Xoakin Kortes

Xoakin Kortes, (es. Joaquin Cortés , Xoakin Pedraja Kortes 22 fevral 1969, Kordova xilafəti, İspaniya) flamenko rəqqası və xareoqrafdır. Xoakin dünyada yalnız flamenkosu ilə deyil, böyük məhsuldar layihələrin yaradıcısı kimi də tanınmışdır.

Xoakin Kortes
Doğum tarixi 22 fevral 1969(1969-02-22) (55 yaş)
Doğum yeri
Vətəndaşlığı ispan
Milliyyəti qaraçı
İxtisası rəqqas
Fəaliyyəti xoreoqraf, balet artisti, aktyor, kinorejissor, teatr prodüseri[d], musiqiçi
Fəaliyyət illəri 2010-cu ildən
joaquincortes.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Uşaqlığı

Xoakin Kortes, əsl adı Xoakin Pedraja Kortes 1969-cu ilin 22 fevralında dünyaya gəlmişdir. O uşaq olarkən Madridə, Lavapies qəsəbəsinə köçürlər. Rəqs təhsilinə 13 yaşı olarkən Madriddə başlayır. O, burada Güito, Mariya Maqdalena, Viktoria Euxenia, Kristobal Reyes və Xuana Taft ilə işləmiş, onlardan dərs almışdır. 1984-cü ildə , 15 yaşında olarkən İspaniya Milli Baletinin üzvü idi və qısa müddətdə isə solo rəqqas kimi fəaliyyətə başladı. Kortes bu kompaniya ilə Nyu-Yorkun Metropolitan Opera Evi , Moskvanın Kreml sarayı və bu kimi başqa önəmli teatrlarda rəqs edərək dünyanın bir çox ölkələrinə səyahət etdi.

Rəqs məktəbindən sonrakı dövr

Sonra Milli Baleti tərk edir və irəliləyən karyerasına dünyanın rəqs peşəkarları ilə eyni səhnəni bölüşərək rəqslərinə davam edir. Bunlara misal kimi Maya Plisetskaya, Silvie Gilyen və Peter Şauffusu göstərmək olar. Həmçinin Tokio Yay Flamenko Festivalında da çıxış edir, bundan başqa Nyu- Yorkun Linkoln mərkəzində, Venesuela Karakasda Tereza Karrenyo Balet kompaniyası ilə xareoqrafiyası Visente Nebradaya aid olan Don Kixot baletində rəqs etmişdir. Bu dövrlərdə Verona Arenası üçün Karmen xareoqrafiyasını yaratmışdır.

Karyerası

1992-ci ildə onun şəxsi "Xoakin Kortes Flamenko Balet" kompaniyası yaradır. Bu kompaniyanın birinci istehsalı olan "Cibayi" İtalya , YaponiyaFransada , VenesueladaAmerika Birləşmiş Ştatlarında təqdim olundu. Elə həmin il "Una rosa es una rosa" (Qızılgül qızılgüldür) adlı xareoqrafiyasını hazırlamış, ona klip çəkmiş və orada həmkarı Ana Torroxa ilə çıxış etmişdir. "Pasión Gitana" (Qaraçı ehtirası)adlandırılan ikinci tamaşası 1995-ci ildə Giorgio Armani adlı dizaynerin geyim dəstəyi ilə Madridin Albeniz Teatrında səhnələşdirilmişdir. Bu tamaşa ilə1996-cı ildə ABŞa, 1997-ci ildə Latın Amerikasına,Avstraliya ,YaponiyaKanadaya 1998-ci ildə səfərlər etmişdir.Tamaşaya milyonlarla tamaşaçı gəlmişdi. Kino aləminə Pedro Almodovarın"La flor de mi secreto" ( Sirrimin çiçəyi ) adlı film ilə qoşulmuşdur. Daha sonra isə Karlos Sauranın "Flamenko" filmində rol oynamışdır.

1999-cu il

Kortes 1999-cu illərin əvvəllərində Nyu-Yorka köçür və Oskar mükafatının təqdimolunma mərasimində birgə iştirak etdiyi xareoqraf Debbie Allen ilə əməkdaşlığa başlayır. Elə həmin il İspaniyaya qayıdır və Sevilya Dünya Atletizminin açılış mərasiminə dəvət olunur. Oktyabrda "Soul" adlı yeni tamaşa yaradır və o Barselonanın Tivoli Teatrında səhnələşdirilir.

2000-ci il

2000-ci ildə "Gitano" (Qaraçı) adlanan yeni filmə dəvət alır , bu dəfə baş rol üçün. Eyni zamanda "Soul" tamaşasının nümayiş etdirmək üçün Çin, İngiltərə, Almaniya, Cənubi Amerika ölkələrinə dünya turuna çıxır.

2001-ci il

Xoakin 2001-ci ildə "Dəniz … Festivalı"nın açılış mərasimində iştirak edir. Daha sonra Londonda səhnələşdirilən "Pura pasión" ( Saf ehtiras) adlı layihəni yaradır, bir neçə gün sonra isə Barselonanın Tivoli Teatrında onun "Live" tamaşası təqdim olunur. Həmçinin Cenifer Lopezin Puerto-Rikoya qastrolunda da iştirak edib, 2001-ci il Qrammi mükafatının təqdim olunma mərasimində "Fallin" başlığı altındakı səhnəcikdə Alisiya Keys ilə rəqs etmişdir.

2002-ci il

2002-ci il dekabrın 11-də Xoakin Kortes Nobel Sülh Mükafatının verilməsi münasibətilə OSLO SPEKTRUMun həyata keçirdiyi ənənəvi konsert proqramında iştirak üçün dəvət olunmuşdur. Həmçinin bu mərasimdə Norveç Kral ailəsi də iştirak etmiş, Cimmi Karterə Nobel Sülh Mükafatı verilmişdir.

2003-cü il

2003-cü ildə Royal Albert Hall.da "Charity Hope Gala" və "Fashion Rocks for the Prince’s Trust" adlı mərasimlərdə iştirak etmişdir. Həmin ilin sentyabrında italyan rejissoru Ciro Ipolitonun "Vainilla y Chocolate" (Vanil və şokolad) adlı uzunmetrajlı filmində baş rolu ifa edir.

2004-cü il

2004-cü ilin martın 5-də özünün "Sevgi və nifrətdən"adlı xareoqrafitası Milanın Diners della Luna Teatrında təqdim olunur.

2005-ci il

2005-ci ilin mayın 3-də Meksikada "" Mi soledad" (Mənim tənhalığım) adlı kiçik ssenarili tamaşasını yazdı və dünya səyahətinə davam etdi.

2006-ci il

2006-cı ilin noyabrında Avropa Parlamenti tərəfindən Roman xalqının Səfiri adlandırıldı. Brüsselə çağırılır və orada Barroso və Borrell Prezidentləri ilə Xoakin arasında görüş keçirilir və daha sonra avropa deputatları ilə görüşmüş və qaraçı xalqı haqqında hisslərini bölüşmüşdür.

2007-ci il

2007-ci ilin iyulun 7-də Lissabonda Luz stadionunda Xose Karrera cə Dulse Pontes tərəfindən keçirilən "Dünyanın yeni 7 möcüzəsi" adlı mərasimdə iştirak edir. Xoakin dünyada yalnız flamenkosu ilə deyil, böyük məhsuldar layihələrin yaradıcısı kimi də tanınmışdır. Video oyunların rəhbəri İedo Koxima "Metal Gear Solid" filminin "Vamp" personajını yaratmaq üçün Xoakinin görüntüsündən istifadə etmişdir.

2009-cu il

2009-cu ilin fevralında Londonun Rounhouse adlanan yerində öz kompaniyası ilə yeni dünya səyahətinin başlanğıcı kimi 2 gecə təşkil edir. 2009-cu ilin mayın 14-də onun son 6 əsərindən ən yaxşısı olan "Calé" adlı yeni əsərini yazır və bu da Nyu-Yorkun Beacon Teatrında səhnələşdirilir.

2010-cu il

Həmçinin 2010-cu ildə ABŞın vitse-prezidenti tərəfindən İqlim Dəyişikliyi üzrə səfir seçilmişdir. Meksikada onu Lunas mükafatı ilə təltif edirlər. Həmçinin İspaniya Hökuməti onun karyerasının 25-ci ildönümü ilə əlaqədar olaraq Xoakin Kortesi İncəsənət üzrə qızıl medalla təltif etmişdir.

2013-cu il

2013-cü ilin mart ayının 9-dan 19-a qədər "Heydər Əliyev Fondu"nun təşkilati dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə "Muğam aləmi" Beynəlxalq Musiqi Festivalı adlı tədbir keçirildi.Bu tədbir çərçivəsində mart ayının 18-də Heydər Əliyev Sarayında məşhur ispan flamenko rəqqası Xoakin Kortes "Dicen de mi" (Məndən danışırlar) adlı konsert proqramı ilə çıxış etdi.

Filmləri

  • La flor de mi secreto (Sirrimin çiçəyi) (Pedro Almodóvar rejissorluğu ilə)
  • Flamenko (Carlos Sauranın rejissorluğu ilə)
  • Vainilla y chocolate (Vanil və şokolad) ( Ciro Ippolito rejissorluğu ilə)
  • Gitano (qaraçı)

Videoları

  • Pasión Gitana (Qaraçı ehtirası) (1997, Buena Vista Internacional)
  • Live at the Royal Albert Hall (2004, Sony Bmg)
  • Atropellando en la ciudad

Mənbə

https://es.wikipedia.org/wiki/Joaqu%C3%ADn_Cort%C3%A9s

http://cordobesesilustres.wikispaces.com/Joaqu%C3%ADn+Cort%C3%A9s Arxivləşdirilib 2012-06-05 at the Wayback Machine

http://www.flamenco-world.com/magazine/ecorte.htm Arxivləşdirilib 2006-02-19 at the Wayback Machine

http://www.biografiasyvidas.com/biografia/c/cortes_joaquin.htm

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.