Xanməhəmməd bəy Ustaclı

Xanməhəmməd bəy Mirzə bəy oğlu Ustaclı və ya Məhəmməd xan Ustaclı (ö. 1514, Çaldıran düzü, Maku, Səfəvi imperiyası) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi. Məhəmməd xan Ustaclı Türkman tayfası olan Ustaclı tayfasından olmuş, Səfəvi hökmdarı I Şah İsmayılın (1501-1514) dövründə fəaliyyət göstərmişdir. O, Şah İsmayılın Kiçik Asiyadakı və Mesopotamiyadakı fəthlərində mühüm rol oynamış, 1506-cı ildən ölümünə qədər Diyarbəkir hakimliyi vəzifəsini icra etmişdir. Məhəmməd xan Çaldıran döyüşündə öldürülmüşdür.[1][2][3]

Xanməhəmməd bəy Ustaclı
1506 1514
ƏvvəlkiII Əmir xan Mosullu
SonrakıQara xan Ustaclı
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Doğum yeri Diyarbəkir, Ağqoyunlu dövləti
Vəfat tarixi
Vəfat yeri Çaldıran, Səfəvilər dövləti
Vəfat səbəbi döyüş
Fəaliyyəti hərbi lider[d]
Atası Mirzə Bəy Ustaclı
Həyat yoldaşı Bikisi xanım
Uşağı Qılıc bəy
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general, qubernator

Həyatı

Məhəmməd xan Ustaclı Mirzə bəy Ustaclının ailəsində doğulmuşdur. Özündən başqa Ovlaş bəy Ustaclı, Əvəz bəy UstaclıQara bəy Ustaclı adlı üç qardaşı olmuşdur. O, Şah İsmayılın bacılarından biri ilə evlənmişdir.[4] Ən əvvəldən Şah İsmayılın yanında olan Məhəmməd xan onun Şirvan yürüşündə də iştirak etmişdi. 1506-cı ildə İsmayıl Dülqədiroğullarından Əlaüddövlə ilə toqquşmalardan sonra Xoya dönmüş, Məhəmməd xan Ustaclını Diyarbəkrin hakimi təyin edilmişdir.[5][4] O, Diyarbəkir hakimliyi zamanı yerli ağalarla mübarizə aparmışdı. Tarixçi Həsən bəy Rumlu yazır:[6]

Həmin müharibədə Qasım bəyin 10 min nəfərlik qoşununa qarşı, Xanməhəmməd bəy Ustaclının 2 min nəfər qoşunu vuruşdu və qalib gəldi.

Bir başqa əsərdə onun hakimlik dövrü belə təsvir edilir:[7]

Xanməhəmməd bəy Ustaclı Diyarbəkri başdan başa tutaraq, böyük qələbələr qazanmışdı... Bütün vuruşmalarda qalib gəlirdi. Bu yüksək bacarıqlı əmirin igidlik və azmanlıqla ucalan ad-sanı Rum, Misir və Şamda geniş yayılmışdı... Buna görə bir neçə il o yerlərdə baş qaldırmağa ürək edən olmadı.

Çaldıran döyüşündəki iştirakı

Bican tərəfindən yazılmış "Cahanqoşai-ye Xaqan" əsərində Çaldıran döyüşündən öncəki müharibə şurası toplantısı barədə məlumatlar vardır. Bu əsərdə Osmanlı ordusu barədə məlumat verməyə ilk öncə Xan Məhəmməd xanın başladığını, Osmanlı ordusunun arabalardan, toplardan və tüfəngçilərdən ibarət döyüş taktikasını izah etdiyi bildirilir. Nurəli Xəlifə və bəzi başqa sərkərdələr qələbə üçün Osmanlıya qəfil hücumu etməyi məsləhət bilirlər. Durmuş xan isə onlara "əmriniz [yalnız] Diyabəkirdə işləyir" deyə şiddətlə qarşı çıxmışdır. "Naməlum hekayələr" əsərində isə hekayə bir qədər fərqlidir. Bu əsərdə əsas mübahisə indi və ya sonra hücum etmək ətrafında yox, geri çəkilmə ya da hücum etmə ətrafında cərəyan edir. Chester Beatty Librarydə saxlanılan əlyazmada isə bu toplantının təsviri qısadır. Burada bəzilərini geri çəkilməyi təklif etməsinə qarşı Durmuş xan Şamlının "Qeysar kimdir ki, qorxub ondan qaçaq? Allahın kimə [qələbə] verəcəyini görmək üçün çalışacağıq və vuruşacağıq!" deyə cavab verdiyi yazılmışdır. "Aləm aray-i Səfəvi"nin sonrakı əlyazmalarında bu müzakirələr bir qədər fərqli təqdim edilmişdir. Burada da, Xan Məhəmməd xan birinci çıxış edir. Lakin bu əsərdə o, Osmanlı hərb taktikasından bəhs etmir, sadəcə düşmənin çoxlu döyüşçüsü olduğunu, yetəri qədər qızılbaşın toplanmadığını, cəmi 18 min döyüşçünün olduğunu bildirir. O, Narkaş dağına doğru iki aylıq geri çəkilməyi və 70 min döyüşçü yığmağı təklif edir. Onun bu təklifi Şah İsmayıl tərəfindən rədd edilir:[8]

Ölümü

Çaldıran döyüşü barədə olan hekayələrdən birində deyilir ki, Sultan Səlim, Şah İsmayıl Malqoçoğlu ilə döyüşərkən döyüşü kənardan izləmiş və şaha odlu silahdan istifadə etməyəcəyi barədə söz vermişdir. Lakin Şah İsmayılın Malqoçoğlunu iki yerə bölüb öldürməsindən sonra qızılbaşlar ruhlanmış və Osmanlı ordusunu dağıtmağa başlamışdır. Səlimin vəziri bu mənzərə qarşısında dəhşətə qapılaraq "Osmanın evi dağılır" deyərək Səlimə toplardan atəş əmri verməyə səsləyir. Hiyləgər vəzir qeyd edir ki, o, belə bir and içməyib və açıq şəkildə bildirir ki, atəş açmaqda azaddır. "Ən yaxşısını sən bilirsən" deyir Sultan və qırğın başlayır:[9]

Bundan sonra vəzir toplardan atəş əmri verir və iyirmi min osmanlı, yeddi min qızılbaş pambıq kimi tarandı və yıxıldı. Xan Məhəmməd xan min nəfərlə Qeysərə hücum etmək üçün təzəcə gəlmişdi ki, toplardan atəş açıldı; o və başqa üç yüz nəfər vuruldu və məhv oldu.

Ailəsi

Xanməhəmməd bəy Mir Ziyaəddin bəy Süleymaninin qızı Bikisi xanımla ailə qurmuşdu. Qılıc bəy adlı oğlu vardı.[2][3]

Həmçinin bax

Mənbə

  • Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN 978-1933823232.
  • Floor, Willem; Herzig, Edmund, eds. (2012). . I.B. Tauris. p. 55. ISBN 978-1780769905. Iran and the World in the Safavid Age. I.B. Tauris. 2012. ISBN 978-1780769905.
  • Həsən bəy Rumlu. ƏHSƏNÜT-TƏVARİX (Tarixlərin ən yaxşısı) (PDF). Kastamonu: Uzanlar. Oqtay Əfəndiyev və Namiq Musalı. 2017. ISBN 978-605-030-641-5.
  • Barry Wood. The Battle of Chālderān: Official History and Popular Memory. Iranian Studies. 50 (1). 2017. 79–105.
  • Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı: Şuşa. 2008. 160.
  • Ənvər Çingizoğlu. Qaradağ xanlığı. Bakı: Mütərcim. 2011. 212.

İstinadlar

  1. Floor və Herzig, 2012. səh. 64
  2. Çingizoğlu, 2008
  3. Çingizoğlu, 2011
  4. Floor və Herzig, 2012. səh. 55
  5. Floor, 2008. səh. 168, 180, 209
  6. Rumlu, 2012. səh. 95-96
  7. "Cahanarayi-Şah İsmayıl Səfəvi". əlyazma, vərəq 134.
  8. Wood, 2017. səh. 88-89
  9. Wood, 2017. səh. 94

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.