Xaləddin Musayev
Xaləddin Novruz oğlu Musayev (13 yanvar 1961, Füzuli, Samux rayonu) – Tibb elmləri doktoru, professor.
Xaləddin Musayev | |
---|---|
Xaləddin Novruz oğlu Musayev | |
Doğum tarixi | 13 yanvar 1961 (63 yaş) |
Doğum yeri | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
Həyatı
Xaləddin Musayev 13 yanvar 1961-ci ildə Azərbaycan Respublikası Samux rayonunun Füzuli kəndində anadan olmuşdur.
Azərbaycan Tibb Universiteti 2-ci Cərrahi Xəstəliklər Kafedrasının[1], ATU Tədris Cərrahiyyə Kafedrasının və Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Koloproktologiya şöbəsinin müdiridir. Tibb elmləri doktoru, professordur. Çoxsaylı elmi məqalələrin, Koloproktologiya barədə Azərbaycan dilində kibabların müəllifidir. ATU-nun müəllimidir. Mədə-bağırsaq xəstəliklərinin patologiyaları, koloproktoloji xəstəliklər, o cümlədən yoğun və düz bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Konkret olaraq professor Xaləddin Musayev Azərbaycanda babasil, kolit, parapraktit, xroniki qəbizlik, bağırsağın divertikulu xəstəliyi, bağırsaq yapışqanlığı, kron xəstəliyi, yoğun bağırsaq polipləri, ülserativ kolit, bağırsaq düyünlənməsi, rektovaginal fistula, bağırsaq uzanması, meqakolon, düz bağırsağın çatı, düz və yoğun bağırsaq şişləri və sair kolorektal bolgədə rast gəlinən xəstəliklər konservativ və cərrahi müalicəsində aparıcı mütəxəssislərdən, aktiv tibbi xidmət göstərən həkimlərimizdən biri hesab olunur. Professor Xaləddin Musayev ATU-da yeni koloproktoloq mütəxəssislərin yetişməsində xüsusi əməyi vardır. Məlum olduğu kimi bağırsaq cərrahiyyəsi ilə məşğul olan ümumi cərrahlar koloproktoloq və ya kolorektal cərrah adlanır. Düz bağırsaq və rectal xəstəliklərlə məşğul olan həkimlər isə proktoloq adlanır. Professor Xaləddin Novruz oğlu Musayev 1978–1984 illərdə Azərbaycan Tibb Universitetinin Müalicə İşi Fakultəsində təhsil almışdır. 1984–1985-ci illərdə 2№-li şəhər klinikasında İnternaturadan keçmişdir. 1988–1991-ci illərdə Topçubaşov ad. ETKECİ-də aspirantura təhsili almışdır. 1985–1988-ci illərdə Sumqayıt ş. 1N-li xəstəxanasında həkim-cərrah vəzifəsində işləmişdir. 1991–1999-cu illərdə Elmi Tədqiqat Qastroenterologiya institutunda cərrah işləmişdir. 1999-cu ildən indiyədək ATU 2-ci cərrahi xəstəliklər ka-fedrasında aktiv elmi fəaliyyətlə məşğuldur və həkim-cərrah kimi işləyir. Professor Musayev həmçinin ATU Tədris-Cərrahiyyə Klinikasının və Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiridir
Elmi iş və məqalələr haqqında qısa məlumat
1) The use of texhnology in sur-gical treatment of patients with acute suppurative inflammation of pilonidal cycts (Həmmüəlliflər: Mamaedov M. M. Mamedov N. I, Gurbanov G. M., Akhmedov G) Nəşr: XII Beynəlxalq Avrasiya cərra-hiyyə və qastroenterologiya konqresinin materialları, Bakı 13–16 oktyabr 2011 2) Capabilities of infrared laser illumination in combination with proteolytic enzymes in the surgical treatment of patients with acute paraproctitis (Həmmüəlliflər: Mamaedov M. M. Mamedov N. I., Mustafaeva M. F, Akhmedov G) Nışr: XII Beynəlxalq Avrasiya cərra-hiyyə və qastroenterologiya konqresinin materialları, Bakı 13–16 oktyabr 2011 3) Afterhistory of the surgical treatment of postpartum peri-neal ruptures. (Həmmüəlliflər: Mamedov M. M., AkhundovaN. N.) Nəşr: XII Beynəlxalq Avrasiya cərra-hiyyə və qastroenterologiya konqresinin materialları, Bakı 13–16 oktyabr 2011.с.226–227 4) Musayev Xaləddin Novruz oğlu: Qeyri-şiş etiologiyalı proktoloji xəstəlikləri olan qadınların cərrahi müalicəsi və tibbi reabilitasiyası : tibb elmləri dok. … dis. avtoreferatı: 14.00.27 / X. N. Musayev ; Azərbaycan Tibb Universiteti. — Bakı, 2011. — 44 s. : rəngli il. ; 21 sm. — 100 экз[2]
Üzv olduğu qurumlar haqqında qısa məlumat
1) Rusiya Koloproktoloqlar cəmiyyəti
2) Türk Kolon və Rektal cərrahiyyə dərnəyi
3) Vestnik Xirurqii Kazaxstana jurnalı redaksiya heyətinin üzvü 4) Xirurqiya Vostoçnaya Yevropa jurnalının redaksiya heyətinin üzvü
Xarici keçidlər
[1] [2] [3] [4] [5] [6] [7] [8]
- "Arxivlənmiş surət". 2018-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.
- "Arxivlənmiş surət". 2018-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.
- https://www.youtube.com/watch?v=OAffBSxd5zs
- https://www.youtube.com/watch?v=GRNavlef7XQ&t=41s
- https://www.youtube.com/watch?v=PaByeVXSQrI
- https://www.youtube.com/watch?v=FW7p4kyTeoM&t=18s
- https://www.youtube.com/watch?v=1GKA8PtC9hI
- https://www.youtube.com/watch?v=OAffBSxd5zs&t=37s