Xamaq Monqol
Xamaq-Monqol xanlığı, Xamaq-Monqol Ulusu (monq. Хамаг Монголын ханлиг, Хамаг Монгол улс; 1080-1206) — tarixi monqol dövləti. Xamaq-monqol deyə tanınan monqol tayfa birliyinin dövləti idi. İlk xaqanı Xaydu xan, son xaqanı isə Çingiz xan idi. 1206-ci ildə böyüyərək Böyük Monqol İmperiyasına çevrilmişdir. Xaqanlığın başında Börçigin sülaləsi dururdu. Paytaxtının Kerulen çayının yaxınlığında olduğu ehtimalı vardır.
Tarixi dövlət | |
Xamaq Monqol | |
---|---|
|
|
|
|
Rəsmi dilləri | Monqol dilləri, Monqol dili |
Etimologiya
Xamaq Monqol sözü monqolca "Bütün monqollar" deməkdir. Bunun səbəbi Xamaqmonqol Ulusunda bütün monqol qəbilələrinin və xalqlarının yaşaması idi.
Hökmdarları (Xanlar, Xaqanlar, Kağanlar)
No | Adı | Hakimiyyət illəri | Həyatı | Qeydlər | Portret |
---|---|---|---|---|---|
1. | Xaydu xan | 1080-1100/1120 | 1025/1030/1040/1050-1100/1120 | ||
2. | Xabul xan | 1100/1120-1148 | 1101-1148 | Çingiz xanın ulu babası və Yesugey bahadurun babası. | |
3. | Ambaqay xan | 1148-1156 | ?-? | ||
4. | Xutula xan | 1156-1160 | 1111-1160 | ||
5. | Çingiz xan | 1160-1206 | 1155/1162-25 avqust 1227 | 1206-cı ildə böyük imperiya qurdu və son Xamaq Monqol xanı oldu. |
Bunula belə, görkəmli Azərbaycan alimi Fəzlullah Rəşidəddinə görə, Çingiz Xaqanın atası Yesugey Bahatur da Xamaqmonqol Ulusunun xaqanı idi və Fəzlullah onu öz "Cami ət-Təvarix"-ində Yesugey xan, Yesugey xaqan adlandırır.