Xalid Əhədov
Xalid Nurəddin oğlu Əhədov (4 fevral 1980) — Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi.
Xalid Əhədov | |
---|---|
Vəzifədədir | |
17 noyabr 2022-ci ildən | |
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi | |
2018 – 17 noyabr 2022 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 fevral 1980 (44 yaş) |
Təhsili |
Azərbaycan Dövlət İqtisad Universiteti IE Business School London School of Economics and Political Science |
Fəaliyyəti | iqtisadçı |
Həyatı
Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.
İctimai-siyasi fəaliyyəti
1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"-da (1999–2012), "Unibank"-da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.
2016-cı ildə "AzərTürkBank"-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.
2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi[1][2], 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir[3].
Azərbaycan Respublikasının İqtisadi Şurasının, "ABB" ASC-nin, "Azərbaycan Hava Yolları" QSC-nin, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Müşahidə Şurasının üzvü, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Müşahidə Şurasının sədridir.
Ailəsi
Ailəlidir, üç övladı var. Atası Nurəddin Əhədov Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olmuşdur.[4]
İstinadlar
- "Birinci vitse-prezidentə yeni köməkçilər təyin edilib". 2018-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.
- "X. N. Əhədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-15.
- "X.N.Əhədovun Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
- "Prezidentin yeni köməkçisi kimdir?". 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.