Xalid Əsgərov
Xalid Əsgərov (d. 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı fotoqraf.
Xalid Əsgərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili | |
Fəaliyyəti | fotoqraf |
Həyatı
Xalid Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur[1].
Ali təhsilini əvvəlcə Bakı Slavyan Universitetində, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında almışdır[1].
Fəaliyyəti
Qarabağda, Abxaziyada, Çeçenistanda və Tacikistanda "Reuters" xəbər agentliyinin fotomüxbiri olaraq işləmişdir[1]. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkmişdir[1].
Qarabağ müharibəsi ilə bağlı fotoları hazırda Azərbaycan Fotoqrafları Birliyinin arxivindədir[1].
İstinadlar
- Cəbhədən-cəbhəyə Arxivləşdirilib 2021-08-05 at the Wayback Machine. 1905.az, 14.12.2015 (az.)
Xarici keçidlər
- Kəlbəcərin işğalı zamanı çəkdiyi şəkillər. atv.az, 02.04.2015 (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.