Xanım Balacayeva
Xanım Balacayeva (28 mart 2001, Qax) — Azərbaycan şahmatçısı. Qadınlar arasında qrosmeyster (2019).
Xanım Balacayeva | |
---|---|
Ölkə | |
Doğum tarixi | 28 mart 2001 (22 yaş) |
Doğum yeri | |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2019) |
Son reytinqi | 2376 (İyun 2021) |
Maksimal reytinqi | 2398 (Mart 2019) |
FİDE nömrəsi | 13406396 |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
Xanım Balacayeva 28 mart 2001-ci ildə Qax şəhərində anadan olub. Şahmatla 5 yaşından məşğul olmağa başlamışdır.[2] Qax rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsidir.[3]
Şahmat karyerası
Şəxsi
2008-ci ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 2-ci, elə həmin il Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında isə 5-ci yeri tutub.[2]
2009-cu ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 1-ci yeri tutmuşdur.[2]
2010-cu ildə 10 yaşadək qızlar arasında Azərbaycan çempionatında və Türkiyənin Kayseri şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə 6-cı dünya çempionatında birinci olmuşdur.[2][4]
2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş şahmat üzrə məktəblilər arasında 6-cı Avropa çempionatında qızıl medal qazanıb.[5][6]
2014 və 2015-ci illərdə 14 yaşadək qızlar arasında Azərbaycan çempionatında, 2016 və 2017-ci illərdə isə 18 yaşadək qızlar arasında Azərbaycan çempionatında birinci olub.[7][8][9][10]
2018-ci ildə qadınlar arasında Azərbaycan çempionatında 9 mümkün xaldan 6 xal yarım toplayaraq, Azərbaycan çempionu adını qazanıb.[11]
Komanda
2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın üçüncü komandasının heyətində mübarizə aparmışdır.[12]
2017-ci ildə Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində Yunanıstanın Krit adasında keçirilmiş Avropa komanda çempionatında və Rusiyanın Xantı-Mansi şəhərində keçirilmiş dünya komanda çempionatında iştirak edib.[13][14] Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.[15]
İstinadlar
- ratings.fide.com (ing.).
- "DOQQUZ YAŞLI QAX MƏKTƏBLİSİ XANIM BALACAYEVANIN BÖYÜK UĞURU". AzərTAc. 27 fevral 2018 tarixində arxivləşdirilib.
- "Şahmatçılarımız dünya və Avropa birinciliklərində uğurla çıxış edirlər". Muallim.edu.az. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
- "Девятилетняя азербайджанская шахматистка стала чемпионкой мира". Day.Az. 2010-07-31. 2018-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
- ""Təhsil" RİM-in şahmatçılarının möhtəşəm qələbəsi". Olimpnews.az. 2013-07-02. 2014-08-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
- EUROPEAN SCHOOL CHESS CHAMPIONSHIP 2013 — GIRLS U13
- "14 yasadak qizlar arasinda Azərbaycan birinciliyi, 2014". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
- AZE Chmp, Girls U-14, 2015
- "18 yaşadək qızlar arasında Azərbaycan birinciliyi AZE Chmp, Girls U-18, 2016". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
- 18 yaşadək qızlar arasında Azərbaycan birinciliyi 2017
- "Azerbaijan Women's Championship!". Chess-results.com. 2018-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
- "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
- "Balajayeva, Khanim EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org.
- "Balajayeva, Khanim WORLD WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-27.
- "Azərbaycanın "Odlar yurdu" şahmat komandaları gümüş və bürünc medallar qazanıblar". Azertag.az. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Aprel 2018.
Xarici keçidlər
- FIDE Chess profili
- Khanim Balajayeva. Chess-DB.com (ing.)
- Khanim Balajayeva. Chessgames.com (ing.)
- Khanim Balajayeva. 365Chess.com (ing.)