Xanbulaq (Ağsu)

Xanbulaq (əvvəlki adı: Gürcüvan) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi adlandırılmış və Gürcüvan kənd inzibati ərazi dairəsi Xanbulaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[2]

Xanbulaq
40°38′35″ şm. e. 48°21′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 742 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0619[1]
Xanbulaq xəritədə
Xanbulaq
Xanbulaq

Tarixi

Xanbulaq Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir.

Yaşayış məntəqəsini XVIII-ci əsrdə Gürcüstanın indiki Gürcaani bələdiyyəsindən gəlmə erməni ailələri qədim Xanbulaq adlı yerdə salmış və gəldikləri ərazinin adı ilə Gürcüvan adlandırmışdılar. 1988-ci ildə ermənilər kəndi tərk etdilər.

Vaxtilə Gürcüstandan Orta Asiyaya surgun edilmiş, 1989-cu ildə Özbəkistandan qovulmuş axısqa türklərinin bir hissəsi bu kənddə məskunlaşdı. Kənd 1990-cı ildən yerləşdiyi ərazinin adı ilə Xanbulaq adlandırıldı[3].

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.