Xeyrimli
Xeyrimli (keçmiş adları Dil Xeyrimli və Deli Xeyrimli) – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Xeyrimli | |
---|---|
41°02′58″ şm. e. 45°06′30″ ş. u. | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 4.1[1] |
Mərkəzin hündürlüyü | 764 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 318[1] nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
|
Kənd 8 mart 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi.
Toponimikası
Xeyrimli (oykonim, sadə) — Qazax rayonunun Əskipara inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir.
Keçmiş adı Dil Xeyrimli və Deli Xeyrimli variantlarında qeyd olunmuşdur. Tədqiqatçılara görə, oykonim əvvəllər deli xeyrimli tayfasının[2], və ya deli və xeyirli adlı iki etnonimin birləşməsindən düzəlmiş, sonralar bu etnonimlərdən birincisi ixtisara uğramışdır.[3]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 290 nəfər əhali yaşayır. Əhalinin 134 nəfəri kişilər, 156 nəfəri qadınlardan ibarətdir.[4]
Həmçinin bax
İstinadlar
- "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.