Xocalı soyqırımının tanınması

Xocalı soyqırımının tanınması (ing. Khojaly Genocide recognition) — Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi addır. Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb.

Beynəlxalq aləmdə tanınması

Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19–26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur.

Massaçusets ştatının məclisi tərəfindən ştatın Xocalı soyqırımını rəsmən tanıması barədə qərar

Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar

Faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkə və təşkilatlar

  • 2012:
    • Meksika Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25–26-da baş vermiş faciə soyqırım adlandırılıb.[6][7]
    • Kolumbiya Kolumbiya 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.[8][9][10]
  • 2013:
  • 2014: Honduras Honduras 2014-cü ilin 17 yanvar tarixində Honduras parlamenti Xocalı soyqırımını tanıyan № 303–2013 saylı qərar qəbul edib.
  • 2016: İordaniya İordaniya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.[14]
  • 2017: Cibuti Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib.[15]

Faciəni qətliam kimi tanıyan ABŞ ştatları

Faciəni qətliam kimi tanıyan ABŞ ştatları (Yenilənib: 26 fevral 2021)

Amerikada yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində "Biz xalqıq" bölməsində petisiya yerləşdirdilər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı.[16]

İndiyədək ABŞ-nin 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib.

  • Massaçusets bayrağı 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir.[17][18]
  • Texas bayrağı 2011-ci ildə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[19][20]
  • Nyu-Cersi bayrağı 2011-ci ildə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[21][22]
  • Corciya bayrağı 2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[23][24]
  • Men bayrağı Men — 2012-ci ilin 23 mart tarixində Men ştatı ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[25]
  • Nyu-Meksiko bayrağı 2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[26][27]
  • Arkanzas bayrağı 2013-cü ilin 8 fevral tarixində Arkanzas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[28][29]
  • Missisipi bayrağı 2013-cü ilin 25 fevral tarixində Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
  • Oklahoma bayrağı 2013-cü ilin 4 mart tarixində Oklahoma ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[30][31]
  • Tennessi bayrağı 2013-cü ilin 18 mart tarixində Tennessi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[32]
  • Pensilvaniya bayrağı 2013-cü ilin 18 mart tarixində Pensilvaniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[33]
  • West Virginia bayrağı 2013-cü 3 aprel tarixində Qərbi Virciniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[34]
  • Konnektikut bayrağı 2013-cü 3 aprel tarixində Konnektikut ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[35]
  • Florida bayrağı 2013-cü ilin 21 avqust tarixində Florida ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[36]
  • Indiana bayrağı 2014-cü ilin 3 mart tarixində İndiana ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[37]
  • Indiana bayrağı 2015-ci ilin 3 mart tarixində Arizona ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[38]
  • Yutah bayrağı 2015-ci ilin 3 mart tarixində Yuta ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[39]
  • Nebraska bayrağı 2016-cı ildə ABŞ-nin Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında "Xocalını Anma Günü" elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb[40][41].
  • Havay bayrağı 2016-cı ildə ABŞ-nin Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb.[42]
  • Montana bayrağı 2016-cı ildə ABŞ-nin Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq Xocalı soyqırımının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini "Xocalını Anma Günü" olaraq tanımağa və yad etməyə çağırıb. Bəyanatda Xocalı soyqırımı müharibə dəhşətlərindən biri kimi pislənilib.[43]
  • Aydaho bayrağı 2016-cı ildə ABŞ-nin Aydaho ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[44]

Soyqırıma xarici ölkələrdə münasibət

Tehranın "İstiqlal" klubu ilə oyunda (26 fevral 2010) Traktor Sazi azarkeşləri Xocalı soyqırımının qurbanlarını yad edirlər

2014-cü ildə İspaniyanın Atletiko Madrid FK klubunun oyunçuları Osasuna FKReal Madrid FK komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxıb və yad ediblər.[45] Klubun aparıcı oyunçusu Arda Turan faciə qurbanlarını yad edib və "Azərbaycan xalqının acısını paylaşırıq" ifadəsi ilə cıxış edib.[46] Həmin il, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin Traktor FK komandası ilə Ciddə şəhərinin "əl-İttihad" klubu arasında keçirilmiş görüşdə Xocalı soyqırımı anılıb.[47]

Xocalı soyqırımına həsr olunmuş əsərlər

Musiqi əsərləri

İl Musiqi əsəri Sənətçi Qeydlər
1998 Xocalı Nəriman Məmmədov 7 saylı simfoniya
1999 Xocalı Laylası Elnarə Dadaşova
2010 Justice for Khojaly Dəyirman və Toni Blackman
2011 Xocalı Simfoniyası Nurəngiz Gün
2012 Xocalı rekviyemi Aleksandr Çaykovski simfoniya[48]
2013 Khojaly 613 Pyer Tilloy simfoniya[49]
2014 Xocalı Qaraqan [50]
2015 Broken Dreams Nigar Camal [51]

Ədəbi əsərlər

İl Əsər Ölkə Müəllif Qeydlər
2016 Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə Azərbaycan Fiona Maxlaxlan, İan Pert [52]
2016 Xocalı harayı Azərbaycan Nizami Məmmədzadə [53]
2016 Murder in the Mountains ABŞ Raul Kontreras [54]

Filmlər

  1. Fəryad (film, 1993)
  2. Haray (film, 1993)
  3. Karvan (film, 1995)
  4. Xocalı soyqırımı (film, 2005)
  5. Biz qayıdacağıq (film, 2007)
  6. Daşları yığmağın vaxtıdır (film, 2007) — teletamaşa
  7. Xocalı qətliamı (film, 2008)
  8. Xocalı vaxtı (film, 2010)
  9. Qar qırmızı Xocalı (film, 2011)
  10. Günəşin batdığı yer (film, 2012)
  11. Xoca (film, 2012)
  12. Xocalıda sonuncu fevral (film, 2012)
  13. Xocalı yol gözləyir (film, 2012) — teletamaşa
  14. Şəhid şəhər (film, 2012) — teletamaşa
  15. Bunu öz gözlərinlə görməlisən... Xocalı (film, 2013)
  16. Mən Xocalı (film, 2013)
  17. Bir kəndin nağılı. Xocalı (film)
  18. Xocalı qətliamı. "Bu son olsun!.." (film)
  19. Aclıq və od arasında. Ömürlər bahasına hakimiyyət (film, 2012)
  20. Sonu olmayan dəhliz (film, 2012)[55]

Abidələr

Şəkil İl Abidə Ölkə Memar Qeydlər
24 fevral 2008 Xocalı abidəsi Haaqa, Hollandiya Avropada və Hollandiyada Xocalı soyqırımına aid ilk abidədir.[56]
26 fevral 2008 Ana Harayı Bakı, Azərbaycan Aslan Rüstəmov
Mahmud Rüstəmov
Teymur Rüstəmov
2011-ci ildə Ana heykəlinin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulub.[57][58]
30 may 2011 Xocalı abidəsi Berlin, Almaniya Akif Əsgərov
Səlhab Məmmədov
Əli İbadullayev
İbrahim Əhrari
Almaniyada Xocalı soyqırımına aid ilk abidədir.[59]
24 fevral 2012 Xocalı Sarayevo, Bosniya və Herseqovina Natiq Əliyev Bosniya və Herseqovinada Xocalı soyqırımına aid ilk abidədir.[60]
23 avqust 2012 Xocalı Mexiko, Meksika Meksikada Xocalı soyqırımına aid ilk abidədir. Abidə Tlakskoake–Xocalı meydanında yerləşir.[61]
28 mart 2014 Xocalı şəhidlər abidəsi Ankara, Türkiyə Türkiyədə Xocalı soyqırımına aid ilk abidədir. Abidə Xocalı Soyqrımı Xatirə Parkında yerləşir. Parkda Xocalı Muzeyi də var.[62][63]
22 aprel 2015 Xocalı şəhidlər abidəsi İzmit, Türkiyə İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir.[64] Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub.
27 fevral 2016 Xocalı şəhidlər abidəsi İzmir, Türkiyə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə İzmirin Bornovo Bələdiyyəsinin maliyyə dəstəyi və tanınmış QHT fəalı Mülazim Kardelen Paşanın köməkliyi ilə hazırlanıb.[65]
Xocalı şəhidlər abidəsi Sakarya, Türkiyə [66]

Həmçinin bax

İstinadlar

  1. "Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin BƏYANATI" (az.). meclis.gov.az. 2007-02-27. 2015-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  2. "Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul edib". 2014-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  3. "Pakistan Senatı Xocalı soyqırımının tanıması barədə qətnamə qəbul edib". 2014-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  4. "Hocalı katliamı soykırım olarak tanındı" (türk). haber7.com. 2012-02-01. İstifadə tarixi: 2014-01-28.
  5. "Sudan parlamenti Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib". 2018-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.
  6. "Meksika Hocalı katliamını kınadı". 2011-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  7. Mexican Senate recognizes Azeris massacre as genocide
  8. "Kolumbiya Hocalı katliamına soykırım dedi". 2019-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  9. "Colombian Senate recognizes Khojaly events as genocide". 2012-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  10. Colombian Senate recognizes the Khojaly genocide
  11. Czech Republic committee recognizes Khojaly genocide Arxivləşdirilib 2019-02-16 at the Wayback Machine Foreign relations committee of Czech parliament adopted a draft law on recognition of Khojaly massacre as "genocide".
  12. "Parliament of Bosnia and Herzegovina condems the perpetrators of Khojaly genocide". 2014-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  13. http://news.az/articles/politics/77182 Arxivləşdirilib 2019-02-15 at the Wayback Machine Parliament of Bosnia and Herzegovina recognizes sovereignty of Azerbaijan
  14. "Jordanian parliament to pass resolution on Khojaly Genocide". 2016-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-14.
  15. "Cibuti Respublikasının Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib" ( (az.)). mfa.gov.az. 2017-01-24. 2017-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
  16. "Khojaly Massacre deserves recognition". 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  17. "Xocalı soyqırımının ABŞ-də tanınması". 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  18. "Massachusetts State of the United States recognizes Khojaly tragedy as a massacre". 2014-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  19. "Texas House of Representatives Resolution 535: Commemorating the 19th anniversary of the Khojaly Massacre in Azerbaijan". Legislative Session 82(R). Texas Legislature Online. January 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 9, 2011.
  20. "Texas ştatı Xocalı soyqırımını tanıdı". 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  21. "ASSEMBLY RESOLUTION No. 144" Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine New Jersey Legislature Retrieved 25 February 2012.
  22. "ABŞ-nin Nyu-Cersi Ştatı Xocalı qətliamını tanıdı". 2012-02-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  23. "Arxivlənmiş surət" (PDF). 2017-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-03-11.
  24. "ABŞ-nin Corciya Ştatının parlamenti Xocalı soyqırımı ilə əlaqədar qətnamə qəbul edib". 2012-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  25. "Recognition of the Genocide of Khojaly" (PDF). 2013-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-03-11.
  26. "New Mexico legislature commemorates Khojaly Massacre". news.az. 13 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 January 2013.
  27. "Сенат штата Нью-Мексико признал Ходжалинскую трагедию". 1News.az (Russian). 20 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2013.
  28. "HR1004". Arkansas House of Representatives. 15 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 February 2013.
  29. "Another U.S. state recognizes Khojaly genocide". News.az. 29 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 February 2013.
  30. http://www.azernews.az/azerbaijan/50582.html Arxivləşdirilib 2013-06-27 at the Wayback Machine Oklahoma Senate recognizes Khojaly genocide
  31. "Arxivlənmiş surət". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  32. "A RESOLUTION to commemorate the twenty-first anniversary of the Khojaly Tragedy" (PDF). 2017-02-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-03-11.
  33. "GENERAL ASSEMBLY OF PENNSYLVANIA HOUSE RESOLUTION No. 171 Session of 2013 INTRODUCED". 2013-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  34. "Arxivlənmiş surət". 2013-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  35. "Arxivlənmiş surət". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  36. "Arxivlənmiş surət". 2014-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  37. "Arxivlənmiş surət". 2018-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  38. "Arizona recognizes Khojaly Massacre". 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-14.
  39. "Utah, latest in a string of US states to recognize Khojaly Massacre (PHOTO)". 2019-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-14.
  40. "ABŞ-nin daha bir ştatı Xocalı qətliamını tanıyıb" (az.). lent.az. 2016-02-11. 2016-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
  41. "ABŞ-də Xocalı soyqırımını tanıyan ştatların sayı 18-ə çatdı". 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
  42. Havay ştatı da Xocalı qətliamını pislədi
  43. "ABŞ-nin daha bir ştatı Xocalı qətliamını tanıdı". 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-19.
  44. "Kentucky Senate adopts resolution on 25th anniversary of Azerbaijan's independence". www.azernews.az. www.azernews.az. Archived from the original on 2016-04-14. İstifadə tarixi: 25 fevral 2016.
  45. ""Atletiko Madrid" futbol klubu Xocalı soyqırımını anacaq". 2014-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  46. "Atletico Madrid FC to honor Khojaly victims". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
  47. ""Traktor Sazi" — "Əl-İttihad" oyununda Xocalı soyqırımı anıldı (FOTOLAR)". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-11.
  48. Alexander Tchaikovsky: 'By writing the Khojaly Requiem, I wanted to show support for those who survived the war' Arxivləşdirilib 2019-02-16 at the Wayback Machine. Day.az. 3 August 2012.
  49. "World première of Khojaly 613 by Pierre Thilloy moves a Parisian audience". En.apa.az. 25 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 February 2013.
  50. "Qaraqan "Xocalı" adlı mahnı oxuyub". www.gun.az. www.gun.az. 25 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2016.
  51. INDEX Announces 2015 Empathy Program To Commemorate Khojaly Massacre
  52. "Lüksemburqda Xocalı soyqırımı haqqında kitab və film təqdim edilib (FOTO)". az.trend.az. trend.az. 2019-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2016.
  53. "Gürcüstanda "Xocalı harayı" kitabı nəşr olunub". aim.az. aim.az. 2016-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2016.
  54. "Murder in the Mountains". www.amazon.co.uk. www.amazon.co.uk. 2 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2016.
  55. Babaoğlu, H. "Sonu olmayan dəhliz", yaxud Günayın səssiz harayı: [Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş filmin təqdimatı haqqında] //Yeni Azərbaycan.- 2012.- 14 mart.- S. 4; 15 mart.- S. 7.
  56. "First monument in Europe for Khojaly tragedy erected in Hague, Holland". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  57. "New memorial to Khojaly tragedy to be erected in Baku — PHOTO". 2014-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  58. Bakıda Xocalı abidə kompleksi yenidən qurulub
  59. "20 Jahre Chodschali". 2013-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  60. "В Боснии и Герцеговине будет открыт памятник жертвам Ходжалинского геноцида". 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  61. "Meksikanın paytaxtında Tlakskoake–Xocalı meydanı istifadəyə verilib". 2019-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  62. "Khojaly martyrs' monument complex opens in Ankara". 2014-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  63. "Türkiyədə Xocalı soyqrımı qurbanlarının xatirəsinə park salınıb". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  64. "Türkiyənin İzmit şəhərində Xocalı şəhidlərinə abidə ucaldılıb (FOTO)". 2019-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-15.
  65. "İzmirdə Xocalı abidəsinin açılışı olacaq". www.olaylar.az. www.olaylar.az. 21 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2016.
  66. "Sakaryada Xocalı soyqırımı abidəsi ucaldılacaq". sia.az. sia.az. 2016-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.