Xanagah
Xanagah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Xanagah kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Xanagah kəndi Qalınçaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xanagah kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]
Xanagah | |
---|---|
40°51′15″ şm. e. 48°09′08″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Coğrafiyası və iqlimi
Kənd rayon mərkəzinə 5 km məsafədə, Böyük Qafqaz dağlarının qoynunda, İsmayıllı və Qəbələ rayonları arasında yerləşir. Kənd 3 tərəfdən dağlar olmaqla tamamən meşə örtüyü ilə əhatə olunub. Qəbələ, Şəki, Qazax istiqamətinə uzanan magistral yol bu kəndin içindən keçir. Ax-Ox çay öz mənbəyini bu kəndin dağlarından alaraq kəndin kənarından axır. İsmayıllı Dövlət Qoruğunun ərazisi bu kəndin dağlarından başlayır. Kənddən yuxarda (şimalda) yaşayış yoxdur. Şərqdən Culyan, qərbdən Qurbanəfəndi, cənubdan isə Qalıncaq kəndləri ilə qonşudur.
Kəndin meşələrində çox sayda qaban, çöl donuzu, ayı, canavar, cüyür, maral, tülkü, çaqqal, dovşan, yenot, çöl pişiyi və s. yaşayır.
Ən cox rastlanan agac novləri isə vələs, fıstıq, palıd, cokə, agcaqayın və lapan agaclarıdır. Cox sayda soyuq bulaqların movcudlugu icməli su baxımından kəndi əvəzsiz edir.
Kənddə İsmayıllı Dövlət Meşə İdarəsi və Dövlət Qoruq İdarəsi yerləşir.
Əhalisi
Xanagah kəndində təxmini 200 ailədə 559 nəfər yaşayır ki, onun da 278 nəfəri kişi, 281 nəfəri qadındır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini həyətyanı təsərrüfat, heyvandarlıq və meşəçilik təskil edir.
Kənddə Sovet dönəmindən qalma bir ədəd asfalt, bir ədəd beton zavod mövcuddur və qismən fəaliyyət göstərir. Sovet dönəmində insanların əsas məşğuliyyəti üzümçülük idi. Bu kənddə üzüm sahələri yerləşmir, işləmək ucun sovxoza daxil digər kəndlərin ərazisinə gedilirdi.
Təhsil
Kənddə bir natamam orta məktəb fəaliyyət göstərir.
Maraqlı məqam
2018-ci ildə kənd sakini Mirəstə Nəbiyeva Ginnesin Rekordlar Kitabına düşmək üçün uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun bişirib[2].
İstinadlar
- "Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
- İsmayıllıda qadın Ginnesin rekordlar kitabına düşmək üçün sabun hazırlayıb Arxivləşdirilib 2018-06-02 at the Wayback Machine. apa.az, 30.05.2018 (az.)