Xalıkeşan nekropolu

Xalıkeşan nekropolu
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndləri
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Xalıkeşan nekropolu (Azərbaycan)
Xalıkeşan nekropolu

Coğrafi mövqeyi

Xalıkeşan nekropolu,Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndlərinin yaxınlığında arxeoloji abidə.

Haqqında

Nekropol şərti olaraq çayın adı ilə adlandırılmışdır. Əslində Xaraba Gilan şəhər yerinə aiddir. Şəhərə qərbdən giriş yolu nekropolun üstündən keçdiyindən qəbirlər güclü dağıntıya məruz qalmışdır. Nekropolun yerləşdiyi dağ müxtəlif qalınlıqlı sal daş qatlarından ibarətdir. Qəbirlərin qurulmasında bu daşlardan istifadə olunmuşdur. Nekropolun çox hissəsi dağıldığından yalnız bir neçə, nisbətən salamat qalmış qəbir tədqiq edilmişdir. Bəzi qəbirlərin örtük daşlarının bir hissəsi salamat qalmışdır. Qəbirlərin dördbucaqlı planda qurbangahları vardır. Quruluşuna və planına görə Muncuqlutəpə qəbirlərinə oxşayırlar. Lakin Xalıkeşan qəbirlərinin giriş yolu yoxdur. Qəbirlərin çoxunun və qurbangahların divarları yanı üstə dikinə qoyulmuş sal daşlardan ibarətdir. Bəzi qəbirlərin divarları bir neçə qat həmin daşlarla işlənmişdir. Xalıkeşan nekropolundan əldə edilən tapıntılar əsasən qara boz və çəhrayı rəngli keramika məmulatından, tuncdan hazırlanmış xəncər, qolbaq, sırğa və sancaqdan və müxtəlif bəzək əşyalarından ibarətdir. Bu materialların oxşarlarına Naxçıvanın həmdövr abidələrində və Urmiya gölü hövzəsi abidələrinin materiallarında rast gəlinir. Əldə olunan arxeoloji materiallar Xalıkeşan nekropolunu e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə aid etməyə imkan verir.

İstinadlar

    Ədəbiyyat

    • Aslanov Q.M., İbrahimov B.İ., Qaşqay S.M. Xaraba Gilanın qədim nekropolları. Bakı: 2002.

    Mənbə

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.