Xalxal (Lala)

Xalxal (Lala) — Orta əsrlərdə Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər.[1] XX əsrin əvvəllərinə qədər etnik azərbaycanlıların yaşadığı yerdə mövcud olmuşdur. Hal-hazırda Ermənistan ərazisindədir.[2]

Xalxal
Xalxal
41°05′45″ şm. e. 45°21′47″ ş. u.
Ölkə  Azərbaycan
Vilayət Qazax
Salınma tarixi e.ə. IV əsr
Milli tərkibi Qafqaz albanları, utilər, qarqarlar
Müasir yeri Ermənistan
Xalxal xəritədə

Böyük ehtimalla Uti vilayətində, Qızılqaya ətraflarında olduğu güman edilir. Tarixdə Xalxal vuruşması ilə məlumdur. Sasani hökmdarı II Yəzdəgirdin dövründə Zərdüşt – atəşpərəstlik dinini yaymaq məqsədilə Albaniyaya 700 kahin göndəriləndən az sonra zorakılığa dözməyən yerli əhali yadellilərə qarşı üsyana qalxaraq, alban çarlarının qış iqamətgahı olan Xalxal şəhəri yaxınlığında uğur qazanıb. Ərəb tarixçisi Həmdullah Qəzvini Xalxal şəhərinin Bakıdan 96 fərsəng məsafədə olduğunu göstərib. Son Alban dövləti sayılan Girdman knyazlığının hökmdarı, Mehranilər sülaləsinin son lideri knyaz Cavanşirin və xanımının məzarlarının buradakı qəbiristanlıqlardan birində olduğu söylənir.[3]

İstinadlar

  1. "Oğuzlarla bağlı yer adları". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
  2. Azərbaycan Sover Ensiklopediyası, 1987, 10-cu tom, 43-cü səhifə: ХАЛХАЛ — Гафгаз Албаниjасында еркəн орта əср шəhəри. Албан Һөкмдарларынын гыш игамəтҝаҺы олан X. Ути вил.-ндə Ибериjа илə сəрҺəд jахынлыгында jерлəширди.
  3. "Qazax". 2014-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-12.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.