Xalq Müdafiə Birlikləri

Xalq Müdafiə Birlikləri[1][2][3][4] və ya Xalq Qoruma Dəstələri[5][6] (kürd. Yekîneyên Parastina Gel, qısaca: YPG; ərəb. وحدات حماية الشعب, Wihdat Himayah ash-Sha'ab) — Kürd Ali Komitəsinin rəsmi silahlı birləşməsi. Rəsmi olaraq heç bir siyasi partiyayla əlaqəsi olmasa da, de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadıdır.

Xalq Qoruma Dəstələri
YPG
Yekîneyên Parastina Gel
Loqonun şəkli
Növü Hərbi birləşmə
Yaranma tarixi 2011-ci il
Rəsmi dili kürd dili
Mərkəzi Qamışlı, Suriya
Sədr Sipan Hemo
Üzvləri Nujin Dirik (Hələb komandiri)
Giwan Ibrahim (Qamışlı komandiri)
Cemşîd Osman (Rəsulayn komandiri)
Roshna Akeed (Rəsulayn komandiri)
ypgrojava.org/english
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

2004-cü ildə Qamışlı hadisələrindən sonra PYD və "Kürd Ali Komitəsi" tərəfindən yaradılan silahlı birləşmə ilk aktiv fəaliyyətinə 2011-ci ildə Suriya vətəndaş müharibəsi zamanı başlayıb.

2012-ci ilin dekabr ayının xəbərlərinə görə YPG 8 briqada və 10 min döyüşçüdən ibarətdir.[7] 2013-cü ilin yaz aylarının sonlarına yaxın isə bu rəqəmin 15 minə çatdığı bildirilir.

YPG-də kişilərlə yanaşı qadınlar da vuruşur; 2013-cü ilin fevral ayında Əfrin şəhərində 150 nəfərdən ibarət ilk qadın batalyonu yaradılıb.[8]

PYD-YPG tərəfdarları Əfrin şəhərində, 2012-ci il

Suriya vətəndaş müharibəsindəki yeri

2003-cü ildə kürd muxtariyyəti tələbi ilə qurulan Demokratik Birlik Partiyasının (PYD) de-fakto silahlı qanadı sayılan YPG hal-hazırda Suriyanın Hələb mühafazasının Əfrin, Kobani, Cinderis şəhərlərini, Haseke mühafazasının Amude, Derik, Efrin bölgələrini, Əl Dərbasiyə, RəsulaynAfr şəhərləri ilə Tirbesipiye qəsəbəsini öz nəzarəti altında saxlayır.

23 may 2013-cü il tarixində Demokratik Birlik Partiyasının (PYD) sədri Salih Müslim Suriya neftinin 60%-nin kürdlərin yaşadığı ərazidə yerləşdiyini və kürd nəzarətində olduğunu bildirdi.[9]

6 iyun 2013-cü il tarixində isə Demokratik Birlik Partiyası rəsmi nümayəndə heyəti və o cümlədən YPG sədri ilə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri arasında görüş baş tutdu və görüşdən sonra PYD sədri Salih Müslim görüşün uğurlu keçdiyini bildirdi.[10]

İstinadlar

  1. "İŞİD ilə YPG arasında sensasion razılıq sənədi - Nəzarətdə olan ərazilərdən rahat keçəcək, əsirləri dəyişəcək,..." 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  2. ""İslam Dövləti"nə qarşı döyüşən ingilis "terrorda" günahlandırılıb". 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09 www.bbc.com vasitəsilə.
  3. "Ankara hücumu qırıq xəttləri ortaya çıxardı | TRT Azerbaycan". www.trt.net.tr. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  4. "Afrində kələf bir az da dolaşır". 21 fev 2018. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09 www.azadliq.org vasitəsilə.
  5. "Türkiyə XİN: "ABŞ-nin terrorla bağlı illik hesabatı qərəzlidir"". Report İnformasiya Agentliyi. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  6. ""Netflix" serialında PKK ilə bağlı detallar qalmaqala səbəb oldu – FOTOLAR". www.yeniavaz.com. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  7. «Interview Salih Muslim: Es gab keinen Kurden-Deal mit dem Regime Arxivləşdirilib 2013-07-15 at the Wayback Machine». Frankfurter Rundschau, 1 dekabr 2012-cü il.  (alm.)
  8. Kurdish women in Syria create first female battalion Arxivləşdirilib 2013-03-01 at the Wayback Machine. Russia Today, 23 fevral 2013-cü il.  (ing.)
  9. Salih Müslim: About 60% of Syrias oil is located in Kurdish areas and are currently under Kurdish control. Arxivləşdirilib 2020-10-21 at the Wayback Machine PYD rəsmi saytı  (ing.)
  10. Arxivləşdirilib 2013-10-04 at the Wayback Machine PYD rəsmi saytı  (ing.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.