Xocalı abidəsi (Berlin)

“Xocalı ” (alm. Chodschali)[1]Almaniya paytaxtı Berlin şəhərinin Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə.

Xocalı
alm. Chodschali
Ölkə  Almaniya
Yerləşir Berlin
Heykəltaraşlar Səlhab Məmmədov
Akif Əsgərov
Əli İbadullayev
İbrahim Əhrari
Tikilib 30 may 2011
Material tunc
Saxlanıldığı yer Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyəti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Abidənin ucaldılmasının təşəbbüskarları Səlhab Məmmədov, Akif ƏsgərovƏli İbadullayevlə yanaşı onun həmmüəliflərindən biri, artıq 45 ildir ki, Almaniyada yaşayan Azərbaycan rəssamı və heykəltaraşı İbrahim Əhraridir.[1]

2011-ci ilin may ayının 30-da baş tutan açılış mərasimində Şteqlits-Selendorf dairəsinin özünüidarəetmə təşkilatının başçısı Norbert Kopp, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan diasporunun, Almaniya ictimaiyyətinin nümayəndələri, hər iki ölkənin elm və mədəniyyət xadimləri iştirak etmişlər. Mərasimdə Şteqlits-Selendorf dairəsinin təhsil, mədəniyyət və vətəndaşlara xidmət məsələləri üzrə müşaviri xanım Kerstin-Ulrix Rixter-Kotovski, Azərbaycanın Almaniyanın səfiri Pərviz Şahbazov və abidənin müəllifi İbrahim Əhrari çıxış etmişdilər.[2][3][4]

Həmçinin bax

İstinadlar

  1. "20 Jahre Chodschali Gedenktage für die Opfer des Kriegsverbrechens. 23.-26. Februar 2012 in Berlin". www.geschichte.hu-berlin.de (alman). Institut für Geschichtswissenschaften. 25 fevral 2012. 2013-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-30.
  2. "Khojaly monument unveiled in Berlin". teas.eu. The European Azerbaijani Society. 22 iyun 2011. 19 avqust 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2019.
  3. Babayev, İlkin. "В Берлине состоялось открытие памятника «Ходжалы»". www.1news.az. 1News. 30 may 2011. В Берлине состоялось открытие памятника «Ходжалы» - ФОТО tarixində arxivləşdirilib.
  4. "Khojaly monument opened in Germany". AzərTAc. News.az. 31 may 2011. 25 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2011.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.