Xanqutala
Xanqutala — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Xanqutala kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Xanqutala kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Xanqutala | |
---|---|
40°06′48″ şm. e. 46°27′44″ ş. u. | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Xanqutala kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Xanqutala kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.