Xarxatan

XarxatanAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1]

Xarxatan
38°51′ şm. e. 48°44′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2054 (2009) nəfər
Xarxatan xəritədə
Xarxatan
Xarxatan

Əhalisi

Əhalisi 2054 nəfərdir.[2] Tanınmış ziyalısı Şahab müəllim Babayev.

Toponimiyası

Belə ehtimal edilir ki, oykonim XIII əsrdə Yaxın Şərqin, o cümlədən Cənubi Qafqazın işğallarında iştirak etmiş monqol tayfalarından olan xartaqanların adı ilə bağlıdır. Güman ki, Hülakülərin talış zonasına köçürdüyü monqol tayfaları içərisində xarlaqanlar da olmuşdur. Kəndin adı XIX əsrdə Xortaqan variantında qeydə alınmışdır. Rusiya ərazisində eyniadlı göl mövcuddur.[3]

Xarxatan yerli sakinlər tərəfindən talış dilində Xəxərton adlandırılır. Xəxərton-Xarxatan qeyri-şəffaf toponimdir. Toponimin izahı ilə bağlı bir neçə mülahizə vardır. Beləki, toponim gah “Xərqəltan” (fars dilində “eşşək batan yer”), gah “Xılxəton” (“çökək yerdə yerləşən kənd”) sözləri, gah da monqol mənşəli “Xartaqan” tayfasının adı ilə əlaqələndirilir. Xarxatan/Xəxərton zootoponimdir və onun farsca Xərqəltan sözündən yaranması daha inandırıcıdır. Fars dilində “xər” – eşşək, “qəltan” – batmaq, oturmaq deməkdir. Kəndin belə adlanması heç də əbəs yerə deyildir. Məlum olduğu kimi Talış xanları sülaləsinin banisi Seyid Abbasdır. Seyid Abbasın Xarxatanda yaşaması və Cil kəndindəki “Sexəlifə” (“Seyyid xəlifə”) qəbiristanlığında dəfn edilməsi ilə bağlı fikirlər vardır.[4]

Din

Xarxatan rayonda seyidlər kəndi kimi tanınır. Burada əsasən dördüncü imam Zeynalabidinin (ə.s.) şəcərəsindən olanlar yaşayırlar.[4]

Kənddə Xarxatan kənd məscidi dini icması fəaliyyət göstərir.[5]

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,304 səh.
  4. "Arxivlənmiş surət". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  5. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.