Xanabad (Xocalı)

XanabadAzərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd.[2]

Xanabad
40°00′ şm. e. 46°48′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 575 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 827 nəf. (2005)[1]
Xanabad xəritədə
Xanabad
Xanabad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağətəyi ərazidədir.[3]

Tarixi

XX əsrin əvvəllərində kən ərazisində erməni yaraqlıları ilə Azərbaycan Xalq Cumhuriyyətinin Silahlı Qüvvələri arasında toqquşmalar olub.

1980-ci illərdə kənd ərazisində süni sututar qurulub.

1990-cı ildə kooperativ zavodun tikintisi zamanı kənd əörazisində (Xanabad-Pirlər yolu üzərində) inşaatçılar tərəfindən qədim qəbir aşkar edilmişdir. Həmin qəbirə Xankəndi dövlət muzayinin əməkdaşları tərəfindən baxış keirilərkən, qəbirdə insan cəsədindən əlavə xəncəl, nizə ucları, şarabənzər saxsı küp, suda üzəbilən quş təsvirli qab, əqiq daşından düzəldilmiş muncuqlu boyunbağ, habelə üstübəzəkli qab aşkar edilmişdir. Tapıntılar M.Ö. XII—XI əsrlərə aid edilmişdir.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub, ermənilər tərəfindən Xnapat adlandırılmışdı.

2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən Xanabad kəndinin əhalisinin faktiki sayı 826 nəfər, qeydiyyatdakı əhalinin sayı 827 nəfər kimi göstərilmişdir.[4]

İşğal dövründə bu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərirdi.[5][6]

2010-cü ildə qondarma rejim tərəfindən kənd ərazinsində futbol meydançasının açılışı həyata keçirilb.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanabad kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Həmçinin bax

İstinadlar

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  4. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 2
  5. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine  (az.)
  6. "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il.  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.