Xerson quberniyası

Xerson quberniyası (rus. Херсонская губерния) - 1803-1922-ci illər aralığında Rusiya imperiyası daxilində mövcud olmuş inzibati-ərazi vahidi, quberniya. Xerson quberniyasının inzibati və siyasi mərkəzi indiki Ukraynanın Xerson şəhəri olmuşdur. 71 min kvadrat kilometr ərazini əhatə edən quberniyada təxminən 2.733 min nəfərə yaxın əhali yaşamışdır.

Xerson quberniyası
rus. Херсонская губерния
Gerb[d]
Gerb[d]

46°37′59″ şm. e. 32°36′00″ ş. u.


Ölkə Rusiya İmperiyası
İnzibati mərkəz Xerson
Tarixi və coğrafiyası
Yaradılıb 1803
Ləğv edilib 1922
Əhalisi
Əhalisi
  • 3.215.700 nəf.
Xerson quberniyası xəritədə
Ardıcıllıq
 Novorossiysk quberniyası[d] Odessa quberniyası[d] 
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1897-ci ildə Rusiya imperiyasında aparılmış ümumi siyahıyaalmayanın nəticələrinə görə quberniya şimal-qərbdən Podolsk quberniyası, şimaldan Kiyev general-quberniyası, şimal-şərqdən Poltava quberniyası, şərqdən Yekaterinoslav quberniyası, cənub-şərqdə Tavrida quberniyası, cənubda Qara dənizBessarabiya quberniyası ilə həmsərhəd idi.

Xerson quberniyası müasir dövrdə Ukraynanın Nikolayev vilayəti, Kirovoqrad vilayəti, Odessa vilayəti kimi əraziləri tamamilə Xerson vilayətiDnepropetrovsk vilayətini isə qismən əhatə etməkdədir.

Quberniyanın iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanırdı. Taxıl biçini zamanı imperiyanın müxtəlif bölgələrindən mövsümlük işləmək üçün on minlərlə kəndli kənd təsərrüfatı işçisi kimi buraya gəlir və burada işləyirdilər. Ənənəvi kənd təsərrüfatı sahələrindən başqa un dəyirmanı, distillə, metal emalı, dəmir hasilatı, çuğundur-şəkər emalı və kərpic sənayesi kimi imperiyanın hər quberniyasında olmayan bəzi xüsusi sahələr də, burada geniş inkişaf etmişdir.

İnzibati bölgü

Yekaterinoslav general-qubernatorluğu 7 qəzadan (inzibati mərkəzləri mötərizədə) ibarət idi:

QəzaŞəhərGerbƏraziƏhali
TransliterasiyaKiril qrafikası
AleksandriyaАлександрійскійAleksandriya
11,165 km2
(4,311 kv. mil)
327,199
AnanivАнаньевскійAnaniv
10,289.2 km2
(3,972.7 kv. mil)
187,226
YelizavetqradЕлисаветградскійYelizavetqrad
15,866.8 km2
(6,126.2 kv. mil)
507,660
OdessaОдесскійOdessa
10,552.1 km2
(4,074.2 kv. mil)
532,729
TiraspolskyТираспольскійTiraspol
7,228.9 km2
(2,791.1 kv. mil)
206,568
XersonХерсонскійXerson
19,553 km2
(7,549 kv. mil)
532,956
Nikolayev hərbiləşdirilmiş quberniyasıНиколаевское воѣнное губернаторствоNikolayev
197.3 km2
(76.2 kv. mil)
92,000

Əsas şəhərlər

1897-ci ildə Rusiya imperiyasında aparılmış əhalinin ümumi siyahıyaalınmasına əsasən;

Demoqrafiya

1858-ci ilə qədər əhalinin üçdə biri (hərbi mükəlləflər, admiral məskənləri, xarici kolonistlər və s.) hərbi vəziyyətə tabe idi. Quberniyanın 1812-ci ildə təxminən 245.000 əhalisi var idi; 1851-ci ildə 893.000; 1863-cü ildə 1.330.000; 1885-ci ildə 2.027.000; 1897-ci ildə 2.733.600; və 1914-cü ildə 3.744.600. 1850-ci illərdə quberniya əhalisinin əsas etnik tərkibi əsasən bu formada qruplaşmışdı; ukraynalılar (68-75%), rumınlar (8-11%), ruslar (3-7%), yəhudilər (6%), almanlar (4%), bolqarlar (2%), polyaklar, yunanlarqaraçılar.

1914-cü ildə ukraynalılar əhalinin 53%-ni, ruslar 22%-ni, yəhudilər isə 12%-ni təşkil edirdi. 1850-ci illərə qədər şəhər sakinləri əhalinin 10-20 faizini təşkil edirdi şəhər sakinlərinin xüsusi çəkisi 1897-ci ildə təxminən 30%-ə yüksəldi. Xerson quberniyasının digər quberniyalardan fərqli olaraq mövsümlük işçiləri qəbul etməsi quberniyanın demoqrafik tərkibinin multikulturalist olmasına səbəb olmuşdu. Belə ki, 1897-ci ilin məlumatına əsasən quberniya əhalisinin 46% quberniya sərhədlərindən kənarda anadan olmuş və bu ərazilərə sonradan gəlmiş şəxslərdən ibarət idi.


1897-ci ilin məlumatına əsasən Xerson quberniyasının linqvistik tərkibi[1]
DilAna diliFaiz
Ukrainca1,462,03953.48
Rusca575,37521.05
İvritcə322,53711.80
Rumınca147,2185.39
Almanca123,4534.52
Polyakca30,8941.13
Bolqarca25,6850.94
Belarusca[2]22,9580.84
Yunanca8,2570.30
Tatarca3,1520.12
Ermənicə2,0700.08
Qaraçı1,6710.06
Fransızca1,3530.05
Çexcə1,3510.05
İtalyanca8340.03
İsveççə6620.02
Latışca6190.02
Türkçə5080.02
Litvaca4780.01
İngiliscə4750.01
Estonca3030.01
Gürcücə2010.01
Mordvaca1700.01
Digər dillər9190.03
Cəmi2,733,612100.00
1897-ci ilin məlumatına əsasən Xerson quberniyasının dini tərkibi[3]
DinKişiQadınHər ikisi
SayFaiz
Şərqi ortodoks1,123,8601,067,2192,191,07980.15
İudaizm168,425171,485339,91012.43
Roma-Katolik53,14042,08795,2273.48
Lüteran29,22927,32856,5572.07
Qədim inanclar13,92314,13128,0541.03
Baptist2,7192,6965,4150.20
Mennonit2,7342,6525,3860.20
Kalvinist2,5072,5035,0100.18
Müsəlman1,9644032,3670.09
Erməni Həvari1,3079052,2120.08
Kəraim9541,0542,0080.07
Anqlikan80831630.01
Erməni Katolik5919780.00
Buddist1311240.00
Digər xristian məzhəblər64551190.00
Digər qeyri-xristian məzhəblər3030.00
Cəmi1,400,9811,332,6312,733,612100.00

İstinadlar

  1. "Demoscope Weekly – Annex. Statistical indicators reference". www.demoscape.ru. 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
  2. Fortson IV, Benjamin W. Indo-European Language and Culture: An Introduction. John Wiley & Sons. 2011. 429. ISBN 978-1-4443-5968-8. 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  3. "Демоскоп Weekly - Приложение. Справочник статистических показателей". www.demoscope.ru. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.