Xaləddin İbrahimli
Xaləddin Cəlal oğlu İbrahimli (5 sentyabr 1958, Dmanisi) — tarix elmləri doktoru, siyasətçi.
Xaləddin İbrahimli | |
---|---|
Doğum tarixi | 5 sentyabr 1958 (65 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | tarixçi |
Elmi dərəcəsi | |
Partiyası |
|
Həyatı
1958-ci il sentyabrın 5-də qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Gəyliyən kəndində anadan olub.
1974-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.
X.İbrahimli 1978-ci ildən indiyə qədər fasiləsiz olaraq elmi-pedaqoji fəaliyyətdədir. 1992-ci ildən isə həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir.
1992-1993-cü illərdə "Yeni Müsavat" qəzetinin redaktoru olmuşdur. 1997-ci ildə "Sabah" qəzetinin yenidən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş redaktoru, 1997-1998-ci illərdə işıq üzü görən "Kavkaz" jurnalının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur. Bu jurnal Qafqazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jurnalın 8 Qafqaz cümhuriyyətində redaksiyaları qurulmuşdur.
Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti – 1997, Doktorluq dissertasiyası: Azərbaycan Siyasi Mühacirəti (1920–1991) Pedaqoji elmlər namizədi, 1991, ADPU Namizədlik dissertasiyası: Ünsiyyət mədəniyyəti və onun formalaşdırılması yolları
Siyasi fəaliyyəti
Xaləddin İbrahimli "Çənlibel" ədəbi-bədii birliyinin yaranmasında yaxından iştirak etmiş, bu birliyin fəallarından olmuşdur. "Borçalı" cəmiyyətinin yaradıcılarından biri olmuşdur. AXC-nin qurulmasında yaxından iştirak etmişdir. 1991-ci ildə Müsavat Partiyasının bərpasına qoşulub, təşkilatın Azərbaycanda bərpaçılarındandır.
1992-1996-cı illərdə Müsavat Divanının üzvü, Milli Tənasüd komissiyasının sədri olmuşdur. 1997-ci ildə öz ərizəsi ilə Müsavatın sıralarını tərk etmiş və elə həmin il AXCP sıralarına daxil olmuş, AXCP Ali Məclisinin və onun Rəyasət heyətinin üzvü, Rəyasət heyəti Analitik Mərkəzinin rəhbəri seçilmişdir.[1]
Əsərləri
Dərs və tədris-metodiki vəsaitlər
- Politologiya (interaktiv dərs materialları) Bakı, Qanun Nəşriyyatı, 2008; 2012, 225 s.
- Politologiya (tədris proqramı və metodikası). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib, 34 səh.
- Beynəlxalq münasibətlər nəzəriyyəsi(tədris proqramı və metodikası)). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib. 34 səh.
Kitabları
- Azərbaycan Siyasi Mühacirəti (1918 – 1991). Bakı, Elm, 1996. 304 səh.
- Yeni Avrasiya Qafqazı. Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2000, 131 səh.
- Deyişen Avrasiyada Kafkasiya. Ankara: ASAM, 2001, 96 səh.
- Азербайджанцы Грузи. Москва, Издателства Европа, 2006, 151 str. 260
- Azərbaycan Mühacirəti Tarixi. Bakı, 2012, 400 səh.
- Müştərək müəlliflərlə çap olunan kitablari
- Politcs of language in the ex-soviet muslim states. London: Hurst and Company, 2001, Mосква, "Прогресс-Традиция"-2004, p. 260. (Prof. Jacob M. Landau, Prof. Barbara Kellner-Heinkele ilə birgə)
- Borçalı: dünən, bu gün, sabah. Bakı, Adiloğlu, 2010. səh., 98. (Gültəkin Hacıbəyli, Kamran Ramazanlı ilə birgə)
İstinadlar
- "Xaləddin İbrahimli". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-06.