Xloretan
Xloretan (lat. Aethylil chloridum) — rəngsiz, asan sıxılan qazdır, zəif xarakterik iyə malikdir , oddan təhlükəlidir. Tibbdə anesteziya üçün güclü soyuducu metod kimi istifadə olunur, əvvəllər bəzi hallarda inqalyasiya üçün narkoz kimi istifadə olunub.
Xloretan | |
---|---|
| |
Ümumi | |
Sistematik adı | Xloretan |
Kimyəvi formulu | C₂H₅Cl[1] |
Molyar kütlə | 0 kq[1] |
Fiziki xassələri | |
Sıxlıq | 0,92 ± 0,01 q/sm³[2] |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −218 ± 1 ℉[2], −138,7 °C[3] |
Qaynama nöqtəsi | 54 ± 1 ℉[2], 13,1 °C[3] |
Buxarın təzyiqi | 1.000 ± 1 mm Hg[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 75-00-3 |
PubChem | 6337 |
RTECS | KH7525000 |
ChEBI | 47554 |
ChemSpider | 6097 |
Xloretan həmçinin xladaqent R-160 kimi tanınır.
Sinonimlər
Etilxlorid, Aether chloratus, Aethylis chloridum, Aethylium chloratum, Chelen, Chlorene, Chloretan, Ethylis chloridum, Ethyl chloride, Kelen, Xloristiy etil, Xloretan.
Ümumi məlumat
Xloretil güclü narkotik xassəli vasitədir. Nəfəslə udulan qarışıqda həcm etibarı ilə 3-4% xloretil olarsa cərrahi əməliyyat üçün narkoz mərhələsi yaranır. Narkoz 2-3 dəqiqə müddətdə baş tutur. Ayılma tez yaranır.
Etilxloridin əsas çatışmayan cəhəti qısa təsir müddətinə malik olması və bu səbəbdən də təkrar əlavə dozaya ehtiyac duyulduğu üçün təhlükəlidir. Hal hazırda etilxlorid nadir hallarda narkoz kimi istifadə olunur (yalnız qısa müddətli müdaxilələr istisna olmaqla). O, əsasən dəri üzərində aparılan qısa müddətli əməliyyatlarda yerli ağrıkəsici vasitə kimi istifadə olunur. Dərinin üzərinə düşən zaman sürətlə buxarlandığı üçün düşdüyü yeri güclü şəkildə soyudur və hissiyyatı azaldır. Bu xassəsindən istifadə edərək az miqdarda yerli əməliyyatlarda istifadə olunur (dərinin kəsilməsi). Bununla yanaşı etilxloriddən dəridə qaşınmaları azaltmaq, həmçinin qızıl yel, neyromiozit, nevralgiya, termiki yanıqlar, qırmızı dəmiroy və s. xəstəliklərdə də istifadə olunur. Bu cür müalicələr üçün etilxlorid doldurulmuş ampulanı açır, əlin içində isidir və nazik axınla dəridə olan xəstə yerə (25-30 sm məsafədən) tökürlər. Müalicə gündə 1 dəfə olmaqla 7-10 gün ərzində aparılır. Etilxloridlə müalicə zamanı dərinin zədələnməməsi üçün ehtiyatlı olmaq tələb olunur.
Əksgöstərici
Əsas əksgöstərici kimi onun tətbiqi zamanı dəri örtüyündə müəyyən pozuntular yaranması, sinirlərin xəsarət alması (damar genişlənməsi) kimi hallar qeyd edilə bilər.
Fiziki xassələri
Şəffaf, rəngsiz, asan uçucu mayedir, özünəməxsus iyə malikdir. Suda çətin həll olur (təqribən 1:50). Spirt və efirdə bütün nisbətlərdə həll olur. Oddan təhlükəlidir. Yaşıl rəngli alovla yanır. Sıxlığı 0,919 – 0, 923 (00c temperaturda). Qaynama temperaturu +12 – 13C0-dir.
Buraxılma forması
30 ml həcmli ampulalarda buraxılır. Bir qutuya 10 ədəd ampula qablaşdırılır.
Saxlama
İşıq düşməyən sərin yerdə saxlanılır.
Mənbə
- Менделеев Д. И., Сум Н.,. Этил хлористый // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
İstinadlar
- Chloroethane (ing.).
- http://www.cdc.gov/niosh/npg/npgd0267.html.
- David R. Lide, Jr. Basic laboratory and industrial chemicals (ing.): A CRC quick reference handbook. CRC Press, 1993. ISBN 978-0-8493-4498-5