Xocəsən (elektrik deposu)

XocəsənBakı metrosunun sayca ikinci elektrik deposu.[1] Bənövşəyi xəttin bir hissəsini təşkil edir.[1] Xocəsən metrostansiyasının yanında yerləşir.[1]

Xocəsən

3-cü xətt

Depodakı qatarlar
Ölkə  Azərbaycan
Şəhər Bakı
Açılma tarixi 23 dekabr 2022
Ən yaxın stansiya Xocəsən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

"Xocəsən" elektrik deposunun açılışı 23 dekabr 2022-ci ildə baş tutmuşdur.[1] Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir.[1] Elektrik deposunun tikintisi üç mərhələli plan üzrə aparılmış və birinci mərhələ başa çatmışdır.[1] Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca tələbata uyğun görüləcək.[1]

İkinci mərhələdə məişət otağı ilə dayanma korpusu, qatarların yuyulması kamerası, təkərlərin diaqnostika kompleksi, yanacaq-sürtkü materialları anbarı, dönmə qurğuları, kompressor stansiyası, təmir-dayanacaq binası üçün qazanxana inşa olunacaq.[1] Üçüncü mərhələdə isə vaqonların təmiri və istehsalı korpusu, inzibati və məişət binaları, dispetçer idarəetmə məntəqəsi və vaqon təmiri binaları üçün qazanxana, qaldırıcı kran estakadası ilə texnoloji platformanın tikintisi planlaşdırılır.[1]

Xüsusiyyətlər

Elektrik deposu 24 hektardan çox ərazini əhatə edir.[1] Depoda iki içməli su anbarı, iki yanğın su anbarı, üç baxış qanovu və xidməti otaqlar, qatarların hərəkətini idarə etmək üçün blok-post, elektrik yarımstansiyası, təmir və texniki baxış infrastrukturu yaradılıb.[1]

İstinadlar

  1. "İlham Əliyev Bakı Metropoliteninin "Xocəsən" stansiyasının açılışında iştirak edib". Report. 23 dekabr 2022. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2022.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.