Xasavyurt müqaviləsi
Xasavyurt müqaviləsi — Rusiya Federasiyası federal hökumətinin nümayəndələri və Çeçen İçkeriya Respublikası rəhbərliyinin 31 avqust 1996-cı il tarixli birgə imzaladığı müqavilə. Müqavilə Rusiya Federasiyası və Çeçenistan Respublikası qarşılıqlı əlaqələrin prinsiplərini özündə əks etdirir. Xasavyurt müqaviləsinin imzalanmasından sonra Çeçenistan ərazisində hərbi əməliyyatlar dayandırılır və Birinci Çeçenistan müharibəsi başa çatır.
Xasavyurt müqaviləsi | |
---|---|
Müqavilənin tipi | atəşkəs |
İmzalanma tarixi | 31 avqust 1996 |
Qüvvəyə minməsi | 31 avqust 1996 |
İmzalayanlar |
Aleksandr Lebed Aslan Masxadov |
Tərəflər |
Rusiya Çeçen İçkeriya Respublikası |
Dili | rus dili |
Öncəki vəziyyət
Müqavilə 1996-cı ilin avqustunda Qroznı, Arqun, Qudermes şəhərləri üzərində nəzarəti quran Çeçenistan İçkeriya Respublikasının silahlı birləşmələrinin uğurlu "Cihad" hərbi əməliyyatı fonunda imzalanmışdır. Federal qoşunların maddi, texniki dəstəyi və hərəkətlərinin kifayət qədər yaxşı təşkil edilməməsi müqaviləyə rəvac verir. Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Lev Roxlinin fikrincə, problemi hərbi yolla həll etmək cəhdinin özü səhv addım idi[1].
İmzalayanlar
Sənədi imzalayanlar (imzalanma zamanı tutulan vəzifələr):Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aslan Masxadov (Çeçenistanın İçkeriya Respublikasının Prezidenti vəzifəsini icra edən Zəlimxan Yandarbiyev adından) və Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibi Aleksandr Lebed (Rusiya Prezidenti Boris Yeltsin adından). Bundan əlavə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Sergey Xarlamov və İçkeriya Çeçenistan Respublikasınin vitse-prezidenti Said-Xasan Abumuslimov da müqavilələr imzaladılar.
22 avqust 1996-cı il tarixli Qroznı şəhərində və Çeçenistan Respublikasının ərazisindəki atəşkəs və hərbi əməliyyatların təxirəsalınmaz tədbirləri haqqında sazişdən fərqli olaraq, imzalayanların adlarının soyadları və baş hərfləri vəzifələr göstərilmədən verilir. İmza atanlar Aleksadr Lebed və Aslan Maxhadov göstərilir.
31 avqust 1996-cı il tarixli birgə bəyanatı imzalayanlar mətndə aşağıdakı ardıcıllıqla göstərilir[2]:
A. Lebed.
S. Xarlamov
A. Masxadov.
Müqavilələrin nəticələri
Xasavyurtdakı razılaşmaların nəticəsi, hərbi əməliyyatların dayandırılması və federal qoşunların Çeçenistandan çıxarılması olur. Ərazinin statusu ilə bağlı sual isə 31 dekabr 2001-ci ilə qədər təxirə salınır. Birinci Çeçenistan müharibəsi Xasavyurt müqaviləsinin imzalanması ilə başa çatır.
8 oktyabr 1996-cı ildə Rusiya Federasiyası Federasiya Şurası, "31 avqust 1996-cı ildə Xasavyurt şəhərində imzalanan sənədlərə baxılması haqqında" "Çeçenistan Respublikasındakı vəziyyət haqqında" 336-SF nömrəli qərar qəbul edir. Sənəd tərəflərin dövlət-hüquqi dəyəri olmayan münaqişəni sülh yolu ilə həll etmək istəyinin sübutu kimi göstərilir[3].
Siyasi elmlər namizədi D. Polyanskinin fikrincə, Xasavyurt müqavilələrinin imzalanması dini ekstremizmin intensiv yayılmasının başlanğıcını qoyur[4].
Müqavilələr girov götürmə və pul tələb etmə praktikasına təsir etmir. Belə ki, jurnalistlər Viktor Petrov, Bris Fleto və Svetlana Kuzmina Xasavyurt müqavilələri bağlandıqdan sonra qaçırılır.
1996-cı ildə Dövlət Dumasının 93 deputatı 31 avqust 1996-cı ildə Xasavyurtda A. Lebed, A. Mashadov, S. Xarlamov və S. Abumuslimov tərəfindən imzalanan sənədlərin konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Rusiya Federasiyası Konstitusiya Məhkəməsinə müraciət edir[5]. Sorğu müəlliflərinə görə, bu sənədlər Rusiya Federasiyası Konstitusiyasının Rusiya Federasiyasının ərazisinin bütövlüyünü və toxunulmazlığını təsdiq edən 4-cü maddəsinə uyğun gəlmir[6].
İstinadlar
- Александр Волков. Лев Рохлин. История одного убийства.. — Москва: ООО "Издательство Алгоритм", 2012. — С. 55–56. — 271 с. — 2000 экз. — ISBN 978-5-4438-0083-7.
- Тексты "Соглашения о неотложных мерах…" от 22 августа 1996 и "Совместного заявления и Принципов…" от 31 августа 1996 (г. Хасавюрт) по книге В. П. Романов. Чечня. Белая книга. — РИА Новости, 2000.
- Постановление Совета Федерации Федерального Собрания Российской Федерации № 336-СФ "О ситуации в Чеченской Республике" / Arxivləşdirilib 2012-06-29 at the Wayback Machine // Российская газета № 202, 22.10.1996; Собрание законодательства Российской Федерации № 43 от 21.10.1996
- Полянский, Д. С. Терроризм как политическое явление в современной России : автореферат к. полит. н. : 23.00.02. — Ставрополь: Ставроп. гос. ун-т, 2006. — 21 c.
- "Пять самых спорных документов в истории российской дипломатии" Arxivləşdirilib 2014-09-03 at the Wayback Machine "Свободная Пресса", 7 декабря 2013.
- Определение Конституционного Суда РФ от 26.12.1996 № 103-о "Об отказе в принятии к рассмотрению запроса группы депутатов Государственной Думы Федерального Собрания о соответствии Конституции Российской Федерации "Принципов определения основ взаимоотношений между Российской Федерацией и Чеченской Республикой" и совместного заявления, подписанных 31 августа 1996 года в г. Хасавюрте"" Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine