Xaspoladoba
Xaspoladoba (əvvəlki adı: Qasabovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Qasabovka kəndi Xaspoladoba kəndi adlandırılmışdır.[1]
Xaspoladoba | |
---|---|
41°29′38″ şm. e. 48°49′36″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 13 m |
Saat qurşağı | |
|
Toponimikası
Xaspoladoba kəndi Samur-Dəvəçi ovalığındadır. Oykonim Xaspolad (şəxs adı) və oba komponentlərindən düzəlib, "Xaspolada məxsus oba" mənasındadır.[2]
İqtisadiyyatı
Kənd ilə rayon arasındakı məsafə 5 km-dir. Xaspoladoba kəndi qaz, işıq, telefon ilə fasiləsiz təmin olunmaqdadır. Kəndin içməli su təlabatı isə təbii bulaqlar vasitəsi ilə ödənilir.
İstinadlar
- "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- Xaspoladoba // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Xarici keçidlər
- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.