Lalə
Lalə və ya xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.
Lalə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Dəstə: Fəsilə: Yarımfəsilə: Papaveroideae Triba: Papavereae Cins: Lalə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Haqqında
Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir.
Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Yay istilərinin başlaması ilə yarpaqları da quruyub gedir. Buna görə evlərdə, bağlarda hobbi olaraq xaşxaş yetişdirilməsi çox uyğun deyil. Çünki yarpaqları belə yalnız yazda vardır; bütün il soğanını qorumaq məcburiyyətindəsiniz. Xaşxaş yetişdirilməsi kəsmə çiçək ticarəti üçün daha uyğundur. Daima açıq havada çöldə tutulması qətiliklə şərtdir. Qışda -40 °C dərəcə kimi ağır don hadisələrinə davamlılığı tamdır. Ev içində yetişdirməyə çalışmayın. Balkonlarda qalın kənarlı torpaq saxsılarda yetişdirilə bilinər.
Toxumların toplanması və saxlanması
Toxumlar yetkinləşincə torpağa tökülüb asanca gözdən itə bilər. Bunun olmaması üçün toxumların yetkinləşdiyi dövrdə torpaq səthinə ağ kağız sərilməlidi ki, toxumlar siz toplamadan tökülürlərsə, itməsinlər. Toxumları əldə etsəniz belə, bəziləri kifdir. Diqqətlə baxmalısınız ki, bu kiçik toxumlardan hansıları həqiqətən yetkinləşmiş toxumdur anlaya biləsiniz. Payıza qədər çox sərin bir yerdə saxlamanız lazımdır. Çünki xaşxaş toxumları çox zəifdirlər. Soğanlar kimi davamlı deyil. Toxumları təmiz bir qaba qoyun, qapağı möhkəmcə bağlayın, sentyabr qədər soyuducuda saxlayın.
Xaşxaş soğanlarının əkilməsi
Payızda əkilir. Və ya ən gec fevral ayında əkmək olar. Soğanın iti ucu yuxarı gələcək şəkildə, öz həcminin ən az iki misli dərinliyinə əkilməlidi. Olduğunuz şəhərin iqliminə görə dərinlik dəyişər. Əkdiyiniz xaşxaşlar açıq havada və soyuq yerdə olmalıdır. Xaşxaş bir ev bitkisi deyil. Qış soyuğunda torpaq altında yavaş bir rooting prosesi yaşamayan xaşxaşlar çiçək açmaz.
Torpağı qumlu və gübrəli olmalıdır. Saxsıda yetişdirəcəksinizsə, payızın sonuna doğru soğanları əkin və saxsını mümkün qədər soyuq bir yerdə saxlayın. Qışda çox həddindən artıq don hadisələri olursa, uzun müddət donda qalmamalarını təmin edin, lakin isti məkanlara soxmayın. Mart başında yenə açıq havada daha günəşli bir yerə alın.
Xaşxaş soğanlarının satışı payızda keçirilir (hərçənd bütün il satanlar var amma səhv). Aldıqdan dərhal sonra əkməlisiniz. Bunların təzə olmalarına diqqət edin. Yəni məsələn oktyabr ayında almısınıza, o soğanların 5 ay əvvəl yetkinləşmiş olmaları şərtdir. Daha əvvəlki ildən bəri gözlədilən soğanlar bəlkə köklənib yapraqlansa belə, yaz gəldiyində çiçək açmayacaqlardır. Ancaq onlardan ibarət yeni soğanlar sonrakı il çiçək aça bilərlər.
Əkdikdən sonra sulanması və hara qoyulacağını öyrənək
Xaşxaş soğanlarını əkdikdən sonra dərhal sulayın. Saxsılara əkmisinizsə, saxsıları soyuq küləkləri alan bir yerə qoyun. Şimala baxan divar dibi ideal bir yerdir. Torpaq yağışdan qardan islanmayacaqsa, hərdənbir nəzarət edərək ciddi bir quruma gördükcə bolca su ilə sulayın. Fevral ayına qədər soyuq küləkləri almalı. Fevral girincə yaxşı Günəş ala biləcəkləri bir yerə qoyun (yenə çöldə olacaq, bu qəti şərt, evdə olmaz). Üstünə qar yağa bilər, heç bir qorxusu yoxdur.
Xaşxaş üçün torpaq
Suyu yaxşı keçirən gerçək torpaq istifadə edin. Torf və hazır paket torpaqlar xaşxaşlar üçün heç etibarlı deyil. Saxsıya xaşxaş əkərkən hazır paket torpaq istifadə etməkdənsə, küçədə sahil küncdə, parklarda tapa biləcəyiniz ərazi torpaqlarından istifadə belə daha etibarlıdır.
Torpağı məhsuldar olan bağçaların, tarlaların torpaqları ən optimaldır. Çox gilli isə qum qarışdırmalısınız. Beləcə süzəkliyi yerinə gəlir. Torpağın süzək olması xaşxaşlar üçün çox əhəmiyyətli bir ehtiyacdır.
Soğanların torpaqdan çıxarılması, təkrar əkilməsi
Xaşxaşlar çiçək açdıqdan bir neçə həftə sonra yarpaqlar quruyur. Qurumasalar belə sulamayın, qoyun qurusunlar. Bağçada yetişdirmişsəniz heç çıxarmasanız daha yaxşıdır.
Saxsıda yetişdirisinizsə, yenə çıxarmaq lazım deyil. Saxsını küləkli və kölgə bir yerdə gözlədin. Bağçaya əkilənlərin əksinə bunlar yazın qupquru torpaqda (əgər çox isinirlərsə) pis zərər görə bilər -xüsusilə də yazın həddindən artıq isti olan bölgələrdə. Onun üçün torpaq hər qupquru olduğunda sulamalısınız. Beləcə qurumağa çalışan torpaq həmişə sərin qalar. Soğanlar istidən zərər görməz.
Növləri
- Papaver aculeatum Thunb.
- Papaver alboroseum Hultén
- Papaver alpinum L.
- Papaver alpinum var. endressii (Asch.) Kerguélen
- Papaver ambiguum Popov
- Papaver amurense (N. Busch) N. Busch ex Tolm.
- Papaver apulum Ten.
- Papaver arenarium M.Bieb.
- Papaver argemone L.
- Papaver argemone subsp. nigrotinctum (Fedde) Kadereit
- Papaver armeniacum (L.) DC.
- Papaver armeniacum subsp. microstigmum (Boiss.) Kadereit
- Papaver armeniacum subsp. pilgerianum (Fedde) Kadereit
- Papaver atlanticum Coss.
- Papaver belangeri Boiss.
- Papaver bracteatum Lindl.
- Papaver californicum A. Gray
- Papaver canescens Tolm.
- Papaver chibinense N. Semen.
- Papaver czekanowskii Tolm.
- Papaver dubium L.
- Papaver dubium subsp. austromoravicum (Kubát) Hörandl
- Papaver dubium subsp. confine (Jord.) Hörandl
- Papaver dubium subsp. glabrum (Royle) Kadereit
- Papaver dubium subsp. laevigatum (M.Bieb.) Kadereit
- Papaver dubium subsp. lecoqii (Lamotte) Syme
- Papaver fugax Poir.
- Papaver glaucum Boiss. & Hausskn.
- Papaver guerlekense Stapf
- Papaver hybridum L.
- Papaver labradoricum (Fedde) Solstad & Elven
- Papaver laestadianum Nordh.
- Papaver langeanum Tolm.
- Papaver lapeyrousianum Gutermann ex Greuter & Burdet
- Papaver lapponicum (Tolm.) Nordh.
- Papaver lasiothrix Fedde
- Papaver leiocarpum Popov
- Papaver lujaurense N. Semen.
- Papaver mcconellii Hultén
- Papaver nudicaule L.
- Papaver nudicaule f. amurense (N. Busch) H. Chuang
- Papaver nudicaule var. aquilegioides Fedde
- Papaver nudicaule f. seticarpum (P.Y. Fu) H. Chuang
- Papaver ochotense Tolm.
- Papaver orientale L.
- Papaver pavoninum C.A. Mey.
- Papaver pinnatifidum Moris
- Papaver popovii Sipliv.
- Papaver purpureomarginatum Kadereit
- Papaver pygmaeum Rydb.
- Papaver radicatum Rottb.
- Papaver radicatum subsp. kluanensis (D. Löve) D.F. Murray
- Papaver radicatum var. pseudoradicatum Kitag.
- Papaver radicatum subsp. radicatum
- Papaver rhoeas L.
- Papaver rubro-aurantiacum Lundstr.
- Papaver rupifragum Boiss. & Reut.
- Papaver schamurinii V.V.Petrovsky
- Papaver setosum Pesckhova
- Papaver somniferum L.
- Papaver somniferum subsp. setigerum (DC.) Arcang.
- Papaver tolmachevii N. Semen.
- Papaver walpolei A.E. Porsild
İstinadlar
- Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 224. doi:10.5962/BHL.TITLE.746
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 506.