Xarici yuxu arteriyası

Xarici yuxu arteriyası (lat. arteia carotis externa) ümumi yuxu arteriyasının bir şaxəsi olub, ondan qalxanabənzər qığırdağın üst kənarı bərabərliyindən başlanğıc götürərək, döş-körpücük-məməyəbənzər əzələnin ön kənarı ilə yuxarıya döğru gedərək yuxu üçbucağına çatır, buradan çənəarxası çuxura keçərək qulaqaltı vəzinin kütləsini keçir və çənə boynu arxasında 3 şaxəyə ayrılır: səthi gicgah arteriyasılat. a. temporalis superficialisəng arteriyasılat. a. maxillaris. Başlanğıcda daxili yuxu arteriyası daxili yuxu arteriyasından işəri tərəfdə yerləşsə də sonradan yuxarı doğru getdikcə bayır tərəfinə keşərək ondan bizəbənzər çıxıntı, biz-udlaqlat. m. stylopharyngeusbiz-dil əzələlərilat. styloglossus vasitəsilə ayrılır.

Xarici yuxu arteriyası
Şəkil
Şəkil
Boyun arteriyaları (sağ tərəf): ümumu yuxu arteriyası, xarici yuxu arteriyası və onun şaxələri.
Latınca arteria carotis externa
Qrey subyekt 144 551
Başlanır Ümumi yuxu arteriyası
Şaxələri
  • yuxarı qalxanabənzər arteriyası,
  • dil arteriyası,
  • üz arteriyası,
  • udlağın qalxan arteriyası,
  • ənsə arteriyası
  • qulaq seyvanının dal arteriyası,
  • əng arteriyası
  • səthi gicgah arteriyası
Vena daxili vidaci vena
MeSH Carotid+Artery,+External
Dorlands/Elsevier     12153668

Şaxələri

Xarici yuxu arteriyası boyunun yuxarı qabaq nahiyəsinə, üzə və kəllənin divarlarına məxsus növbə ilə 9 şaxə verir:

  1. lat. arteria thyreoidea superioryuxarı qalxanabənzər arteriya;
  2. lat. arteria lingualisdil arteriyası;
  3. lat. arteria fascialisüz arteriyası;
  4. lat. ramus sternocleidomastoideusdöş körpüçük-məməyəbənzər şaxə;
  5. lat. arteria occipitalisənsə arteriyası;
  6. lat. arteria auricularis posteriorqulaq seyvanının dal arteriyası;
  7. lat. arteria pharyngea ascendeusudlağın qalxan arteriyası;
  8. lat. arteria temporalis superficialissəthi gicgah arteriyası;
  9. lat. arteria maxillarisəng arteriyası.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.