pripreme za evakuaciju materijalnih, kulturnih i drugih dobara (The preparations for the evacuation of material, cultural and other goods), HDA, Dokumentacija RSK, kut. 265
- Drago Kovačević, "Kavez – Krajina u dogovorenom ratu", Beograd 2003., p. 93-94.
- (Note: Drago Kovačević was during the existence of so-called RSK the minister of informing and the mayor of Knin, the capitol of self-proclaimed state)
- Milisav Sekulić, "Knin je pao u Beogradu", Bad Vilbel 2001., p. 171-246., p. 179.
- (Note: Milisav Sekulić was a high military officer of "Srpska vojska Krajine" (Republic of Serb Krajina Army). Book review with excerpts
- Marko Vrcelj, "Rat za Srpsku Krajinu 1991-95", Beograd 2002., p. 212-222.
- Silber, Laura and Little, Allan (1997). Yugoslavia : Death of a Nation. Penguin. ISBN 0-14-026263-6. Accompanies the BBC series of the same title.
- Zimmermann, Warren, ed. (1999). War in the Balkans: A Foreign Affairs Reader, Council on Foreign Relations Press (June). ISBN 0-87609-260-1.
Mədəniyyətdə
- Harrisonun gülləri (2000), Elli Çourakyunin filmi. Film bir jurnalistində Vukovar uğrunda gedən döyüşlərdə yoxa çıxması, həyat yoldaşının onun axtarışlarına çıxması haqdadır.
- Yuqoslaviyanın ölümü (1995). Xorvat və serb milli qəhrəmanlarının müsahibələrini əhatə edən BBC-nin geniş sənədli filmi.
- Həqiqətlər. Serblərin çəkdiyi sənədli film. Filmdə serblərə qarşı aparılan etnik təmizləmələr və vəhşilik haqda danışılır.
- Hrvatska Ljubavi Moja Film yəhudi və amerikan rəsmi şəxslərinin müharibədə dolayısı ilə iştirakı haqdadır.
Xarici keçidlər
- Keçmiş Yuqoslaviyada edilən cinayətlərlə bağlı beynəlxalq tribunal
- Dr. R. Craig Nation. "War in the Balkans 1991-2002." Strategic Studies Institute, 2002, ISBN 1-58487-134-2
- "Vətən müharibəsi" Arxivləşdirilib 2008-01-13 at the Wayback Machine article by Xorvatiya Radioteleviziyası tərəfindən hazırlanılan məqalə
- globalsecurity.org saytında məqalə
- onwar.com saytında məqalə
- Xorvatiya təcavüz və sülh arasında
- CroForce – Xorvatiyada Vətən müharibəsi haqda hekayə Arxivləşdirilib 2008-09-19 at the Wayback Machine
- İvo Skoriç – Xorvatiyada Vətən müharibəsi haqda hekayə
- Tufan əməliyyatı. "Böyük Serbiyanın" Balkanlarda məhvi Arxivləşdirilib 2008-02-13 at the Wayback Machine 20 yanvar 2006
- IT-94-1-T nömrəli məhkəmə. Sübutlar
- Vijesti net – "Rat za mir" Monteneqronun Dubrovnik əyalətinə (Xorvatiyatın bir hissəsi) qarşı təcavüzü haqda ətraflı film