Xan Çinarı (Şəki)

Xan ÇinarıŞəki şəhərindəki Şəki xan sarayının həyətində yerləşən ağac.

Çinar Şəkidə Xan sarayının həyətində yerləşir. Ağac 1530-cu ildə əkilib. Gövdəsi 7.3 metrdir. Hündürlüyü 34 metrdir. Xan sarayının qarşısında olan çinarlar "Qırmızı kitab"a salındığından onları kəsmək qadağandır. Çinarlar Şərq çinarı növünə aiddirlər. Ağacların Xan sarayının binası üçün hələlik təhlükəsi yoxdur.

2019-cu il iyulun 14-də Şəki Xan Sarayı ərazisində bu ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.[1]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.