Xabez
Xabez (abq. Хьэбэз, kab.-çərk. Хьэбэз, qaraç.-balk. Хабез, noq. Хабез) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Xabez rayonunun inzibati mərkəzi.
Xabez | |
---|---|
44°02′ şm. e. 41°46′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1833 |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87873 |
Poçt indeksi | 369400, 369401 |
|
Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir.
Coğrafiya
Xabez rayonunun mərkəzi hissəsində, Kiçik Zelençuk çayının sol sahilində yerləşir. Çerkessk şəhərindən 33 km cənub-qərbdə, Çerkessk-Arxız yolu üzərində yerləşir.
Kənd yaşayış məntəqəsinin sahəsi - 65 km².
Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Əli-Berdukovski, şimal-şərqdə Elburqan və şərqdə İnjiç-Çukun. Qərbə doğru kənd yaşayış məntəqəsinin torpaqları otlaq çəmənliyinə çevrilir.
Kənd respublikanın dağətəyi zonasında yerləşir. Təpəli bir düzənlik ərazidir. Kənd yaşayış məntəqəsində orta hündürlük dəniz səviyyəsindən 684 metrdir. Cənub-şərqdən şimal-qərbə şaquli düşmə 400 metrdən çoxdur.
Hidroqrafik şəbəkəsi Kiçik Zelençuk, Xabez, Xodokops, Belaya, Poikey və s. çaylarla təşkil olunur. Güclü yeraltı su mənbələrinə malikdir.
İqlimi mülayimdir. Orta illik temperaturu + 9 °C-dir. Ən soyuq ayı yanvar (orta aylıq temperatur 4 °C), ən isti isə ay isə iyuldur (+ 22 °C). Şaxtalar dekabrın əvvəlindən başlayır və aprelin əvvəlində qədər davam edir. Bir illik orta yağıntının miqdarı 600 mm təşkil edir. Yağıntıların əksəriyyəti aprel-iyun ayları düşür.
Tarixi
Kənd sovetliyi 1919-cu ildə təşkil olunmuş və nəhayət 1920-ci ildə tam olaraq formalaşmışdır.
1920-ci ildə Kasaevski kəndinin adı bir zadəganla bağlı olması səbəbindən dəyişdirilir. Kənd yerləşdiyi ərazinin adı ilə adlandırılır.
İslam
Mərkəzi məscid;
Aulun yuxarı hissəsindəki məscid;
Aulun aşağı hissəsindəki məscid;
Təhsil
E. M. Xapsirokov adına Lisey. - Puşkin k., 15
1 nömrəli orta məktəb - Sovet k., 44
"Seteney" uşaq bağçası - Lenin k., 69
"Nur" uşaq bağçası - Xabekov k., 80
Səhiyyə
Rayon xəstəxanası
Əhali
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[1]:
xalq | say, nəf. (2010) |
ümumi əhaliyə olan nisbət, % (2010) |
---|---|---|
çərkəzlər | 6 040 | 96,8 % |
abazinlər | 122 | 2,0 % |
ruslar | 35 | 0,6 % |
digərləri | 43 | 0,6 % |
ümumi | 6 240 | 100 % |
Əhalinin sıxlığı - 98.69 nəf./km.
Mənbə
İstinadlar
- "База данных Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.