Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası
40°40′30″ şm. e. 46°21′18″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Atatürk pr.450
Aidiyyatı AXC
Tikilmə tarixi 1897
İstinad nöm.3986
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası (Gəncə)
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

“Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli ŞurasıAzərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib.[1][2]

Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür.[3]

Haqqında

Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir.[4]

1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I XoyskiII Xoyski hökuməti bu binada fəaliyyət göstərib.

1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb. 1931-ci ildə Bakıdakı Azərbaycan Kənd Təsərrüfatı İnstitutu və Tbilisidəki Hidromelorasiya İnstitutu Gəncə şəhərinə köçürülüb. 1933-cü ildə Gəncədə vahid Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.[1]

Gəncə şəhəri Atatürk prospektindəki binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi yerləşir.

Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi

Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi 1985-ci ilin mayında yaradılıb və Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində fəaliyyət göstərir.

Yeddi zaldan ibarət muzeyin beşinci zalı Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrünə həsr olunub.[1]

Muzeyin eksponatları Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünü əhatə edir. Muzeydə Azərbaycanın ilk Baş Naziri Fətəli xan Xoyskinin iş otağı yerləşir. Otaqda o zamana aid əşyalar və sənədlər ilk gündə olduğu kimi qorunub saxlanılıb. Fətəli Xan Xoyskiyə aid kabinetdə nazirin yazı masası, masanın üzərindəki əşyalar, divar saatı, rəflərdəki kitablar, eləcə də digər əşyalar bu günə kimi mühafizə olunur.

Muzeyin zallarında Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar və qərarlar sərgilənir. Həmçinin Qafqaz İslam Ordusunun xilaskar missiyasına və onun komandanı Nuru Paşaya həsr olunan sənədlər də saxlanılır. Azərbaycanın ilk dövlət xəritəsi və İstiqlal bəyannaməsi də bu muzeydə qorunub saxlanılır.[4]

Muzeyin yeddinci zalında isə Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən fotostend vardır. Burada Ulu Öndər Heydər ƏliyevMustafa Kamal Atatürkün portretləri, Azərbaycan-Türkiyə əlaqələrini əks etdirən şəkillər yer alıb.[1]

İstinadlar

  1. Mehparə. "Cümhuriyyət evi" (az.). https://medeniyyet.az/. 14 mart 2012. Archived from the original on 2024-01-29. İstifadə tarixi: 29 yanvar 2024.
  2. "Birinci Cümhuriyyətin şanlı tarixinin ilk izləri burada saxlanılır" (az.). https://sputnik.az. 28 may 2020. Archived from the original on 29 January 2024. İstifadə tarixi: 29 yanvar 2024.
  3. "Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi" (az.). https://www.adau.edu.az. Archived from the original on 2024-01-30. İstifadə tarixi: 30 yanvar 2024.
  4. "Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrünü əhatə edən muzey" (az.). https://gencexeber.az. 2 mart, 2022. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2024.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.