Xiyaban
Xiyaban – park, bağ və başqa yerlərdə hər iki tərəfi ağac və bitki örtüyü ilə düzülmüş yol. Xiyaban tipləri (düz, əyrixətli və başqa formalarda ola bilər) və onların quruluşu (ikicərgəli və çoxcərgəli, biryaruslu və çoxyaruslu, ağaclardan və kollardan ibarət sıx çəpərli) memarlıq planına əsasən müəyyənləşdirilir.
Bir çox şərq ölkəsində şəhərlərin böyük küçələri (prospektlər) xiyaban adlanır. Bəzən fəxri dəfn yerlərinə də xiyaban deyilir (məs. Fəxri Xiyaban, Şəhidlər Xiyabanı).[1]
Mənbə
- Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.