Xaspolad bəy Hacıyev
Xaspolad bəy İsmayıl bəy oğlu (21.1.1900, Şuşa — ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Xaspolad bəy Hacıyev | |
---|---|
Xaspolad bəy İsmayıl bəy oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Rusiya imperiyası |
Vəfat tarixi | Bilinmir |
Həyatı
1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirmiş, Petroqrad dağ-mədən institutuna daxil olmuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Fransaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.[1]
Mənbə
- Ənvər Çingizoğlu, Hacıyevlər: Hacı Allahverdi bəyin törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, №4, səh.8–11.
Həmçinin bax
- "Cümhuriyyət tələbələri Fransada". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.