Xalq

Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır.

Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur.

Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir:

  1. Adi mənada - dövlətin, ölkənin əhalisi
  2. Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisi

Dünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.

Hər bir xalqın özünün toplu adı vardır. Xalq anlayışı həm quldarlıq həm də feodalizm qurluşları üçün xasdır. Kapitalist münasibətlərin inkişafında insan birliyinin yeni forması millət əmələ gəlir.

Dünyada say etibarilə bir çox böyük və qədim xalqlar mövcuddur. Bunlara misal olaraq çinliləri, hindistanlıları, türkləri, ərəbləri və s. misal göstərə bilərik. Bu xalqların özünəməxsus tarixi, mədəniyyəti və adət-ənənələri vardır.

Çinlilər və hindistanlılar Cənub-Şərqi Asiyada, türklər isə Mərkəzi Asiya və Altay dağları ətrafında yaşamışlar. Sonralar türklərin yaşayış arealı daha da genişlənmişdir. Bu xalqların hər birinin özünəməxsus dinləri, adət-ənənələri olmuşdur. Bəşər tarixində bir çox yeniliklər məhz bu xalqların sayəsində əldə edilib. Kağız, kompas, barıt çinlilər; şahmat, 0 rəqəmi isə hindlilər tərəfindən yaradılıb. Çinlilər Konfutsi təliminə, hindistanlılar buddizmə, türklər isə səma cisimlərinə, şamanlığa inanmışlar.

Vətənimizin zəngin təbiəti hələ qədim dövrlərdən buranın yaşayış məskəninə çevrilməsinə səbəb olmuşdur. Tarixi mənbələrə görə, Azərbaycanın etnik tərkibi daim genişlənmişdir. Bu isə Azərbaycanın hələ çox qədimdən tolerantlığı ilə seçildiyini göstərir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər, başqa azsaylı xalqlar da yaşayır. Bu xalqların sayı çoxdur. Bunlara dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, ingiloylar, avarlar, ləzgilər, və s. aid etmək olar. Hər bir xalq Azərbaycanda yaşasa da, özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə, müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.