Xalxalqışlaq
Xalxalqışlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Xalxalqışlaq | |
---|---|
41°02′48″ şm. e. 47°30′07″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 578 m |
Saat qurşağı | |
|
Tarixi
Rayon mərkəzindən 10 km şərqdə, Xalxaldan 5 km cənubda, Xalxalçayın sol sahilindədir. Xalxal İnzibati Ərazi Dairəsinə daxildir. "Xalxalqışlaq" sözünün mənası "Xalxal kəndinə məxsus qışlaq", yaxud, "Xalxallıların qışladığı yer, oba, kənd" deməkdir. Əhalisi (255 nəfər) heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə ibtidai məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Oğuz-Xalxal avtobus marşrutu kəndin içərisindən keçir.
Toponimikası
Xalxalqışlaq oyk., mür. Oğuz r-nunun Xalxal i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd keçmişdə Xalxal kəndinə məxsus qışlaq yeri olmuş, kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir.[1]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.