Xarıbülbül
Xarıbülbül (lat. Ophrys caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür.[1] Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür.
Xarıbülbül | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Orchidoideae Triba: Orchideae Yarımtriba: Orchidinae Cins: Növ: Xarıbülbül |
||||
Beynəlxalq elmi adı | ||||
|
Qısa morfoloji təsviri
İsimdir,fars dilindəki xar-tikan və bülbül sözlərinin birləşməsindən yaranıb. [2]
Xarıbülbül çoxillik ot bitkisidir. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2–3 sm, uzunluğu 5–10 sm-dir. Çiçək qrupu seyrəkdir, 5–6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-sm uzunluğunda açıq-bənövşəyi rənglidir. Daxili ləçəklər 3 sm uzunluqda oval-lansetvari, bənövşəyi və birdamarlıdır. Dodaqcıq məxmərvaridir, yuxarı hissədə irəliyə doğru qısa əlavə çıxıntısı var, qonur, üzəri bir neçə sarımtıl ləkəlidir, hər biri ensiz, açıq-sarı haşiyəlidir.[3]
Çiçəkyanlığının yarpaqcıqlarının uzunluğu 10–12 mm-dir, uzunsov-neştərvaridir, sarımtıl-yaşıl rəngdədir, daxili yarpaqcıqları xətvari-neştərşəkillidir, yaşılımtıl-qonur rəngdədir;dodağı məxmər kimidir, görünüşünə görə enli əksinəyu-murtaşəkillidir, tünd qırmızı-qonur rəngdə olub, mavitəhər-bənövşəyi rəngli H hərfinə oxşar cizgisi vardır, bütöv və ya üç bölümlüdür, orta bölümü böyrəkşəkilli-ürəkşəkilli kiçik qabarlı törəməlidir, kənardakılar qısa olub, uzunsov-üçkünclü-dür.
Çiçəkləməsi — Aprel — İyun ayları. (Yay ayları)
Məhdudlaşdırıcı amillər
Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması.
Yayılması
Dünyada əsasən Qafqazda, Qərbdə Anadolunun şimal şərqindən isə Xəzər dənizinə qədər olan arealı var.[4]
Azərbaycanda isə Şuşa və ətraf ərazilər, Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir.[5] Əsas otlu yamaclarda, meşə açıqlıqlarında və kolluqlarında olur.
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.[6]
Mühafizə tədbirləri
Yayılma yerlərində antropogen təsirlərin azaldılması, yasaqlıqların təşkil edilməsi və toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin müəyyənləşdirilməsi məqsədəuyğundur.
Sinonimləri
- Ophrys adonidis A.Camus & Gomb. 1951
- Ophrys amanensis (E.Nelson ex Renz & Taubenheim) P.Delforge 1991
- Ophrys amanensis ssp. antalyensis (Kreutz & Seckel) Kreutz 2004
- Ophrys amanensis ssp. iceliensis (Kreutz) Kreutz 2004
- Ophrys antalyensis Kreutz & Seckel 1998
- Ophrys aranifera ssp. macedonica H.Fleischm. ex Soó 1927
- Ophrys aranifera ssp. transhyrcana (Czerniak.) Soó 1931
- Ophrys aranifera var. taurica Aggeenko 1886
- Ophrys aranifera var. vierhapperi Soó 1927
- Ophrys caucasica ssp. cyclocheila Aver. 1994
- Ophrys cyclocheila (Aver.) P. Delforge 2004
- Ophrys grammica (B.Willing & E.Willing) Devillers-Tersch. & Devillers 1991
- Ophrys herae M.Hirth & H.Spaeth 1992
- Ophrys herae ssp. janrenzii (M. Hirth) M. Hirth 2005
- Ophrys hittitica Kreutz & Ruedi Peter 1997
- Ophrys hystera Kreutz & Ruedi Peter 1997
- Ophrys iceliensis Kreutz 2000
- Ophrys janrenzii M. Hirth 2002
- Ophrys leucophthalma Devillers-Tersch. & Devillers 1994
- Ophrys macedonica (H. Fleischm. ex Soó) Devillers-Tersch. & Devillers 1994
- Ophrys mammosa ssp. caucasica (Woronow) Soó 1973
- Ophrys mammosa ssp. cyclocheila (Aver.) B.Baumann & al. 2003
- Ophrys mammosa ssp. grammica B.Willing & E.Willing 1985
- Ophrys mammosa ssp. leucophthalma (Devillers-Tersch. & Devillers) Kreutz 2004
- Ophrys mammosa ssp. macedonica (H. Fleischm. ex Soó) Kreutz 2004
- Ophrys mammosa ssp. serotina B. Willing & E. Willing 1985
- Ophrys mammosa ssp. transhyrcana (Czerniak.) Buttler 1986
- Ophrys mammosa ssp. vierhapperi (Soó) Soó 1973
- Ophrys morio Paulus & Kreutz 2004
- Ophrys sintenisii H. Fleischm. & Bornm. 1923
- Ophrys sphegodes ssp. grammica (B. Willing & E. Willing) Kreutz 2004
- Ophrys sphegodes ssp. herae (M. Hirth & H. Spaeth) Kreutz 2004
- Ophrys sphegodes ssp. mammosa (Desf.) Soó ex E. Nelson 1962
- Ophrys sphegodes ssp. parnassica Soó ex J. J. Wood 1980
- Ophrys sphegodes ssp. sintenisii (H. Fleischm. & Bornm.) E. Nelson 1962
- Ophrys sphegodes ssp. transhyrcana (Czerniak.) Soó 1959
- Ophrys taurica (Aggeenko) Nevski 1935
- Ophrys transhyrcana Czerniak. 1923
- Ophrys transhyrcana ssp. amanensis E. Nelson ex Renz & Taubenheim 1983
- Ophrys transhyrcana ssp. morio (Paulus & Kreutz) Kreutz 2004
- Ophrys transhyrcana ssp. sintenisii (H. Fleischm. & Bornm.) Kreutz 2004
İstinadlar
- Fateryga, A, V., Efimov, P., Fateryga, V, V. (2018). Taxonomic notes on the genus Ophrys L. (Orchidaceae) in the Crimea and the North Caucasus. DOI: 10.14258/turczaninowia.21.4.2
- "Xarıbülbül sözünün azərbaycan dilində istifadasi, mənası, izahı, yazılışı, tərcüməsi / Sözlük". Sözlük – mətnlərində istifadə olunan sözlər (az.). İstifadə tarixi: 2024-04-05.
- Флора Азербайджана, 1952
- Delforge, Pierre (2006). Orchids of Europe, North Africa and the Middle East — 3rd edition (revised and enlarged). London: A&C Black. p. 563. ISBN 0–7136–7525-X.
- Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
- Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019