Xaqan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu.
Xaqan | |
Qədim Türk dili | |
---|---|
Latın əlifbası: | kaγan |
Orxon əlifbası: | q.türk 𐰴𐰍𐰣 |
Türk dili | |
Latın əlifbası: | kağan |
Rus dili | |
Kiril əlifbası: | каган |
Latın əlifbası: | kagan |
Monqol dili | |
Kiril əlifbası: | хаан |
Transliterasiya: | xaan |
Monqol əlifbası: | ᠬᠠᠭᠠᠨ |
Transliterasiya: | qagan, xagan |
Macar dili | |
Latın əlifbası: | kagán |
Çin dili | |
Sadələşdirilmiş çincə: | 可汗 |
Hanyu Pinyin : | kèhán |
Fars dili | |
Fars əlifbası: | خاقان |
Koreya dili | |
Hangul: | 가한 |
Latın əlifbası | gahan |
McCune-Reischauer: | kahan |
Məqalələr seriyasından |
Monarxiya |
---|
![]() |
Konsepsiyalar
|
Növlər
|
Siyasətçilər
|
Hadisələr Roma İmperiyasının yaranması
Böyük Azadlıqlar Xartiyası Osmanlı İmperiyasının yaranma dövrü
Avstriya-Macarıstan müqaviləsi Şablon:Yatay liste Braziliya Respublikasının elan edilməsi Siam inqilabı (1932) 1946-cı il İtaliya konstitusiya referendumu İspaniyada demokratiyaya keçid
|
Əlaqəli mövzular
|
"Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi[1]. Monqol imperiyasında kaan şəklində idi.
İstifadəsi
Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər.[2] 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər[3]. Qərb mənbələrində isə "caganus" kimi latınlaşdırılmışdır.
Osmanlıda Hakan ül-Berreyn vel-Bahreyn (torpaqların və dənizin xaqanı) titulu mövcud idi. Çində Li Şimin dövründə Birinci Göytürk xaqanlığı dağıldıqdan sonra imperatorlar özlərinə "Tian Kehan" yəni "Səma xaqanı" deməyə başladılar.
İbn Rustanın yazdıqlarına əsasən X əsrdə rus hökmdarları xaqan adlanırdı: I Vladimir, II Svyatoslav, I Yaroslav xaqan adlanırdı.
İstinadlar
- "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və tеrminlərin şərhi". Tərtib еdəni: A.M. Babayev, Bakı, "Maarif", 1993, səh. 229-230
- Grousset (1970), səh. 61, 585, n. 92.
- "БСЭ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-18.
Mənbə
- Дренетюркские языки и литературы. Главная редакция восточной литературы издательства "Наука", 1986. С. 56-58.
- Modern Enciclopedia of Russian and Soviet History. Vol. 15.
- Новосельцев А. П. К вопросу об одном из древнейших титулов русского князя // История СССР, 1982, № 4. С. 150-159;
- Трубецкой Н.С. О туранском элементе в русской культуре.
- Трубецкой Н. С. История. Культура. Язык. М., 1995. С. 141-162.