Xan Taxtı (Salmas)

Xan Taxtı (fars. خان تختي) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd.

Xan Taxtı
38°08′22″ şm. e. 44°55′49″ ş. u.
Ölkə
Xan Taxtı xəritədə
Xan Taxtı
Xan Taxtı

Əhalisi

2006-cı il məlumatına görə kənddə 419 nəfər[1] yaşayır (114 ailə). Xan Taxtı kəndinin əhalisi etnik azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar. Əhalisi etiqad baxımından müsəlmanşiədirlər.

Coğrafiyayi yerləşməsi

Bu kənd Salmas şəhərindən 40 km cənubda və Pir Çavuş dağının yamacında yerləşir. Xan Taxtı kəndi Minas, Aq ziyarət, İstisu və kəndlər ilə qonşudur.

Kəndin görməli yerləri

Xan Taxtı kitabəsi sasanilər çağına aiddir. Pirçavuş dağının üzərində oyulmuşdur. Pirçavuş dağı Salmasın yüksək zirvələrindən biri sayılır ki, oda bu kəndin arxasında yerləşir.

İstinadlar

  1. "Kəndin əhalisi". 2011-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.