Xarxar
Xarxar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Xarxar kəndi Zəhmətkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xarxar kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Xarxar | |
---|---|
40°42′21″ şm. e. 45°49′50″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.499 m |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsini 1904-cü ildə, çarlıq dövründə Azərbaycana köçürülmüş moldovan ailələri Novoalekseyevka adı ilə salmışdılar. Lakin 1916-1917-ci illərdə onlar geriyə qayıtdıqdan sonra, burada azərbaycanlı ailələr məskunlaşmış və Xarxar adlı dərədə yerləşən bu kəndi "Xarxar" adlandırmışlar.
Tədqiqatçılara görə, toponim qədim alban tayfalarından olan qarqarların adı ilə bağlıdır.[2]
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1515 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- Xarxar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629