Xocalı rekviyemi
Xocalı rekviyemi (rus. Реквием Ходжалы) - müasir Rusiya bəstəkarı, pianist, pedaqoq, ictimai xadim, Rusiya Federasiyasının xalq artisti[1], Moskva Dövlət Konservatoriyasının professoru, bəstəkar Boris Çaykovskinin qardaşı oğlu Aleksandr Çaykovski tərəfindən bəstələnmiş və Xocalı soyqırımına həsr edilmiş iki hissəli rekviyemdir.
Xocalı rekviyemi | |
---|---|
Bəstəkar | Aleksandr Çaykovski |
Tonallıq | faciə |
Forma | rekviyem |
Premyera | |
İthaf olunub | Xocalı soyqırımı |
Hissələr | 2 hissədə |
Musiqi alətləri | |
piano, skripka, tar, violonçel |
Yazılma tarixi
Xocalı rekviyemi Aleksandr Çaykovski tərəfindən, xüsusi olaraq Azərbaycanın Qəbələ şəhərində keçirilən klassik musiqi festivalında ifa edilməsi üçün yazılmışdır.[2] Əsər yalnız Xocalı faciəsindən bəhs etmir, eyni zamanda müharibə dəhşətləri ilə üzləşmiş bütün insanlara həsr edilir.[3] Müəllif özü əsərin yazılmasından bəhs edərkən deyir[4]:
Əvvəlcə Xocalı haqqında məlumat topladım, hadisə ilə bağlı müxtəlif videokadrlara baxdım, disklərdə Azərbaycan musiqisini dinlədim və bütün bunları istifadə edərək bu əsəri yazdım. |
Çaykovski qeyd edir ki, bu əsər ilə o, dünyanın müxtəlif yerlərində yaşayan və müharibə dəhşəti yaşamış insanlara musiqiçilərin dəstəyini ifadə etməyə çalışıb:
Bu axşam musiqi ifa edildikdə bütün festival iştirakçıları, həmçinin dünya ictimayəti müharibə dəhşətlərini yaşamış insanları başa düşəcək. Ümidvaram ki, daha insanların qan və göz yaşları axmayacaq. |
Musiqi xüsusiyyətləri
Aleksandr Çaykovski öz əsərində Azərbaycanın qədim musiqi janrı olan muğamdan aktiv istifadə edir.[5]
Konsert premyerası
Rekviyemin premyerası 7 avqust 2012-ci ildə IV Qəbələ Musiqi Festivalının bağlanış günündə baş tutub. Əsər "Moskva solistləri" orkestri tərəfindən ifa edilmişdir.
Novaya Rosiya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri, Moskva solistləri kamera orkestrinin yaradıcısı Yuri Başmetin idarə etdiyi konsertdə, həmçinin, Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli (piano), Rusiya-ABŞ violonçelist və drijoru, pianist Oksana Yablonskaya və qoboyist Albert Zayontsun oğlu Dmitri Yablonski (violonçel) və Azərbaycanın Əməkdar Artisti Sahib Paşazadə (tar) də iştirak etmişlər.[6]
Açılış sözündə Çaykovski qeyd etmişdir ki, rekviyem Heydər Əliyev Fondunun dəstəyi və yaxın dostu Dmitri Yablonskinin dəstəyi ilə yaradılmışdır.[7]
İstinadlar
- "Награждён указом президента России № 536 от 9 мая 2005 года". 2009-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
- "http://umilno.ru - IV Международный музыκальный фестиваль в Габале запомнится многими новшествами". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
- "Известный композитор: реквием «Ходжалы» — о людях многих стран, переживших ужасы войны". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
- "Александр Чайковский: "Написав реквием "Ходжалы", хотел поддержать людей, переживших ужасы войны"". 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
- muzcentrum.ru «Как звучит музыка гор»
- "Камерный оркестр «Московские солисты» представил реквием «Ходжалы»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-27.
- Завершился IV Габалинский международный музыкальный фестиваль