Xalq Səfərbərlik Qüvvələri
Xalq Səfərbərlik Qüvvələri (bəzən Xalq Səfərbərlik Komitəsi və Xalq Səfərbərlik Bölmələri olaraq da adlandırılır) (ərəb. الحشد الشعبي al-Ḥashd ash-Shaʿbī) – daha çox Həşdi Şabi adı ilə də tanınan İraq dövləti tərəfindən maliyyələşdirilən, əsasən şiə müsəlman qruplarından ibarət olan, eyni zamanda sünni müsəlman, xristian və yezidi qruplarını da əhatə edən hərbi birləşmədir. Həşdi Şabi bölmələri bir qruplaşma kimi 2014-cü ildə yaradıldı və İŞİD-ə qarşı demək olar ki, hər bir böyük döyüşdə mübarizə apardı. 2018-ci ilin əvvəllərində İraqın o vaxtki Baş naziri olaraq Baş Komandan Heydər əl-Abadi tərəfindən tamamilə yenidən qurulandan sonra yeni İraq Respublika Qvardiyası adlandırıldı. Keçmiş Baş nazir "Xalq Səfərbərliyi döyüşçülərinin vəziyyətini uyğunlaşdırmaq üçün" qaydalar tərtib etdirdi və onlara İraq ordusunun digər birləşmələrində olduğu kimi maaş verdirirdi.
Xalq Səfərbərlik Qüvvələri və ya Həşd əş-Şabi | |
---|---|
Növü | Hökumət tərəfindən icazə verilən hərbi qrup — Xüsusi milis dəstəsi |
Yaranma tarixi | 15 iyun 2014 — hal-hazırda |
Ölkə | İraq |
Daxildir | İraq Silahlı Qüvvələri |
Tərkibi | |
Vəzifəsi | Kontr partizan müharibəsi |
Sayı | 100.000 - 150.000 |
Qərargah |
İraq ərazisində: Səlahəddin mühafəzəsi Ənbar mühafəzəsi Neynəvə mühafəzəsi Suriya ərazisində: Hələb mühafəzəsi Deyr əz-Zor mühafəzəsi |
Himayədarı | İran |
Müharibələr |
İraq vətəndaş müharibəsi (2014-indiyədək):
İraq üsyanları (2017-indiyədək) 2019 İsrailin İraqa hava hücumları |
Döyüşlər | |
Komandanlıq | |
Məşhur komandirləri |
Əbu Əzrayıl Əbu Mehdi əl-Mühəndisi Qeys Həzali Müqtəda əs-Sədr Fəlih əl-Fəyyaz Hadi əl-Əmiri Şibl əl-Zeydi Əli əl-Yasiri |
al-hashed.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Loqotip və bayraq
Birləşmə tərkibindəki qrupların hər birinin ayrılıqda öz bayraqları olsa da, Xalq Səfərbərlik Qüvvələri olaraq İraq bayrağı ilə birlikdə üzərində "Al-Hashd Al-Sha'bi" ibarəli yazı olan sarı vəya ağ bayraq da istifadə edilir.
Adı
Rəsmi yerli adla əlaqədar olaraq, ərəbcə الشعبي (ash-Shaʿbī) kəlməsi xalq arasında deyildiyi kimi "xalq" və ya "populyar" kimi tərcümə olunur. Ərəb dilində الحشد (al-Hashd), səfərbərlik prosesindən daha çox səfərbər olunan bir qrup insan anlamı kimi - "səfərbərlik" mənasını verir. Digər mənalarda isə əl-həşd "izdiham", "qoşun", "dəstə", "toplaşmaq" və ya "birləşmək" kimi də tərcümə edilə bilər.
Formalaşması
Başlanğıc vaxtda yəni 2014-cü ildə Həşdi Şabi tərkibində Nuri əl-Malikinin dəstəyi ilə vuruşan yeddi milis qrupu var idi:
- Bədr Təşkilatı
- Əsaib Əhl əl-Həqq
- Xətaib Hizbullah
- Xətaib Seyyid əl-Şühəda
- Hərəkat Hizbullah əl-Nücəba
- Xətaib əl-İmam Əli
- Xətaib Cund əl-İmam
Karnegi Orta Şərq Beyin Mərkəzi təmsilçiləri Faleh Cabar və Renad Mansour'un sözlərinə görə, Baş nazir Nuri əl-Maliki bu qüvvələri İŞİD-in meydana çıxması ilə mübarizə aparmaq və özünün sünni bölgələrində təsirini qorumaq üçün istifadə etdi.