Xeyirlə şərin rəqsi (film, 2015)
Xeyirlə şərin rəqsi filmi rejissor Yavər Rzayev[1] tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında[1] istehsal edilmişdir. Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub. Filmdə əsas rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova və Rasim Cəfər ifa edirlər.
Xeyirlə şərin rəqsi | |
---|---|
Janr | detektiv |
Rejissorlar | Yavər Rzayev |
Ssenari müəllifləri |
Çingiz Abdullayev Yavər Rzayev |
Baş rollarda |
İlqar Muradov Məbud Məhərrəmov Qurban İsmayılov Şükufə Yusupova Rasim Cəfər |
Operator | Nadir Mehdiyev |
Bəstəkar | Səyavuş Kərimi |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 27 may 2016, Bakı[1] |
Müddət | 01:28:04 dəqiqə |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2016 |
Rəng | rəngli |
Məzmun
Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub.[1]
Film haqqında
Film Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında çəkilmişdir.
Rollarda
- İlqar Muradov — Dronqo[1]
- Məbud Məhərrəmov — Boris
- Qurban İsmayılov — Əlisa
- Şükufə Yusupova — Ofeliya
- Rasim Cəfər — Tufan
- Səbinə Məmmədova — Fatimə
- Natella Əlizadə — Aynur
- Münəvvər Əliyeva — Elza
- Cavanşir Hadıyev — müstəntiq
- Şövqi Hüseynov — Qulam
- Şəbnəm Hüseynova — Qulamın yoldaşı
- Firdovsi Atakişiyev — Səməd
- Əjdər Zeynalov — Zinur
- Ayşad Məmmədov — Asif
- Füzuli Hüseynov — naməlum kişi
- Məzahir Süleymanov — Semyon İzrailoviç
- Cahangir Zülfüqarov — Milman
- Emiliya Əzimova — Milmanın yoldaşı
İstinadlar
- ""Xeyirlə Şərin rəqsi" filminin təqdimatı keçiriləcək". 2017-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.