Xaya artımı
Xaya artımı — retortaya bənzər bir üzvdür. Genez cəhətcə tam ayrı olub fizioloji və anatomik cəhətcə xaya ilə sıx rabitədədir. Bunun qalınlaşmış yuxarı ucu — xaya artımı başı, orta hissəsi — xaya artımı cismi və nazik aşağı ucu — xaya artımı quyruğu adlanır. Xaya artımının yuxarı ucunda xaya artımı appendiksi yerləşmişdir. Bu armudabənzər, 3,0 mm böyüklükdə, sulu maye ilə dolubir qovuqcuq kimidir və özü də orta böyrəyin rudiment halında qalmış qalığıdır. Divarları nazik birləşdirici toxumadan təşkil olunmuşdur və daxili səthi silindrəbənzər epitel ilə örtülüdür. Xaya artımı appendiksinə ancaq 30% hallarda təsadüf olunur.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.