Xanəgah (Lerik)
Xanəgah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Xanəgah | |
---|---|
38°50′13″ şm. e. 48°17′10″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Xanəgah Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidində yerləşən kənddir. Xanəgah kəndi dağətəyi ərazidədir.Xanəgah kəndi qədim yaşayış məskəni olduğu üçün yerli sakinlər kəndin adına talış dilində Xunaqo deyirlər. Talış dilində Xun-qan, qo-yer deməkdir. Burada ərəblər yerli əhalini qılıncdan keçirərək xeyli qan tökmələridir.Kəndin həqiqi adı Xunaqodur. Təqribən VII əsrdə burada islam dinini zorla-qan tökərək yayan Xoca Seyyid -bu ləqəbdir əsil adı məlum deyil-olmuşdur.Sonradan burada vəfat edən Xoca Seyyid bu kənddə dəfn edilmiş,onun qəbri müqəddəsləşdirilmiş,üzərində XIII-XIV əsrlərdə qəbirüstüabidə-türbə tikilmişdir.Şiəliyin təbliğində mədrəsə kimi istifadə olunmuşdur. Hal-hazırda bu abidə dövlət tərəfindən qorunur.
Xanəgah oronimi ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.[1] Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah «ziyarətgah», «pir yeri» mənasındadır.[2]
İstinadlar
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 338.
- Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı