Xortumlu zəlilər
Xortumlu zəlilər — (lat. Rhynchobdellıda ) Zəli sinfinə aid dəstə
Xortumlu zəlilər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb.
|
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Haqqında
Bu dəstəyə kiçik və orta ölçülü zəlilər aid olub, bədənlərinin uzunluğu 5-30 mm, bəzən də 50-75 mm-ə çatır. Bütün növləri udlağın xortumuna çevrilməsi ilə xarakterizə olunur. Çinədan və bağırsağında metamer yerləşən yan cibciklər vardır. Spermatofor vasitəsilə mayalanırlar. Spermatofor dişi fərdin hər hansı bir nahiyəsinə, əsasən cinsi dəliyinə yapışdırılır. Dəstənin xarakterik nümayəndələrində biri müxtəlif balıqlarda parazit edən balıq zəlisidir. Balıq zəlisi şirin sularda geniş yayılmışdır. Bəzən sahibini tərk edərək, bitkilərin üzərində yaşayırlar. Baramalarını bitkilərin və hər hansı bir substratın üzərinə yapışdırırlar. Xəzər dənizində yaşayan Piscicola caspica növü nərəkimilərdə və başqa balıqlarda parazitlik edir. Hemiclepsis marginata növü çaylarda və göllərdə yaşayır. Bu zəlilər bir çox su quşlarının qanı ilə qidalanırlar. Hemiclepsis marginata 25-30 mm ölçüdə olub, balıqlarda, tritonlarla, çömçəquyruqlarla, qurbağalarda da hücum edir. Yumurtalarına qarın nahiyəsinə, ya da sualtı əşyalara yapışdıraraq nəsil qayğısına qalırlar. Belə ki, zəli qoyulmuş yumurtalarını bütün bədən səthi ilə örtülmüşdür. Bədənini ritmik olaraq dalğavari hərəkət etdirərək ,təmiz su axınını təmin etdirir. Yumurtadan çıxan cavan fərdlər, sormacları ilə ana fərdin qarın nahiyəsinə yapışaraq, bir neçə gün orda yaşayır. Sonra ondan ayrılaraq sərbəst həyat tərzi keçirirlər. Bu zəlilər quşçuluq təsərrüfatına böyük ziyan vururlar. Zəlilər quşların tənəffüs yollarına daxil olaraq, tənəffüsü çətinləşdirir və çox vaxt quşaların ölümünə səbəb olurlar. Bu zəli malyuskalarda qurdlarda və həşaratlarda sürfələrdə parazitlik edir, başqa zəlilərin cavan fərdlərində də hücum edirlər. Onlar su bitkilərinin üzərində və daşların altında rast gəlinir. [1]
Mənbə
B.İ.Ağayev, Z.A.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , «Təhsil» 2008 , 568 səh
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.233