Xoşniyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır.[1] Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir.
Bona fides
Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir. Hazırkı dövrdə "fides" mötəbərlik ilə əlaqəli olsa da, Latın dilində olan anlayışın texniki tərcüməsi iki tərəf arasındakı mümkün münasibətlərdə etimadın olmasına dəlalət edir. Qədim Romada vicdanlı davranmağı hər zaman hər iki tərəf öz üzərinə götürür və bunun pozulması üçün hüquqi və dini məsuliyyət daşıdıqlarını başa düşürdülər.[2] Fides, Roma bütpərəstliyində dini "ilahilik" olaraq qəbul edilən orijinal fəzilətlərdən biri idi. Müasir dövrdə, bir yaxşılığın tam olması üçün onun qarşılığında başqa bir yaxşılığın edilməsi kimi şərh edilir.
Hüquqda
Hüquq sahəsində "bona fides" hipotezanın doğruluğu və ya yanlışlığı, həmçinin, fikir birliyi ilə bağlı dürüstlük və inamın əqli və əxlaqi vəziyyətini ifadə edir; eyni şəkildə bir davranış xəttinin düzlüyü və ya səhvliyi ilə əlaqədardır. Hüquqi anlayış kimi xoş niyyət ədalətlilik məsələlərində xüsusilə vacibdir.[3][4] Xoş niyyət anlayışı Magna Cartanın orijinal versiyası ilə də bəyan edilmişdir[5]. Müqavilə hüququnda xoş niyyət dedikdə, digər tərəfin və ya tərəflərin müqavilə ilə nəzərdə tutduqlarını əldə etmək hüququna xələl gətirmədən, müqavilə tərəflərinin bir-birləri ilə dürüst və ədalətli davranacaqlarına dair götürdükləri öhdəlik başa düşülür. Bu öhdəliyin pozulması sığorta hüququnda sığortaçının pis niyyəti (ing. insurance bad faith) kimi tanınan hüquqi məsuliyyətə səbəb ola bilər.
ABŞ-nin əksər yurisdiksiyaları nəzərdə tutulmuş vicdanlı və ədalətli münasibətlərin pozulmasını yalnız müqavilənin pozulmasının bir variantı kimi qiymətləndirirlər. Dilçilik baxımından, ABŞ-da bona fides ifadəsinin Amerikan ingiliscəsində istifadəsi şəxsiyyəti təsdiq edən sənədlər, peşə təhsili, şəxsin əmək fəaliyyəti anlayışları ilə sinonim hesab olunur, lakin "vicdanlı peşə vərdişləri " ilə eyniyyət təşkil etmir. Bu yaxınlarda digər ümumi hüquq ölkələri xoş niyyəti, yəni vicdanlılığı ümumi bir prinsip olaraq qəbul etməyə başladılar. İngiltərə Yüksək Məhkəməsi Yam Seng Pte Ltd şirkətinin İnt Trade Corp Ltd şirkətinə qarşı[6] işində bu ifadə etməni xüsusiləşdirdi. Kanadada Ali Məhkəmə Bhasin Hrynew-a qarşı işində vicdanlılığın ümumi təşkilatçılıq prinsipi olduğunu elan etdi[7].
Məşğulluq və ya işəqəbul ilə bağlı
Vicdanlı peşə vərdişləri (işəgötürənin vicdanlı səyi) işçilərin işə götürülməsi və işdə saxlanması barədə qərar qəbul edərkən işəgötürənlərin nəzərə almasına icazə verilən keyfiyyətlər və xüsusiyyətlərdir. İşəgötürənin vicdanlı səyi, Vaşinqton əyalətinin İşəgötürmə Yollarının Azaldılması (CTR) Qanununun azaldılması hədəflərinə işəgötürənin bağlılıq səviyyəsini müəyyənləşdirmək üçün illik proqramı nəzərdən keçirmə prosesi zamanı yurisdiksiyanın qiymətləndirmə vasitəsi kimi istifadə olunur. Amerika Birləşmiş Ştatları federal və əyalət hökumətlərindən tələb edilir ki, ictimai iş yerləri açılarkən əlillərə, azlıqlara, qadın və veteran ticarət müəssisələrinə münasibətdə müsbət diskriminasiyaya yol verilən hərəkət nümayiş etdirilsin. Vicdanlı səy qanunu, əyalətlərdə və hətta əyalətlər daxilində hökumətin mükafatlandırma şöbəsindən asılı olaraq dəyişir. Əksər xoş niyyət səyləri, dövlət tərəfindən təsdiqlənmiş nəşrlərdə və ümumiyyətlə ticarət nəşrlərində reklam tələb edir, Kanada kimi digər ölkələrdə də oxşar proqramlar mövcuddur.
Vikilərdə
İctimai vikilərin istifadəçilərinin xoş niyyətlə davrandıqları güman olunur. Vikipediyanın xoş niyyətliliklə bağlı prinsipi 2005-ci ildən tətbiq olunur.[8] Bu, "Vikipediya etik qaydalarındakı ilk prinsip" olaraq təsvir edilmişdir.[9] İstifadəçilərin Vikipediyaya töhfə vermək motivləri ilə bağlı bir araşdırmaya görə, "iştirakçılar həm fərdi, həm də əməkdaşlıq motivlərinə sahib ikən, əməkdaşlıq (fədakar) motivləri üstünlük təşkil edir.[10]
İstinadlar
- Garger, John. "Translating Arguendo and Bona Fide from Latin to English." Bright Hub Education. Bright Hub Inc., 5 yanvar 2012. İstifadə tarixi 6 fevral 2015
- Adams, John P. "The Roman Concept of Fides". sun.edu. May 2009. 2021-05-09 tarixində arxivləşdirilib.
- "good faith". Law.com. 2009-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-03.
- Good Faith as an international principle of law Trans-Lex.org Arxivləşdirilib 2010-09-18 at the Wayback Machine
- Magna Carta (1215), Clause I
- [2013] EWHC 111
- "SCC 71". scc-csc.lexum.com. 2014. 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
- "Wikipedia:Assume good faith." Wikipedia, The Free Encyclopedia. 13 may 2005, 20:361 UTC. Wikipedia:Assume good faith Arxivləşdirilib 2021-07-22 at the Wayback Machine
- Goldspink, Chris (2007), "Normative self-regulation in the emergence of global network institutions: The Case of Wikipedia Arxivləşdirilib 2021-06-03 at the Wayback Machine", Proceedings of the 13th ANZSYS Conference – Auckland, New Zealand, 2–5 dekabr 2007; Systemic Development: Local Solutions in a Global Environment
- Wagner, C., Prasarnphanich, P. (2007) "Innovating collaborative content creation: the role of altruism and wiki technology", Proceedings of 40th Hawaii International Conference on System Sciences, 3–6 yanvar 2007, Hawaii