Xalxin-Qol döyüşü
Xalxin-Qol döyüşü (rus. Бои на Халхин-Голе; monq. Халхын голын байлдаан) — 1939-cu ilin 11 may-16 sentyabr tarixləri aralığında Sovet Sosialist Respublikaları İttifaqı ilə Yaponiya imperiyası arasında baş vermiş silsilə toqquşmalar. Xalxin-Qol döyüşü 7 il 6 ay davam etmiş Sovet-Yapon sərhəd münaqişəsinin həll edici fazası hesab olunur. SSRİ tərəfdən Monqolustan Xalq Respublikası, Yaponiya imperiyası tərəfindən isə Mançjou-qo döyüşlərə cəlb edilmişdir.
Xalxin-Qol döyüşü | |||
---|---|---|---|
Sovet-Yapon sərhəd münaqişələrinin tərkib hissəsi, 1939-cu ildən etibarən isə İkinci Dünya müharibəsinin tərkib hissəsinə çevirilib | |||
rus. Бои на Халхин-Голе yap. ノモンハン事件 | |||
| |||
Yeri | Xalxin-Qol çayı, Monqolustan XR | ||
Nəticəsi | Sovet-Monqol qələbəsi | ||
Ərazi dəyişikliyi | Status quo ante bellum; Sovet-Monqol tələblərinə və maraqlarına uyğun şəkildə sərhədlərin yenidən delmitasiya və demarkasiya edilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
11 may 1939-cu ildə atları üçün otlaq sahəsi axtaran 90 nəfərlik süvari monqol birliyinin mübahisəli əraziyə daxil olması sonradan sözügedən müharibənin başlamasının əsas səbəblərindən biri kimi göstərilməkdədir. Döyüşün adı toqquşmaların baş verdiyi Xalxin-Qol çayından götürülüb.
Yapon mənbələrində döyüş münaqişəsinin həlledici toqquşmasının baş verdiyi Nomonhan kəndinin adına uyğun olaraq Nomonhan olayı (yap. ノモンハン事件, Nomonhan jiken) kimi qeyd edilir. Sözügedən kənd Daxili Monqolustan Muxtar Rayonunun ərazisində yerləşir. Döyüşlər Yaponiya imperiyasının VI ordusunun məğlubiyyəti ilə nəticələnmişdir.
Arxa plan
1931-ci ildə Yaponiya imperiyası tərəfindən Mancuriyanın işğal edilməsindən sonra yaponların hərbi maraqları həmin ərazilərlə həmsərhəd olan sovet torpaqlarına doğru çevirilmişdir. Sovet-Yapon sərhəd münaqişəsinin ilk böyük toqquşması hesab olunan Xasan gölü döyüşü 1938-ci ildə indiki Primorsk diyarının sərhədləri daxilində baş vermişdi. Mançuriya sərhədində tez-tez yapon və sovet qoşunları arasında toqquşmalar baş verirdi.
1939-cu ildə Mançuriya ərazisində yaradılmış və Yaponiya imperiyası tərəfnidən idarə edilən Mançjou-qo kukla dövləti yaponları, Monqolustan Xalq Respublikası isə sovetlərlər mütəffiqlik münasibətlərinə malik idi. Yaponlar Mançjou-qo və Monqolustan Xalq Respublikası arasındakı dövlət sərhəddinin Buir gölünə tökülən Xalxin-Qol çayı olduğunu iddia edirdilər.
Bunun əksinə olaraq, monqollar və onların sovet müttəfiqləri sərhədin çaydan təxminən 16 kilometr şərqdə, Nomonhan kəndinin şərq sərhədləri boyunca uzandığını iddia edirdilər.[22]
Mancuriyanın işğal edilməsi əməliyyatlarına yaponların ən nüfuzlu və ali hərbi birləşməsi hesab olunan Kvantunq ordusu rəhbərlik etmişdi. 1940-cı ildə sayları 300 minə yaxınlaşan Kvantunq əsgərləri Yaponiya imperiyası ilə Sovet Sosialist Respublikaları İttifaqı arasındakı dövlət sərhəddini əsas qoruyucuları hesab olunurdu. General Michitaro Komatsubara rəhbərliyində yeni yaradılmış 23-cü Piyada Diviziyası indiki Daxili Monqolustan Muxtar Rayonunun Hailar şəhəri ərazisində yerləşirdi. Yeni yaradılmış qarnizon və bir necə sərhəd birləşməsi ümumilikdə VI yapon ordusuna tabe idi.
23-cü Piyada Diviziyası Kvantunq ordusunun ən təcrübəsiz və ən yeni hərbi birləşməsi idi. Sözügedən diviziya köhnəlmiş avadanlıqlarla təchiz edilmişdi və yapon hərbi mütəxəssisləri 23-cü diviziyanın döyüş qabiliyyətini orta səviyyədən aşağı kimi qiymətləndirirdilər.[23]
Ərazidəki sovet qoşunları Transbaykal Hərbi Dairəsinə tabe 57-ci Xüsusi Korpusdan ibarət idi. Bu korpus Sibir və Mancuriya arasındakı sərhədin müdafiəsinə cavabdeh idi. Monqolustan Xalq Respublikasının qoşunları əsasən süvari briqadalardan və yüngül artilleriya bölmələrindən ibarət idi. Həmin bölmələr döyüş zamanı effektiv və çevik olduqlarından müəyyən uğurlar əldə etsələr də, yetərli sayda zirehləri və canlı qüvvələri yox idi.
1939-cu ilin 2 iyul tarixində müdafiə kommisarı Kliment Voroşilov İosif Stalinin bölgə ilə bağlı narahatlığını Georgi Jukova çatdırır və onun Monqolustana getməli olduğunu bildirir. İosif Stalin Transbaykal Hərbi Dairəsinin komandirindən razı deyildi və Yaponiya imperiyası tərəfindən bölgədə SSRİ-yə qarşı aparılan ekspansionist siyasətindən narahat idi.[24]
1939-cu ildə başqa bir göstəriş Yaponiya Nazirlər Kabineti tərəfindən Kvantunq ordusuna göndərilmişdi. Həmin göstərişdə Monqolustan Xalq Respublikası və Sovet Sosialist Respublikaları İttifaqı ilə sərhəd bölgələrində təhlükəsizliyin güclədirilməsi və mümkün təxribatlara qarşı hazırlıqlı olmaqla bağlı təlimatlar əks olunmuşdur.
Yaponiya imperiyasının ana torpaqlarında xeyli uzaqda Mancuriya bölgəsində yerləşdirilmiş Kvantunq ordusu gözdən uzaqda olması səbəbindən zaman-zaman mərkəzdən gələn əmrlərə tabe olmurdu və özünü müstəqil hərbi birləşmə kimi aparmaqda idi.[25]
Döyüş
May: Toqquşmalar
1939-cu ilin 11 may tarixində təxminən 70–90 nəfərlik monqol süvari birliyi öz atları üçün otlaq sahəsi axtarmaq məqsədilə həmin zamanlar tərəflər arasında mübahisəli ərazilər kimi tanınan torpaqlara daxil olmuşdur. Süvarilərin sözügedən otlaqlara səhvən yoxsa məqsədli şəkildə daxil olmaqları məlum deyil. Monqol atlıların mübahisəli ərazilərə daxil olduğunu görən Mançjou-qo əsgərləri monqollara hücum edərək onları Xalxin-Qol çayının ərazisindən kənarlaşdırmışdır. 13 mayda monqollar daha çox qüvvə ilə yenidən çıxarıldıqları əraziyə geri qayıtdılar və bu dəfə Mançjou-qolular onları çıxara bilmədilər.
14 mayda odpolkovnik Yaozo Azuma polkovnik Takemitsu Yamaqatanın rəhbərliyi altında 64-cü Piyada alayı tərəfindən dəstəklənən 23-cü Piyada Diviziyasının kəşfiyyat bölüyünün ərazidəki fəaliyyətləri nəticəsində monqollar geri çəkilmişdir.
SSRİ və Monqolustan qoşunlarının növbəti gün yenidən əraziyə qayıtmasından sonra Azuma rəhbərliyi altındakı birliklər əks-hücum əməliyyatlarına keçdi, ancaq Sovet-Monqolustan qüvvələri 28 may tarixinə qədər Azumanın rəhbərlik etdiyi bütün qüvvələri mühasirəyə alaraq məhv etmişdir.[26]
97 nəfər itki verən yaponlar 8 zabitlərini itirdilər və 33 nəfər isə müxtəlif dərəcəli yaralanmalarla xilas olmağı bacarmışdır. Sovet qoşunlarına həmin zaman Uzaq Şərq Cəbhəsinin komandanı olan Qriqori Ştern rəhbərlik etmişdir.[27]
İyun: Eskalasiya
Qısa toqquşmalarla bir nəticə əldə edilə bilməyəcəyini anlayan tərəflər qısa zamanda ərazidəki hərbi qüvvələrini artırmaq qərarına gəldilər. Yaponlar 30 mindən çox canlı qüvvəni əsas adadan bölgəyə göndərmiş, SSRİ isə İosif Stalinin ən çox güvəndiyi generallardan ola Georgi Jukovu çoxlu sayda hərbi birləşmə ilə birlikdə ərazidə yerləşdirmişdir.[28] Georgi Jukovla birlikdə mərkəzdən göndərilən Sovet ordusunun Aviasiya general-leytenantı Yakov Smuşkeviç aviasiya bölməsindən məsul şəxs kimi sovet təyyarəçilərinin bölgədəki fəaliyyətlərini koordinasiya etməkdə idi.
Georgi Jukovun bir digər müavini vəzifəsinə isə Monqolustan Xalq İnqilabi Ordusunun korpus komissarı J. Lxaqvasuren təyin edilmişdir. 27 iyun tarixində Yaponiya imperiya ordusunun Hərbi Hava Qüvvələrinə mənsub II Hərbi Hava Briqadası Monqolustan ərazisində yerləşən Tamsak-Bulaqdakı sovet aviabazasına zərbələr endirmişdir.
Yaponlar bu döyüşün qalib tərəfi olsalar da, sonradan məlum oldu ki, Kvandunq ordusu həmin avia zərbələr üçün Tokiodan icazə almayıb. Hadisənin daha çox böyüməsinin qarşısını almaq məqsədi[29] ilə rəsmi Tokio Mancuriyadakı qoşunlarına sovet aviabazalarına qarşı bir daha hava zərbələri endirməməyi əmr etmişdir.[30]
İyun ayı boyunca Momonhan yaxınlığındakı çayın hər iki tərəfində sovet-monqol və yapon qüvvələri arasında müxtəlif döyüşlər baş vermişdir. Ayın sonuna yaxın yaponların 23-cü piyada diviziyasının komandiri general-leytenant Michitaro Komatsubaraya mərkəzdən işğalçıları qovmaq barədə yekun əmr gəlir və bu əmr ən qısa zamanda döyüşün yapon ordusunun xeyrinə başa çatdırmağı özündə ehtiva etməkdə idi.
İyul: Yapon hücumu
Yaponlar iki ayrı cinahdan hücum planlaşdırmışdılar. Birinci hücum xətti üç ayrı alay və əlavə olaraq dördüncü birləşmədən təşkil edilmişdi. Bunlar 71-ci və 72-ci Piyada alayı (23-cü diviziya) 64-cü piyada alayının bir batalyonu və polkovnik Şiniçiro Suminin rəhbərlik etdiyi 26-cı piyada alayından ibarət birləşmələr idi. Yuxarıda adı qeyd olunan hərbi birləşmələrin qarşısına Xalxin-Qol çayını qarşı tərəfə keçib, qərb sahilləri boyunca irəliləmək və düşmən nəzarətində olan Baytsaqan təpəsini ələ keçirmək vəzifəsi qoyulmuşdu. Həmin təpəni ələ keçirdikdən sonra birləşmələr cənuba dönərək, Kavatama körpüsü üzərində nəzarəti ələ keçirməli idilər.
Hücumun ikinci cinahına general-leytenant Yasouka Masaomini rəhbərlik edirdi. General-leytenantın tabeliyində III və IV tank alayları, 64-cü piyada alayının bir hissəsi, 28-ci piyada alayının bir batalyonundan ibarət İJA-nın I dərəcəli tank korpusu, 7-ci piyada alayı, 24-cü mühəndis korpusu və 13-cü sahə-artilleriya alayı kimi müxtəlif təyinatlı hərbi birləşmələr çəmləşmişdi.[31] Masaomini birinci cinahdan fərqli olaraq aktiv döyüş əməliyyatlarından nisbətən arxada mövqe tutmuşdu və onu əsas vəzifəsi birinci cinahdan hücuma keçən birləşmələrə dəstək olmaq və onları mümkün mühasirəyə düşmək təhlükəsindən xilas etməkdən ibarət idi.
Birinci cinahın qarşısına qoyulan vəzifələr icra edildikdən sonra ikinci cinah Xalxin-Qol çayının şərq sahilində yerləşən sovet qoşunlarına hücum etməli və bütün sovet hərbi birləşmələri məhv edilikdən sonra cinahlar qanadlarda birləşməli idilər. Cinahlar şərti olaraq şimal və cənub əməliyyat qruplarına bölünmüşdülər. General-leytenant Yasouka Masaomini cənub əməliyyat qrupuna rəhbərlik edirdi, əsas hücum əməliyyatını həyata keçirməli olan birləşmələr isə şimal əməliyyat qrupuna daxil idilər.
Şimal əməliyyat qrupu Xalxin-Qol çayını keçməyə, sovetləri Baytsaqan təpəsindən sıxışdırıb çıxarmağa və cənuba doğru irəliləməyə müvəffəq oldular. Təhlükəni başa düşən Georgi Jukov 450 tankla birlikdə əks hücuma keçir. SSRİ müharibədə T-26 kimi nisbətən yüngül çəkili tanklardan istifadə edirdi. 6 ton çəkisi həmin tanklar əlavə pulemyot silahlarla da təchiz edilmişdi.[32] и вопреки мнению командарма Штерна[33]
Sovet qoşunları piyadalar tərəfindən dəstəklənməməsinə baxmayaraq, yaponlara üç fərqli cinahdan hücum edərək onları az qala mühasirəyə salmağa nail oldular. Yaponların çayın qarşı tərəfinə təchizat çatdırmaq üçün salınmış yeganə panton körpüləri də yaponları xilas edə bilmədi və yapon qüvvələri 5 iyul tarixində geri çəkilmək məcburiyyətində qaldılar.
Vəziyyətin çıxılmaz olduğunu anlayan general-leytenant Yasouka Masaomini 2 iyul gecəsi I tank korpusu ilə birlikdə sovet artilleriyasından yayınmaq məqsədi ilə çayın qərb sahili boyunca şiddətli hücuma keçmişdir. General-leytenantın məqsədi gecə qaranlığından istifadə etməklə sovetlərin müqavimətini qırmaq və döyüşün taleyini həll etmək idi, ancaq Yasuoka qüvvəsinin yarısından çoxunu itirdi və qarşıya qoyulmuş hədəf - Kavatama körpüsünə çatmaq mümkün olmadı.[34] 9 iyul tarixində yaponların Xalxin-Qol çayı boyunca ən çox güvəndikləri hərbi birləşmə və rəhbəri Yasouka Masaomini əks-hücumlara daha çox tab gətirə bilməyərək, tamamilə tükənmiş vəziyyətdə geri çəkilmək məcburiyyətində qaldılar.[35]
General-leytenant Yasouka Masaomininin 2 iyul tarixindəki uğursuz gecə əks-hücum əməliyyatı və 9 iyuldakı bütün qüvvələri ilə birlikdə geri çəkilməsi əslində Xalxin-Qol döyüşü nün müqəddəratını əhəmiyyətli dərəcədə həll etmişdi. Yaponlar məğlub olacaqlarını təxmin edirdilər, ancaq ərazidə kifayət qədər hərbi birləşmə və canlı qüvvələrinin qalması onları döyüşməyə və mübarizə aparmağa sövq edirdi. Hər iki düşmən ordu növbəti iki həftə ərzində Xalxin-Qol çayının şərq sahili və Holsten çayının mənsəbinə qədər uzanan dörd kilometrlik cəbhə boyu döyüşməyə davam etdilər. Həmin döyüşlər əsasən qarşılıqlı hücumlarla yox, əldə olan mövqeyləri qorumağa hesablanmış səngər döyüşlərindən ibarət idi.
Hər iki ordu əsas təchizat bazalarından kənarda idilər və xüsusi ilə yaponların silah-sursat və ərzaq təminatı tükənməyə başlamışdı. Georgi Jukov mərkəzdən 748 km məsafədə yerləşməklərinə baxmayaraq, düşmən üzərində qəti qələbə qazana bilmək üçün küllü miqdarda yardım tələb etmiş və bir həftədən sonra 2.600 yük maşınından ibarət yardım karvanı Xalxin-Qol çayı istiqamətində səfərbər edilmişdir.[30] Sovetlər qədər şanslı olmayan yaponlara heç bir yardım göndərmək mümkün olmadı və Tokiodan gələn göstərişlərə görə yaponlar əllərində olan silah-sursatla sona qədər döyüşməli idilər.
23 iyul tarixində yaponlar tərəfindən Kavatama körpüsünü müdafiə edən sovet birləşmələrinə qarşı 64-cü və 72-ci piyada alaylarının rəhbərliyi ilə növbəti genişmiqyaslı hücum həyata keçirilir. Yapon artilleriyası iki gün ərzində əlində olan silah-sursat ehtiyatının yarıdan çoxunu həmin piyadaların önünü açmaq üçün sovet hədəflərinə doğru sərf edir. Hücum müəyyən irəliləyiş əldə etsə də, Kavatama körpüsünə çatmaq mümkün olmur və tükənmiş yapon ordusu 25 iyulda növbəti dəfə geri çəkilməyə məcbur olur.[36] Müharibənin başladığı tarixdən etibarən 25 iyula qədər olan dövr ərzində yaponlar 5.000-dən çox şəxsi heyəti və bir çox gələcəyi parlaq ola biləcək zabitlərini itirmişdilər, ancaq demək olar ki, ortada tükənmiş ordudan başqa heç bir nəticə yox idi.[30][37]
Buradakı önəmli məqamlardan biri yaponların itirilən hərbi təchizat və canlı qüvvəni sovetlər qədər sürətli və tez bərpa edə bilməməkləri ilə bağlı idi. Belə ki, sovetlər döyüş meydanında itirlən hərbi və canlı qüvvələrini əsas təchizat bazalarından yüzlərlə kilometr kənarda olmaqlarına baxmayaraq bir həftə kimi qısa bir müddətdə bərpa edə bilirdirlərsə, yaponlar demək olar ki, müharibənin əvvəlindən sonuna kimi əllərində olanlarla döyüşməyə məcbur oldular.[38]
Avqust: Sovet əks hücumu
Üçüncü Reyxin artan gücü qarşısında Avropada yeni bir müharibənin başlama ehtimalı günü gündən artırdı və sovetlər bir-birindən uzaq iki ayrı cəbhədə döyüşməmək üçün 1939-cu ilin 20 avqust tarixində Xalxin-Qol döyüşünün müqəddəratını həll edəcək misli görülməmiş əks-hücum əməliyyatına başladılar.[39] Georgi Jukov 4.000 yük maşınından ibarət böyük bir yardım karvanını səfərbər etməklə döyüşün sovetlərin lehinə həll etməyə çalışırdı. 4.000 yük maşınından ibarət silah-sursat, təchizat, geyim və ərzaq yardımı döyüş meydanına 600 km məsafədə yerləşən Çita şəhərində yerləşən hərbi təyinatlı bazadan göndərilmişdi və onların cərgəsinə IV, VI, XI tank briqdaları və iki mexanikləşdirilmiş briqadalar da qoşulmuşdu.
Çitadan göndərilən yardımlarla birlikdə sovetlərin ərazidə olan birləşmələri sol və sağ qanadlarına ayrıldılar. 1939-cu ildə müharibəni SSRİ-nin xeyrinə yekunlaşdırmağa hazır vəziyyətdə üç atıcı divizion, iki tank diviziyası, Çitadan göndərilmiş əlavə iki tank briqadası, iki motoatıcı diviziya və 550-dən çox qırıcı və bombardımançı təyyarələr səfərbər edilmişdilər.[40] Xorqoliyn Çoybalsan rəhbərliyindəki Monqolustan Xalq Respublikasının iki süvari diviziyası da SSRİ tərəfdən avqustdakı əks hücum üçün hazır vəziyyətə gətirilmişdir.[41][42][43]
Yaponların Kvantunq ordusunun döyüş meydanında yalnız 23-cü Piyada Diviziyası mövcud idi həmin diviziya müharibə dövründə həcmi kiçilmiş iki ayrı yüngül piyada diviziyasının birləşməsindən təşkil edilmişdi. Yaponlar əsas qərargahlarını bugünkü Çinin Daxili Monqolustan Muxtar Rayonuna tabe olan Hulunbuir şəhərinin Hailar rayonunun ərazisində təşkil etmişdilər və sözügedən rayon döyüşün baş verdiyi ərazidən 150 km məsafədə yerləşirdi. Yapon kəşfiyyatı sovetlərin əraziyə küllü miqdarda silah-sursat, canlı qüvvə topladığını müşahidə edirdilər və başa düşürdülər ki, SSRİ-nin məqsədi döyüşü qısa zamanda bitirməkdir.[44]
Sovetlər əks-hücuma başladığı gün yapon general Michitaro Komatsubara əsir düşür. Generalın ehtiyatsızlıqdan sovetlərin nəzarətində olan əraziyə keçdiyi ehtimal edilmişdir.[44][45] 1939-cu ilin 20 avqust tarixində baş verəcək əsas əks-hücumdan əvvəl sovetlər yapon müdafiəsini yoxlamaq məqsədi ilə 3, 7 və 8 avqust tarixlərində üç dəfə olmaqla kəşfiyyat xarakterli hücumları icra etmişdilər. Kəşfiyyat xarakterli hücumlarda yaponlar cəmi 85 nəfər itki vermiş, Sovet ordusu isə min nəfərə yaxın şəxsi heyətini itirmişdir.[46] 20 avqusta qədərki dövrdə yaponların Monqolustan Xalq Respublikasına mənsub birləşmələrə qarşı keçirdiyi kiçik döyüşlərdə monqol birləşmələr asanlıqla sıradan çıxarılmışdır.[47][48]
23-cü Diviziya sovetlərlə tək başına mübarizə aparacaq vəziyyətdə deyildilər və rəsmi Tokionu müharibəni ən qısa zamanda bitirmək istəyi SSRİ-ni final döyüşü üçün daha da ruhlandırmaqda idi. Yaponlar mərkəzdən heç bir yardım almayacaqlarını anladıqları an, əllərində yarımcan vəziyyətdə qalmış 23-cü diviziya və bəzi kiçik hərbi birləşmələr qalmışdı.[48][49]
1939-cu ilin 20 avqust tarixində yerli vaxtla səhər saat 05:45-də Georgi Jukov sovet ordusuna bütün qüvvəsi ilə hücum etmək əmrini verir.[50] Qırıcıların və bombardımançıların hücumunu Yakov Smuşkeviç koordinasiya edirdi və onun rəhbərliyi altında həmin gün 557 sovet təyyarəsi döyüşə atılmışdı. SSRİ bu tarixə qədər bu kütləvi hava hücumu təşkil etməmişdilər və bu hücum Sovet Hərbi Hava Qüvvələrinin ən kütləvi qırıcı-bombardımançı hücumu kimi tarixə keçmişdir.[50]
57-ci Xüsusi Korpusun təxminən 50.000 sovet və monqol əsgəri Xalxin-Qol çayını keçərək qurudan hücumu başlatdılar. Şiddətli artilleriya hücumu, Sovet Hərbi Hava Qüvvələrinin mükəmməl dəstəyi ilə yaponlar sıxışdırılmağa başlandı. Üç piyada diviziyası və bir tank briqadası çayı keçərək yaponların üzərinə hücum etmiş, qısa zamanda yapon birləşmələrini klassik hilal taktikası əsasında mühasirəyə almağı bacarmışdılar. Qanadlardan hücum edən sovet birləşmələri Nomonhan kəndində birləşəndə, yaponların 23-cü Piyada Diviziyanı tam mühasirəyə saldılar.[30][51][52]
26 avqust tarixində 23-cü Piyada Diviziyasını mühasirədən çıxarmaq üçün yaponların əks hücumu uğursuzluqla nəticələnir. 27 avqustda isə 23-cü PD özü mühasirəni yarmaq istəsə də, bu dəfə də bir nəticə əldə olunmur. Yaponlar təslim olmaqla bağlı sovetlərin tələblərini rədd etdikdən sonra Sovet ordusu artilleriya və hava hücumlarının şiddətini yüksəltmişdir. 31 avqust tarixində Monqolustan sərhəddinə yaxın ərazilərdə möhkəmləndirilmiş yapon birləşmələrin demək olar ki, hamısı məhv edildi.
23-cü PD-nin qalıqları Mancuriya ərazisinə sıxışdırılıb atılmışdı və demək olar ki, ayın sonuncu günü başlayanda sovetlər öz məqsədlərinə çatmışdılar.[53] Həlledici döyüşün baş verdiyi avqustun sonuncu həftəsində sovetlərin mühasirəsidə olan 100-dən artıq yapon əsgər və zabiti əsir düşməmək üçün özünü öldürmüşdür. 1939-cu ilin 15 sentyabr tarixində Sovet Sosialist Respublikaları İttifaqı və Yaponiya imperiyası arasında : Xalxin-Qol döyüşünü rəsmən bitirəcək atəşkas haqqında razılıq əldə olundu və həmin atəşkas ertəsi gün saat 13:10-dan etibarən qüvvəyə minmişdir.[30][54][55]
Sonluq
Xülasə
Miras
Qeydlər
- Includes at least 57,000 Soviet[1] and 4,860 MPR personnel.[2] Combined Soviet-MPR strength was possibly as high as 74,000.[3]
- Japanese military record:
8,440 killed,
8,766 wounded
Soviet claim:
60,000 killed and wounded,
3,000 captured[19]
See the "Aftermath" section.
Mənbələr
- Baabar, B. Kaplonski, Christopher (redaktor ). From World Power to Soviet Satellite: History of Mongolia. University of Cambridge Press. 1999. OCLC 318985384.
- Baëza, Bernard. "L'incidente du Nomonhan (mai-septembre 1939), une guerre entre l'URSS et le Japon passée inaperçue (1ère partie)" [The Nomonhan Incident (May–September 1939), An Unnoticed War Between the USSR and Japan]. Avions: Toute l'aéronautique et son histoire (French) (43). October 1996: 39–42. ISSN 1243-8650.
- Baëza, Bernard. "L'incidente du Nomonhan (mai-septembre 1939), une guerre entre l'URSS et le Japon passée inaperçue (2ème partie)". Avions: Toute l'aéronautique et son histoire (French) (44). November 1996: 8–11. ISSN 1243-8650.
- Baëza, Bernard. "L'incidente du Nomonhan (mai-septembre 1939), une guerre entre l'URSS et le Japon passée inaperçue (3ème partie)". Avions: Toute l'aéronautique et son histoire (French) (45). December 1996: 7–11. ISSN 1243-8650.
- Baëza, Bernard. "L'incidente du Nomonhan (mai-septembre 1939), une guerre entre l'URSS et le Japon passée inaperçue (4ème et dernière partie)". Avions: Toute l'aéronautique et son histoire (French) (46). January 1997: 20–7. ISSN 1243-8650.
- Beevor, Antony. The Second World War. London: Weidenfeld & Nicolson. 2012. ISBN 978-0297844976.
- Coox, Alvin D. Nomonhan: Japan Against Russia, 1939. Two volumes. Stanford University Press. 1985. ISBN 0-8047-1160-7.
- Colvin, John. Nomonhan. London: Quartet Books. 1999. ISBN 0-7043-7112-X.
- Drea, Edward J. "Nomonhan: Japanese-Soviet Tactical Combat, 1939" (PDF). Leavenworth Papers (2). January 1981. ISSN 0195-3451. 2023-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12. Combat Studies Institute (U.S. Army Command and General Staff). See also "Leavenworth Paper n. 2". Command and General Staff College. 5 May 2010 tarixində arxivləşdirilib.
- Drea, Edward J. Tradition and Circumstances: The Imperial Japanese Army's Tactical Response to Khalkhin-Gol, 1939 // In the Service of the Emperor: Essays on the Imperial Japanese Army. University of Nebraska Press. 1998. ISBN 0-8032-1708-0.
- Erickson, John. The Soviet High Command: A Military-Political History, 1918–1941. London: Routledge. 2001. ISBN 0-7146-5178-8.
- Goldman, Stuart D. Nomonhan, 1939; The Red Army's Victory That Shaped World War II. Naval Institute Press. 2012. ISBN 9781591143291. online review Arxivləşdirilib 2023-10-24 at the Wayback Machine.
- Hill, Alexander. The Red Army and the Second World War. Cambridge University Press. 2017. ISBN 9781107020795.
- Kotelnikov, Vladimir R. Air War Over Khalkhin Gol, The Nomonhan Incident. SAM publications. 2010. ISBN 9781906959234.
- Krivosheyev, G. F., redaktor Soviet Armed Forces Losses in Wars, Combat Operations and Military Conflicts (PDF). Moscow: Military Publishing House. 1993. ISBN 5-203-01400-0. 2015-11-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-12.
- Kuromiya, Hiroaki. "The Mystery of Nomonhan, 1939". The Journal of Slavic Military Studies. 24 (4). 2011: 659–77. doi:10.1080/13518046.2011.624820.
- Moses, Larry W. "Soviet-Japanese Confrontation in Outer Mongolia: The Battle of Nomonhan-Khalkin Gol," Journal of Asian History (1967) 1#1 pp. 64–85.
- Nedialkov, Dimitar. In The Skies of Nomonhan, Japan vs Russia, May–September 1939 (2nd). Crecy Publishing. 2011. ISBN 9780859791526.
- Neeno, Timothy. "Nomonhan: The Second Russo-Japanese War". MilitaryHistoryOnline.com. 16 January 2005. 2 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024. This work uses the Coox book and Drea paper as sources.
- Sella, Amnon. "Khalkhin-Gol: The Forgotten War," Journal of Contemporary History (1983) 18#4 pp. 651–87 in JSTOR Arxivləşdirilib 2020-08-19 at the Wayback Machine
- Snow, Philip. "Nomonhan – the unknown victory," History Today (1990) 40#7 pp. 22–28
- Snyder, Timothy. Final Solution // Bloodlands: Europe between Hitler and Stalin. New York City: Basic Books. 2010. ISBN 9780465002399.
- Young, Katsu H. "The Nomonhan Incident: Imperial Japan and the Soviet Union," Monumenta Nipponica (1967) Vol. 22, No. 1/2 (1967), pp. 82–102 in JSTOR Arxivləşdirilib 2023-10-24 at the Wayback Machine
- Zaloga, Steven J. Japanese Tanks 1939–45. Osprey. 2007. ISBN 9781846030918.
İstinadlar
- Kotelnikov, 2010. səh. 109
- "Khalkhin Gol Battle: the Revision of Statistics". 18 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2021.
- Krivosheyev, 1993. səh. 71–2
- Suvorov, Viktor. The Chief Culprit (hardcover). Naval Institute Press. 2008. səh. 119. ISBN 9781591148388.
- Zaloga, 2007. səh. 13.
- V. Kondratiev, "Khalkhin Gol: War in the Air" Arxivləşdirilib 2021-05-16 at the Wayback Machine retrieved 3 Jan. 2016
- Coox, 1985. səh. 580
- "The Khalkhin Gol Battle, 1939" Arxivləşdirilib 2010-12-24 at the Wayback Machine Retrieved 3 Jan. 2016
- Bellamy, Christopher D.; Lahnstein, Joseph S. "The New Soviet Defensive Policy: Khalkhin Gol 1939 as Case Study". Parameters. 20 (1). 1990: 24. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2021.
- Gauthier, 2016. səh. 87
- The cited source here describes Japanese forces after the assault on the Soviets as numbering 28,000 men, and includes Manchu forces. For more information, see the "Aftermath" section.
- Zaloga, 2007. səh. 14
- Coox, 1985. səh. 563
- Coox, 1985. səh. 1168
- "Soviet Losses in the Khalkhin Gol Battle". RKKA in World War II – Russian Project. 24 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2015.
- Кондратьев В. Халхин-Гол: Война в воздухе. — М.: Библиотека журнала "Техники – Молодежи". Серия "Авиация", 2002. — 64 с. Тираж 1000 экз.ISBN 5-88573-009-1.
- According to "Soviet Losses in the Khalkhin Gol Battle" Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine, these losses break down as: 30 BT-7s, 27 BT-7RTs,2 BT-7As, 127 BT-5s, 30 BT-5RTs, 8 T-26s, 10 KhT-26S, 2 KhT-130S, and 17 T-37s. This does not include tanks that only sustained light to moderate damage, or ones lost due to mechanical failure.
- Coox, 1985. səh. 576. During one Japanese counterattack alone on the 12/13 August the MPR 8th cavalry division lost 100 horses captured.
- Glantz, David M.; House, Jonathan. When Titans Clashed: How the Red Army Stopped Hitler. Lawrence KS: University Press of Kansas. 1995. səh. 14. ISBN 0-7006-0899-0.
- Coox, 1985. səh. 987, includes 28 120mm–150mm guns and 44 75mm guns.
- There are multiple accounts of Japanese trucks being knocked out by Soviet artillery and aviation, as well as losses due to mechanical failures or environmental hazards. Coox, 1985.
- Drea, 1981, p. 3 – "Map 2". 7 May 2011 tarixində arxivləşdirilib.
- Coox, 1985. səh. 181
- Beevor, 2012. səh. 14, 18
- Baabar, 1999. səh. 384–6
- Drea, 1981, p. 5 – "Map 3". 13 November 2011 tarixində arxivləşdirilib.
- "Григорий Штерн / Grigoriy Shtern". 19 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2022.
- Baabar, 1999. səh. 386–7
- Coox, 1985. səh. 271
- Neeno, 2005
- Coox, 1985. səh. 1119
- Жуков Г. К. Воспоминания и размышления. [militera.lib.ru/memo/russian/zhukov1/07.html Глава седьмая. Необъявленная война на Халхин-Голе] "Источник". 2012-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-15.: В 2 т. — М.: Олма-Пресс, 2002.
- Мощанский И. Б. [militera.lib.ru/research/moschanskiy_ib01/index.html Информационная война. Органы спецпропаганды Красной армии.] "Источник". Archived from the original on 2013-02-20. İstifadə tarixi: 2012-11-15. — М.: Вече, 2010.
- Drea, 1981, p. 6 – "Map 4". 13 November 2011 tarixində arxivləşdirilib.
- Drea, 1981, p. 47 (Redeployment)
- Drea, 1981, p. 53 (Hills 742 and 754)
- Drea, 1981. səh. 7
- Шишов А. В. Россия и Япония. История военных конфликтов. — М.: Вече, 2001. (Военные тайны XX века) [militera.lib.ru/h/shihsov_av/09.html Глава третья. Год 1939-й. Халхин-Гол. Необъявленная война] "Источник". Archived from the original on 2012-10-30. İstifadə tarixi: 2007-12-20.: «В результате неординарных боевых решений военачальника Г. К. Жукова японские войска у горы Баян-Цаган оказались наголову разгромлёнными и к утру 5 июля их сопротивление оказалось сломленным. На горных склонах погибло более 10 тысяч неприятельских солдат и офицеров.»
- Coox, 1985. səh. 578–9
- Coox, 1985, pp. 579, 641 note 23
- Drea, 1981, p. 9 (The Soviet Offensive)
- Drea, 1981. səh. 10 – "Map 6". 13 November 2011 tarixində arxivləşdirilib.
- Drea, 1981. səh. 74 – "Map 17". 7 May 2011 tarixində arxivləşdirilib.
- Coox, 1985. səh. 578
- Drea, 1981, p. 71 (Japanese Intelligence Failures)
- Coox, 1985. səh. 575–6
- Coox, 1985. səh. 576
- Coox, 1985. səh. 577
- Coox, 1985. səh. 573–4
- Coox, 1985. səh. 663
- Drea, 1981, p. 86 (Outcome)
- Drea, 1981, p. 77 (Encirclement of the 2/28th Infantry)
- Coox, 1985. səh. 841
- Goldman, 2012. səh. 163–4
- Coox, 1985. səh. 911