Xocəsən metrostansiyası
Xocəsən[2] metrostansiyası — Bakı metrosunun 23 dekabr 2022-ci ildə istifadəyə verilmiş yerüstü stansiyası. Metropolitenin sayca 27-ci stansiyası və 2-ci yerüstü stansiyası kimi istifadəyə verilmişdir.[3] Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır.[4]
Xocəsən metrostansiyası | ||||
---|---|---|---|---|
3-cü xətt | ||||
Bakı metrosu | ||||
| ||||
Rayon | Binəqədi | |||
Yerləşməsi | Xocəsən qəsəbəsi | |||
Açılış tarixi | 23 dekabr 2022[1] | |||
İnşaat tipi | yerüstü | |||
Platformaların sayı | 1 | |||
Platformaların uzunluğu | 144 m | |||
Çıxdığı küçələr | Çingizxan küçəsi | |||
Nəqliyyat | 102, 130, 176, 539, 596 | |||
Qonşu stansiyalar | Avtovağzal | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
"Xocəsən" stansiyasının tikintisi üçün hazırlıq işləri 2014-cü ildə başlamışdır.[5] Stansiyada tikinti işləri 3 mərhələli şəkildə təşkil olunmuşdur.[6] Stansiyaya aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılmışdır.[6] Çünki tunellərin yerləşdiyi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir.[6] Sağ tunelin qazıntı işləri 2018-ci ilin aprelində, sol tunelin qazıntı işləri isə 2022-ci ilin aprelində başa çatmışdır.[6] 2022-ci ilin oktyabr ayında sınaq işləri aparılmışdır.[7]
Tikinti işlərinin birinci mərhələsi və stansiyasının tikintisi 2022-ci ilin sonunda başa çatdırılmışdır.[4] Seyfulla Vəliyev stansiyanın birinci rəisi təyin olunmuşdur.[3] Stansiyanın açılışı 23 dekabr 2022-ci ildə baş tutmuşdur.[1] Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir.[1]
Xüsusiyyətlər
Stansiya Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşir və Bənövşəyi xətt üçün depo rolunu oynayır.[6] "Bakmil" stansiyasından sonra Bakı metropoliteninin sayca 2-ci yerüstü stansiyasıdır.[4] Stansiyanı "Avtovağzal" stansiyası ilə birləşdirən sol tunel 1182 metr uzunluğunda, sağ tunel isə 1112 metr uzunluğundadır.[6] Platformanın uzunluğu 144 metrdir.[8] Stansiyada Almaniyanın "ThyssenKrupp Fahrtreppen" şirkətinin istehsalı olan iki eskalator quraşdırılıb.[1]
Qalereya
- Platforma.
- İçərisi.
- Eskalatorlar.
İstinadlar
- "İlham Əliyev Bakı Metropoliteninin "Xocəsən" stansiyasının açılışında iştirak edib". Report. 23 dekabr 2022. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2022.
- ""Xocasən", "Xocəsən", yoxsa "Xocahəsən"? - AÇIQLAMA + VİDEO". 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
- ""Xocəsən" metro stansiyasına rəis təyin edilib". İnsider (az.). 25 avqust 2022. 8 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2022.
- "Xocəsəndəki yerüstü metro stansiyası üzərində çətirlərin quraşdırılmasına başlandı". Trend.az (az.). 21 aprel 2022. 8 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2022.
- "Xocəsən-də metro olacaq". "Ədalət" qəzeti (az.). Archived from the original on 2022-10-08. İstifadə tarixi: 8 oktyabr 2022.
- "Metronun "Xocəsən" deposuna gedən tunellərin qazıntısı başa çatıb". AzTV (az.). 10 aprel 2022. 8 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2022.
- ""Xocəsən" stansiyası açılışa tam hazırdır - RƏSMİ". Oxu.az. 27 oktyabr 2022. İstifadə tarixi: 27 oktyabr 2022.
- "Xocəsəndə metro tikintisi davam edir - VİDEO". Real TV (az.). 2 dekabr 2021. 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2022.