Xanbikə xanım
Xanbikə xanım (1856, Şuşa – 1921, Ağdam) — azərbaycanlı şairə, Xurşidbanu Natəvanın qızı.[1]
Xanbikə xanım | |
---|---|
Doğum tarixi | 1856 |
Doğum yeri | |
Vəfat tarixi | 1921 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Xasay xan Usmiyev |
Anası | Xurşidbanu Natəvan |
Fəaliyyəti | şairə |
Əsərlərinin dili | Azərbaycan dili, türk dili, fars dili |
Həyatı və yaradıcılığı
Xanbikə xanım 1856-cı ildə Şuşada doğulmuşdur. Xurşidbanu Natəvan irsinin görkəmli tədqiqatçısı Bəylər Məmmədov onun əsl adının Fatmabikə xanım olduğunu, hələ kiçik yaşlarından şair-həkim Mirzə Sadıq Sadiqin və şair Mirzə Rəhim Fənanın təsiri ilə şeir yazmağa başladığını, anası Xurşidbanu Natəvanın yolunu davam etdirərək qəzəllər və rübailər qələmə aldığını göstərmişdir.[2]
Xanbikə xanım 1872-ci ildə Xok və Qıvraq kəndinin atamanı Əmanulla xanla ailə qurmuş, ondan bir neçə övladı olmuşdur. Oğlu Əkbər xan Naxçıvanski 1960-cı illərə qədər yaşamışdır. Dümanın Xurşidbanuya bağışladığı fiqurları, fil sümüyündən olan şahmatı da muzeyə o bağışlamışdır.[2]
Polkovnik Əmanulla xan (1845–1891) vəfat etdikdən sonra Xanbikə xanım 1891-ci ildən sonra Gəncədə yaşayan naxçıvanlı tacir, yazıçı Mirzə Cəlilin yaxın dostu Kərbəlayi Cabbar Hacı Ələsgərov ilə ailə qurur.
Ərinin qulluğu ilə əlaqədar olaraq Xanbikə xanım Naxçıvanda, Tiflisdə, Vladiqafqazda yaşasa da, tez-tez anası ilə məktublaşır, bəzən ailəsi ilə bərabər Qarabağa gəlirdi. Xanbikə xanım 1921-ci ildə Ağdamda vəfat etmiş, İmarətdəki silsiləvi qəbiristanlıqda dəfn olunmuşdur.[2]
Xanbikə xanım Azərbaycan və fars dillərində yazdığı şeirlər bir sıra nəzirələrdən, anası Xurşidbanunun və qızı Ənbərbikənin ayrılığına həsr edilmiş mənzum məktublardan ibarətdir. Bu mənzumələrdə Natəvanın təsiri açıq-aydın şəkildə hiss edilir. Bəylər Məmmədov şairənin təkcə bir şeirinin mətbuat üzü gördüyünü, yerdə qalanları isə arxiv, muzey və əlyazmaları fondunun nadir eksponatlarından olduğunu bildirmişdir.[2]
Bəylər Məmmədov Xanbikə xanımın anası kimi nəfis əl işləri, müxtəlif janrda tikmələr hazırlamaq bacarığı olduğunu yazmışdır.[2]
Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "məclisi-üns"ün iştirakçılardan biri idi.
Ailəsi
- İbrahimxəlil xan Cavanşir nəticəsidir.
- Mehdiqulu xan Cavanşirin nəvəsidir.
- Xurşidbanu Natəvannın qızıdır.
- Mehdiqulu xan Vəfanın bacısıdır.
- Əmanulla xan Naxçıvanskinin həyat yoldaşıdır.
- Bəhram xan Naxçıvanskinin anasıdır.
- Əkbər xan Naxçıvanskinin anasıdır.
- Nəvələri: Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım, Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan xanım, Aman xan, İsgəndər xan
- Nəticələri:
- Nəvələri: Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım, Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan xanım, Aman xan, İsgəndər xan
- Xaqan xan Naxçıvanski, Kamran xan Naxçıvanski, Ənvər xanım Naxçıvanskaya, Sənubər xanım Naxçıvanskaya
İstinadlar
- "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.111.
- Bəylər Məmmədov. Natəvanın şair qohumları. Bakı, 1989