Xloritlər

Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3-dür. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində. Süxurların aşınma məhsullarında geniş yayılmışdır. Çökmə süxurlarda (şamozit-kaolinitli, oolitli, dəmir və b. gilli süxur) həm klastik, həm də autigen mineral kimi iştirak edə bilər. Dəmirlə zəngin olan xloritlər (şamozit, türingit) dəmir filizləridir.

Xloritlər
Ümumi məlumatlar
Kateqoriya Mineral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə

Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.