Xanarxı

XanarxıQarabağın Arazbar qəzasında kənd. Orta çağda feodal ara savaşları dönəmində boşaldılmışdı. Əhalisi köçürmə siyasətinin qurbanı olmuşdu. 1593-cü ilə bağlı Osmanlı qaynağında Xanarxı kəndinin adı çəkilir. 1606-cı ildə I Şah Abbas Xanarxı kəndində olmuşdu.

1727-ci ilə bağlı Osmanlı qaynağında yazılır: "Arasbar qəzasına tabe olan Xanarxı kəndi. Kənddə heç kim yaşamır. Cavanşir tayfasından olan Seyid Əhməd(li), Dədəli, Yağləvənd və başqa bir Yağləvənd adlı oymaqlar, Otuziki tayfasından Mollalar oymağı Taşqa adı ilə tanınan qışlaqda qışlayır, əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq sahibinə verirlər.

Dənli bitkilərdən əldə edilən gəlir: 20. 000 ağça".

Xanarxı kəndinin gəliri 20.000 ağça zeamət kimi Vəli bəy Şaban bəy oğlu Bayəhmədli-Otuzikiyə verilmişdi. Vəli bəy Osmanlı ordusundan qaçdığı üçün Hacı İbrahim paşanın fərmanı ilə 1731-ci ilin iyun ayının 26-da mülazim Həsən Səlim oğluna verildi. Həsən Səlim oğlu da vəzifəsinə hörmətsizlik göstərdiyinə görə aldığı töhmətə tablamayıb, II Şah Təhmasibin yanına qaçdı. Kənd Bosnalı Əli Mustafa oğluna verildi.

Hazırda Xanarxı yurd yeri kimi Aşağı Yağləvənd kəndinin ərazisindədir.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.